Məhkəmə qərarları › İş №2(102)-2523/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2523/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2523/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu, X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-321/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdehn kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Pİ-nin 1-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh izahatında 2018-ci il tarixdə İddiaçı hissə-hissə ümumilikdə 10.000 manat pulu borc alması və xx.xx.2020-ci il tarixədək olan müddət ərzində həmin pulu hissə-hissə artıqlaması ilə qaytarmasını qeyd etmişdir.

2. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-2115 saylı X1 adına olan çıxarışa əsasən iddiaçının anası X1 bank kartına müxtəlif məbləğlərdə mədaxil və məxariclər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan so nra “cavabdeh”) 13.690 manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 133,40 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “N” saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusudur. Cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin də sənədini girov qoyaraq yaranmış problemlərin həlli ilə bağlı xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur.

5. Cavabdeh az miqdarda – 1470 manat ödəniş etdikdən sonra iddiaçıya 13.690 manat borcu qalmışdır.

6. İddiaçı dəfələrlə cavabdehdən iddiaçıya olan borcunu qaytarmasın ı tələb etmiş, lakin cavabdeh hər dəfə bir bəhanə gətirməklə iddiaçıya olan borcunu qaytarmamışdır.

7. İddiaçı bundan sonra cavabdeh barəsində bir sıra hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmiş və sonuncu dəfə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də araşdırma aparılmış və həmin araşdırma zamanı cavabdeh iddiaçıdan cəmi 10.000 manat məbləğində pul aldığını və həmin pulu da guya hissə-hissə olmaqla qaytardığını bildirmişdir. Halbuki, cavabdeh iddiaçıdan 15160 manat pul almış, həmin puldan da az bir hissə ödəniş etməklə hazırda iddiaçıya qalan borcu 13.690 manat təşkil edir.

8. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də cavabdeh barəsində cinayət işinin başlamasının rədd olunması barədə qərar qəbul edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

9. İddiaç ı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 385, 405, 439, 443, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.

10. Cavabdehin vəkili və nümayəndəsi vəsatət veərək, 2018-ci ildən 2020-ci ilin sentyabrına kimi iddiaçını anasının "xxxx" kartına yüklənə pulluarın həmin bankdan tələb olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılıb ki, 2018-ci ildə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edən hərbi qulluqçular Cavabdeh (hazırki işdə cavabdeh) iddiaçıdan 1500 manat, X18 əvvəlcə 2000 manat, daha sonra 2500 manat, X9 əvvəlcə 2500 manat, daha sonra 1500 manat pulu bir-birinə zamin durmaqla faizə almışlar. İddiaçı hərbi qulluqçulara faizlə verdiyi pulu cavabdehdən tələb edir. İddiaçıya əlbəəl pul verməkdən savayı, hərbi qulluqçuların maaş kartları da iddiaçıda olub. Müəyyən səbəblərdən kartlarda pul olmayanda Goranboy rayonunun Ağcakən və Qaraçinar kəndlərində olan “Milliön” aparatı ilə iddiaçının anası Məryəmin "xxxx" kartına pul köçürmüşlər. 2018-ci ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi X18 9600 manat ödəyib. X9 hər ay 2500 manat, daha sonra 2500 manat pul verib, iddiaçıdan sənədlərini götürüb. Cavabdeh isə faizə aldığı 1470 manat pulu əlbəəl iddiaçıya qaytrarıb, 2018-ci ilin avqustundan 2020-ci ilin sentyabrına kimi isə ayda 150 manat pul ödəyib.

11. Birinci instansiya məhkəməsinin 05 aprel 2022-ci il tariuxli qərardaına əsasən "xxxx" ASC-dən X3 məxsus kart üzrə çıxarışlar təqdim edilmişdir.

12. İddiaçının vəkili X2 bank kartına daxil olan pulların ayrı-ayrı şəxslər tərəfindən oynanılan lotereya pulu old uğunu demişdir.

13. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, iddiaçıdan aldığı 10000 manat pulu ona ödəmişdir. Həmin pulun bir qismini xidmət yoldaşları üçün almışdır, onlar da həmin borcu iddiaçının anasının kartına ödəmişlər. Özü üçün götürdüyü pulun bir qismini isə iddiaçıya nağd vermiş, bir qismini də iddiaçının anasına məxsus bank hesabına hər dəfə 250 manat olmaqla ödəmişdir.

