Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2522/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi ilə bağlı icarə münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-388/2023 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 168 saylı Sərəncamının surətindən görünür ki, Ağdam rayonunun inzibati ərazisindən Ağdam rayonuna müvəqqəti istifadə üçün verilmiş 2 saylı qış otlaq sahəsindən 40 ha torpaq sahəsi İddiaçı 10 il müddətinə icarəyə verilmişdir.
2. Ağdam Rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı arasında bağlanmış 16 yanvar 2006-cı il tarixli 244 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixli sərəncam əsasında 40 ha torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə İddiaçı istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 85.000 manat məbləğin də pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin icarəsinə verilmiş torpaq sahəsi əvvəllər qanuni əsaslarla onun istifadəsində olmuşdur. Torpaq sahəsinin 2011-ci il tarixədək “Kronko” şirkətinin istifadəsində olduğu üçün istifadə edə bilməsələr də, daha sonra həmin torpaq sahəsindən özləri istifadə etmiş, icarə müqaviləsinin vaxtı bitdikdən sonra dəfələrlə icarə müqaviləsinin uzadılması barədə Ağdam rayon İcra Hakimiyyətinə müraciətləri olmuş, sözü gedən torpaq sahəsində məskunlaşmışlar. Həmin ərazidə özlərinə daxma tikmiş, böyük həcmdə artezian quyusu qazdırmış, həmin torpaq sahəsinin bir hissəsini münbit hala gətirmişdir. Həmin işlərin görülməsi üçün 10000 manat, artezian quyusunun qazılması üçün 45000 m anat və torpaq sahəsi üzərində inşa etdiyi çoban evi üçün 30000 manat olmaqla, ümumilikdə cəmi 85000 manat xərc çəkmişdir.
5. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)-2457/2023 nömrəli iş üzrə 2 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim R.Məmmədov)
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutları təqdim edə bilməmişdir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1., 21.2, 1096.1, 1096.2, 1097.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “ Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, hazırkı işdə cavabdeh ona qarşı iddia qaldırmış və mübahisəli torpaqdan onun çıxarılmasına dair qətnamə qəbul edilməsinə nail olmuşdur. Bundan sonra dəfələrlə cavabdehdən torpaq sahəsində görülmüş işlərlə bağlı çəkdiyi xərcləri geri tələb etsə də o hər dəfə müxtəlif bəhanələrlə həmin pulu verməkdən imtina etmişdir. Qeyd edilən torpaqda görülən işlərə çəkdiyi ümumi 85000 manat məbləğində pulu cavabdeh ona geri qaytarmalıdır.
10. İddiaçının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, qeyd edilən torpaqda tikilmiş çoban evi onların öz istifadəsindədir. Qazılmış artezian quyusu hazırda Suvarma Sistemləri İdarəsinin balansındadır. Əvvəllər onların icarəsinə verilmiş torpaq sahəsini isə cavabdeh istifadə etmişdir. Həmin torpaq sahəsini müqavilə əsasında oğlu İddiaçı Ağdam rayon İcra Hakimiyyətinin Başçısından almışdır.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-388/2024 nömrəli mülki iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və R.Muradov)
12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, idd iaçı mübahisəli torpaq sahəsinin münbit hala gətirilməsi və üzərində inşa edilmiş tikililərə ümumilikdə 85000 manat xərc çəkməsini, həmin xərcin cavabdeh tərəfindən ona ödənilməli olmasını iddia etsə də, kollegiya hesab edir ki, hazırki işdə cavabdeh kimi göstərilən Cavabdeh bu iddiaya cavab verməli olan şəxs deyildir.
13. Belə ki, Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edən Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində nəzərdə tutulmuşdur ki, İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hes abına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binaların və qurğuların müqəddəratı tərəflərin qarşılıqlı razılığı ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasın da həll edilir.
14. Artıq yuxarıda qeyd edildiyi kimi, mülki işin materialları ilə müəyyən olunur ki, qoyunçuluğu inkişaf etdirmək məqsədilə İddiaçı istifadəsinə verilmiş 40 ha torpaq sahəsi Ağdam Rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı arasında bağlanmış 16 yanvar 2006-cı il tarixli 244 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında verilmişdir.
15. Göründüyü kimi, İddiaçıla hazırki işdə cavabdeh kimi göstərilən Cavabdeh arasında hər hansı bir icarə münasibətləri mövcud deyildir. Ona görə də kollegiya belə hesab edir ki, hazırki işdə cavabdeh kimi göstərilən Cavabdeh bu iddiaya cavab verməli olan şəxs deyildir.
16. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 bildirdi ki, sözügedən torpaq sahəsində tikilmiş çoban evi ha zırda da onların öz istifadəsindədir. Yəni, həmin evə Cavabdeh heç bir aidiyyəti yoxdur. Qazılmış artezian quyusu hazırda Suvarma Sistemləri İdarəsinin balansındadır. Yəni, həmin artezian quyusuna da Cavabdeh heç bir aidiyyəti yoxdur. O ki, qaldi əvvəllər onların istifadəsində olmuş torpaq sahəsinin münbitləşdirilməsinə çəkilmiş xərclərlə bağlı iddia tələbinə həmin xərclərin torpaq sahəsinin iddiaçının istifadəsində olduğu zaman ərzində çəkildiyi bildirilir.
17. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzg ün tətbiq etmişdir.
18. Məhkəmə mövqeyini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10, 22, 25, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 78.1, 88, 106.1. 217.3, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)388/2024 saylı qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin yerdə Ağdam RİH ilə bağlanmış müqavilə əsasında m əskunlaşmışdı. Orada qanuni əsaslarla işlər görüb ailəsini dolandırmışdır. Torpaqdan çıxarılırsa, həmin əraziyə çəkdiyi xərcin əvəzini cavabdeh ona verməlidir. Azərbaycan Respublikası MM-nin 157.7-ci maddəsinin tələbinə görə vicdanlı sahib öz yaxşılaşdırmalarının əvəzini tələb edə bilər. Hazırki iddia tələbi ilə də həmin torpağa çəkdiyim yaxşılaşdırmalarının əvəzini tələb edir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil ki, Cavabdeh iddiaya cavab verməli şəxs deyil. Həmçinin guya öz vəsaiti hesabına tikdirdiyi çoban evindən çıxmamışdır. Halbuki, tikdirdiyi çoban evindən də çıxarılmışdır və münbitləşdirdiyi torpaq sahəsi də məhz Cavabdeh qalmışdır. Apellyasiya məhkəməsindən sonra, Ağdam rayon İcra Başçısı artezian quyusunu yenidən onların istifadəyə vermişdir. Bu səbəbdən iddia tələbinin həmi n hissəsindən imtina edirik. Ancaq çoban evi və torpağın münbitləşdirilməsinə çəkdiyimiz xərclərin əvəzinin verilməsini tələb edirəm. Sadalananlara əsasən hesab edir ki, hazırki qətnamə ləğv edilməli və Cavabdeh çoban evi və torpağın münbitləşdirilməsinə çəkdiyi 45.000 manat pul vəsaiti alınıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunalara əsasən hesab edir ki, iddia tələbi və kassasiya şikayəti qanuni və əsaslı olduğundan təmin edilməlidir.
21. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.7, 425.1, 425.2-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanunu
23. Maddə 10.(birinci hissə, birinci cümlə) Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər.
24. Maddə
22. İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proses lər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək; dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək; qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
25. Maddə
25. İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildik də, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binaların və qurğuların müqəddəratı tərəflərin qarşılıqlı razılığı ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilm əlidir.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə g örə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Məhkəmə kollegiyası kassasiyta şikayətinin guya öz vəsaiti hesabına tikdirdiyi çoban evindən çıxmadığı barədə gəldiyi nəticə ilə razı olmadığı, halbuki, tikdirdiyi çoban evindən də çıxarıldığı barədə dəlilləri ilə əlaqədar bildirir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya məhkəməsində 23 yanvar 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatı nəzərə almış və həmin izahat məhkəmə iclas protokolunda əks etdirilmişdir.Həmin izahatdan məlum olur ki, iddiaçının nümayəndəsi bqeyd edilən torpaqda tikilmiş çoban evinin öz istifadələrində olduğunu bildirmişdir.İddiaçı tərəfin isə məhkəmə iclas protokoluna dair qeydlər verməsi iş materialları ilə təsdiqlənmir. Halbuki Azərbaycan Respublikasının MPM-in 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
41. Belə olan təqdirdə məhkəmə iclas protokolundakı iddiaçının nümayəndəsinin izahatının məzmununun tamlığına şübhə edilməsinə əsas yoxdur.
42. Kassasiya şikayətində apellyasiya məhkəməsindən sonra, Ağdam rayon İcra Başçısının artezian quyusunu yenidən onların istifadəyə verməsi səbəbindən iddia tələbinin həmin hissəsindən imtina etdikləri qeyd edilsə də, məhkəmə kollegiyası hesab edir ki, bu, müvafiq prosessual nəticəyə səbəb ola bilən “iddiadan imtina” kimi qəbul edilə və iddianın həmin hissəsi üzrə iş üzrə icraata xitam verilməsinə əsas ola bilməz.Çünki, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunmamış, eləcə də belə imtina ifadə olunmuş, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunmuş ayrıca yazılı ərizə də məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikasının MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “23” yanvar 2024-cü il tarixli 2(104)-388/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.