14. Birinci instansiya məhkəməsində şahid X16 bildirib ki, iddiaçı yoldaş-dost münasibətindədir. 2018-2019-cu illərdən bəri onu digər dostu Əhlimanov Elşad vasitəsilə tanımışdır. Cavabdehi şəxsən tanımır, yalnız hərbiçi yoldaş kimi görmüşdür. Bu məsələ ilə bağlı yalnız onu bilir ki, cavabdehin iddiaçıya borcu var, lakin həmin borcu ödəmir. Özünün iddiaçıya borcu yoxdur, yalnız lotereya oynayır, həmin lotereya ödənişlərini iddiaçının anası Zalıyeva Məryəmə məxsus karta göndərir.

15. Birinci instansiya məhkəməsində şahid X5 bildirib ki, iddiaçın bacısının əridir. Cavabdehi tanıyır. Pul məsələsi ilə bağlı cavabdeh iddiaçının evinə gəlmiş, hətta bu zaman cavabdeh arvadının adına olan sənəd gətirmişdir. Lakin iddiaçı həmin sənədin cavabdehə yox, onun arvadına məxsus olduğunu bildiyindən həmin sənədi qəbul etməkdən imtina etmişdir. Bundan sonra cavabdeh onlar tərəfindən edilmiş zənglərə cavab verməmiş, sonra da borcunun olduğunu inkar etmişdir. Daha sonra polisə şikayət edilmiş, orada da cavabdeh pulu aldığını, lakin ödədiyini bildirmişdir. Pulu iddiaçı cavabdehə vermiş, cavabdehin həmin pulu kimə, yaxud kimlərə verməsi, ümumiyyətlə həmin pulu nə üçün istifadə etməsi ilə bağlı məlumatı yoxdur.

16. B irinci instansiya məhkəməsində şahid X6 bildirib ki, iddiaçı onun oğludur. Cavabdeh pula ehtiyacı olduğunu Elşad Əhlimanov adlı şəxsə Elşad Əhlimanov da Samirə pul lazım olduğunu, ona bununla bağlı kömək etməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı pulu cavabdehə vermiş, cavabdeh pulu qaytarmamışdır. Dəfələrlə pulu tələb etsələr də, cavabdeh pulu verməkdən imtina etmişdir. Bir gün cavabdeh onların evlərinə gələrək bildirmişdir ki, ona verilən pulun bir qismini borclarına vermiş, həmçinin ev tikdirdiyini, evinin tikilisinin yarımçıq qaldığını bildirmişdir. Mart ayında hərbiçilərə pul veriləcəyini, oradan 3000 manat verəcəyini, daha sonra may ayında evi sataraq borcunu qaytaracağını bildirmişdir. Daha sonra cavabdehi tapmayıblar, aidiyyatı orqanlara müraciət etdikdən sonra cavabdehi tapıblar. Özü təqaüdçüdür, "xxxx"dan təqaüd alır, tanışları ilə lotereya oynayır, təqaüd kartına lotoreya pulları göndərilir.

17. Birinci instansiya məhkəməsində şahid X9 bildirib ki, iddiaçını cavabdeh vasitəsilə pul götürdüyü şəxs kimi tanıyır. O zamana qədər iddiaçını tanımamışdır. İddiaçı pulu cavabdehə vermiş, cavabdeh də ona vermişdir. İddiaçıdan cavabdeh vasitəsilə 2500 manat pul alıb, buna görə də xidməti vəsiqəsini, mülki vəsiqəsini və maaş kartını cavabdehə verib. Cavabdeh də onları iddiaçıya vermişdir. Daha sonra 2500 manat pulu iddiaçıya qaytarmış, onda olan sənədlərini götürmüşdür. Hər ay həmin borcdan, yəni 2500 manat borcdan 250 manat faiz məbləğini terminal vasitəsilə iddiaçının anasına məxsus olduğunu bildiyi karta ödəmişdir. Sonradan ona yenə pul lazım olduğundan yenə iddiaçıdan 1 500 manat pul alıb, bu dəfə heç bir sənəd verməyib.

18. Birinci instansiya məhkəməsində şahid X17 bildirib ki, cavabdehi 2016-cı ildən tanıyır, münasibətləri yaxşıdır, iddiaçını isə qiyabi olaraq tanıyır. Cavabdehin borcu olmuş və cavabdeh onun yanında 500 manat faiz məbləğini terminal vasitəsilə borc sahibinə ödəmişdir. Cavabdehin nə qədər borcu olduğundan, ödənişi kimə etdiyindən xəbəri yoxdur.

19. Birinci instansiya məhkəməsində şahid X10 bildirib ki, iddiaçını, ümumiyyətlə, tanımır. 2018-ci ilin avqust-sentyabr aylarında avtomobil qəzası törətdiyi üçün pul lazım olduğunu cavabdehə bildirmişdir. Cavabdeh də ona bir tanışının pul verə biləcəyini söyləmiş, ondan şəxsiyyət vəsiqəsini və hərbi biletini almışdır. Cavabdeh ona 1000 manat pul vermiş və o, hər ay 100 manat məbləğində ödəniş e tmişdir. Pulun bir qismini cavabdehə qaytarmış, digər qismini isə cavabdehin ona dediyi karta köçürmüşdür. 11-ci ayda tamamilə borcunu bağlayaraq sənədlərini cavabdehdən geri almışdır.

20. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1291/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 13.690 manat pul və ödənilmiş 133,40 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Elmir Hüseynov)

21. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin sənədini girov qoyaraq xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur. Cavabdeh az miqdarda – 1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borcu qalmışdır.

22. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh iddiaçıya olan borcunu ödədiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim edə bilmir.

23. Birinci instansiya məhkəməsi cavabdehin və cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin qeyd etdikləri məbləğlərin iddiaçının anası Məryəm Zalıyevanın kart hesabına mədaxil edilməsinin "xxxx" ASC-dən götürülmüş məlumatlarda əksini tapmamasına istindən qeyd edilən şəxslərin izahat və ifadələrinin həqiqəti əks etdirmədiyi nəticəsinə gəlmişdir.

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfində n yerinə yetirilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar əsasında cavabdehin ona 13.690 manat borcu olduğu müəyyən edilir, buna görə də iddia tələbi təmin edilməlidir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 386.1, 442, 448.1, 882.1, 882.2, 882.4, 882.5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun olmaqla, belə əsaslandırılıb ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin vəsatətini təmin edərək 2018 -ci ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi “Birbank” xidməti və Goranboy rayonu, Goranboy rayonunun Ağcakənd və Qaraçinar kəndlərində olan “Milliön” aparatı vasitəsilə iddiaçının anası X1 "xxxx" kartına yüklənən pullar barədə məlumatı "xxxx"dan tələb edərək almışdır. Əvvəlcə anasının kartının olmadığını bildirən iddiaçı, məlumat məhkəməyə daxil olduqdan sonra lotereya oynadıqlarını və karta yüklənən pulların lotereya pulu olduğunu məhkəməyə bildirmişdir. Məhkəmə bankdan məlumatı tələb edib alsa da, hesab nömrələrini tələb edərək araşdırma aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə necə, nə vaxt, hansı şəraitdə yazıldığı məlum olmayan və həqiqiliyi şübhə doğuran Whatsapp yazılarına istinad edərək iddianı təmin etmişdir.

28. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə özünün s ifarişi ilə müstəqil ekspert tərəfindən tərtib edilən rəy təqdim etmişdir.

29. Müstəqil ekspert Əhməd Talıblının rəyinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh, X19 və X8 məxsus kartlardan nağd vəsait şəklində Sumqayıt şəhəri, məhəllə 48 ünvanında yerləşən Qartal TF-nın qeydiyyatında olan ATM-dən vəsaitlər çıxarılıb, ehtimal edilir ki, X6 xx.xx.2018-xx.xx.2020-ci illər ərzində həmin ATM-dən Cavabdeh, X11 və X7 istifadəsində olan bank kartından dəfələrlə nağd vəsait çıxarmışdır

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-321/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi ), İlqar Dəmirov, Fuad Məmmədov)

31. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini əsasız hesab edərək, göstərib ki, cavabdeh pulun tam ödənilməsini qeyd etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, həmçinin apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyi borcun ödənilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin rəylə ekspert ehtimala əsaslanmış, dəqiq nəticəyə gəlməmişdir. Bundan başqa, rəydə ekspert qeyd etmişdir ki, uyğun metodların tətbiqi, eyni zamanda etibarlı mənbələrdən alınmış məlumatların təhlili nəticəsində tədqiqat aparmış və müvafiq nəticəyə gəlmişdir. Lakin rəydə konkret olaraq hansı metodlardan istifadə olunduğu, tədqiqat aparılarkən hansı sənədlərə i stinad olunduğu qeyd olunmadığından həmin rəy mötəbər sübut kimi qəbul oluna bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilllərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, “WhatsApp” yazışmalarının əksəriyyəti cavabdehə məxsus deyil. Apellyasiya instansiya məhkəməsi həmin yazışmaların həqiqiliyini müəyyənləşdirməyə cəhd etməmişdir. Bundan başqa, cavabdeh heç vaxt iddiaçıların mənzilində olmamışdır. Apellyasiya instansiya məhkəməs i birinci instansiya məhkəməsində ifadə verən şahidlərin iddiaçının ailə üzvləri olmasına, iddiaçının ailəsi ilə kirayədə yaşamasını bildirməsinə, lakin ailənin son manatını – atasının pensiyasını belə alıb tanımadığı şəxsə – cavabdehə verməsi kimi ifadəsinə tənqidi yanaşmamışdır. Azərbaycan Respublikası Sumqayıt ŞPİ-nin xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh iddiaçıdan 2018-ci il tarixdə 10.000 manat faizə pul götürmüş, xx.xx.2020-ci il tarixə kimi 19.600 manat pul ödəmişdir. Apellyasiya instansiya məhkəməsi təqdim edilmiş ekspert rəyini sübut kimi qəbul etmirdisə, eksperti məhkəməyə dəvət edərək hansı metodlardan istifadə etdiyini, hansı sənədlərə əsaslandığını müəyyənləşdirə bilərdi. Cavabdeh və müstəqil ekspert məhkəmə kollegiyasına "xxxx" ASC-dən aldığı və müstəqil ekspertə təqdim etdiyi özünə, Kazımova və Osmanlıya məxsus "xxxx"dan aldığı hesab çıxarışlarını təqdim edə bilərdi. Müstəqil ekspertin ehtimala əsaslanmasını göstərən məhkəmə kollegiyası iddiaçının “cavabdehin guya hərbiçi kimi hərbi hissədə adının getməsi, lakin özünün Sumqayıt şəhərində gəzməyi, onunla çayxanalarda çay içməyi” kimi ifadəsinə, həmçinin cavabdehin qeydiyyatda olduğu və faktiki yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində, 2023-cü ilin yanvar ayında boşandığı sabiq həyat yoldaşının yaşadığı Bakı şəhəri, Sabunçu rayonunda, Ziya Kazımovun yaşadığı Biləsuvar rayonunda, Nurlan Osmanlının yaşadığı Kürdəmir rayonunda deyil, məhz iddiaçının yaşadığı evin yaxınlığında yerləşən “Qartal” firmasının qarşısında yerləşən “MillliÖn” aparatın dan maaş kartlarından pul çıxarılmasına ümumiyyətlə münasibət bildirmək istəməmişdir. Apellyasiya instansiyası məhkəməsi yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda ehtimallara əsaslanmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı (Vəkil1 Ruhulla qızı) kassasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh qətnamədən kassasiya şikayəti verərək, həmin şikayətində maddi hüquq normasının pozulduğunu qeyd etsə də bu pozuntuların nədən ifadə olunduğunu qeyd etməmiş, apellyasiya şikayətində qeyd etdiyi dəlillər əsasında kassasiya şikayəti ve rilmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsində aparılmış araşdırma ilə öz sübutunu tapmayan ifadəsi əsasında qurulmuş və məhkəmə qətnaməsini qəbul olunduğu norma və bu normanın hansı əsaslara görə tətbiq edilməli olması kimi əsaslandırma aparmamış və yalnız özünün versiyası əsasında faktları təhrif etməklə sanki iddiaçıdan 10000 manat məbləğində aldığı pulu ona tam həcmdə qaytarması barədə rəy yaratmağa çalışmışdır. Birinci instansiya məhkəməsində iddiaçı və cavabdeh tərəfindən şahidlər dindirilmiş, tərəflər arasında aparılan “WhatsApp” yazışmaları və polisdə aparılmış araşdırma materialları təhqiq olunmuş və bütün bu sübutlarla iddiaçının iddia tələbinin əsaslı olması öz təsdiqini tapmışdır. Bundan başqa birinci instansiya məhkəməsində cavabdeh dedik lərinin və şahid ifadələrinin ziddiyyətli olmasını və məhkəmədə tədqiq olunan sübutlarla uzlaşmadığını, ziddiyyət təşkil etdiyini gördükdə sanki bankomat vasitəsi ilə iddiaçının anasına məxsus olan karta pul vəsaitlərini özü mədaxil etdiyini bildirmişdir. Bu yalanı keçmədikdə isə o, apellyasiya məhkəməsində işə baxılan zaman AR CM-nin 296-cı maddəsi ilə xəbərdar edilməyən müstəqil «ekspert»in rəyini təqdim etmişdir. Məhkəmə kollegiyası rəydə konkret olaraq hansı metodlardan istifadə olunduğu, tədqiqat aparılarkən hansı sənədlərə istinad olunduğu qeyd olunmadığından haqlı olaraq həmin rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə b orcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsa slanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tama milə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi nin gəldiyi nəticə ilə razılaşmır.

41. İşdən görünür ki, iddia tələbi cavabdehə verilmiş borc pulun tələb edilməsi barədə olsa da, iddiaçı hər hansı yazılı sənədə deyil, cavabdehin polisdə verdiyi izahata istinad etmiş, sonradan isə məhkəməyə “WhatsApp” yazışmalarını təqdi etmiş və şahid gətirmişdir.

42. Birinci instansiya məhkəməsi isə iddianı 13690 manat borc puıun tutulması hissəsində tam təmin edərkən cavabdehin özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin sənədini girov qoyaraq xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almasına və az miqdarda – 1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borclu qalmasının müəyyən edilməsinə istinad etmişdir. (bax: 21-ci bənd)

43. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul alması, 1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borclu qalmasının hansı sübutun qiymətləndirilməsi yolu ilə müəyyən edilməsi nə işdən, nə nə qətnamədən görünmür.

44. Qeyd edildiyi kimi iddiaçı cavabdehə borc verdiyini bildirsə də, bunun təsdiqi kimi hər hansı yazılı sənəd təqdim etmir. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

45. Cavabdeh iddiaçıdan 10000 manat pulun bir qismini xidmət yoldaşları üçün almasını, həmin şəxslərin də aldıqları pulu iddiaçının anasının kartına ödəmələrini bildirməklə, ümumiyyətlə, 15160 manat məbləğində borc pul almasını qəbul etməmişdir.

46. Belə olan halda, cavabd ehin iddiaçıdan 15160 manat pul almasının nə ilə müəyyən edilməsi məhkəmə kollegiyasına aydın deyil. Üstəlik, cavabdeh polisə verdiyi izahatda da (İ cild, i.v.177) iddiaçıdan faizə 10000 manat pul almasını demişdir.

47. Qətnamədən belə görünür ki, birinci instansiya məhkəməsi cavabdehdən 15160 manat pul tutulması qənaətinə gələrkən yazılı sübut kimi “Cinayət işinin başlanmasını rədd edilməsi haqqında” 04 oktyabr 2021-ci il tarixli qərara və "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarış sənədlərinə istinad edib. Bir halda ki, birinci instansiya məhkəməsi cavabdehin etirafı kimi onun polisdə verdiyi izahatı əsas götürüb, həmin izahatda da cavabdeh iddiaçıdan 15160 manat yox, 10000 manat almasını deyib. Buna görə də cavabdehin aldığı pulu qaytarmasını sübut etməməsinə istinad edən məhkəmə, on un 10000 manat pul alması barədə izahatına da eyni mövqedən yanaşmalı idi.

48. Bundan əlavə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən tələbin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 882-ci maddəsinə istinad etmişdir. “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” adlanan 882.1-ci maddəyə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

49. Mülki Məcəllənin 882-ci maddəsinin dispozitv şərtindən görünür ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin.

50. Hazırki işdə isə borc öhdəliyini yazılı şəkildə təsdiq edən sənəd yoxdur.

51. Həmçinin yuxarıda qeyd edildiyi kimi, qanunvericiliyin tələbinə görə üç min manatdan çox borc məbləği ilə bağlı müqavilə yazılı formada bağlanmalıdır. Bu da o deməkdir ki, MM-in 882.1-ci maddəsinin sonuncu cümləsində olan “əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir” qaydası da hazırki işə tətbiq edilə bilməz. Çünki üç min manatdan çox borc məbləği ilə bağlı müqavilə yazılı olmalı olduğu üçün onun etirafının da yazılı formada olması tələb edi lir, başqa formada, başqa sözlə şifahi forma istisna olunur.

52. Göründüyü kimi, işin müəyyən edilmiş halları baxımından mübahisəyə Mülki Məcəllənin 882-ci maddəsinin tətbiqi də düzgün olmamışdır.

53. Məhkəmə kollegiyasının fikrincə mübahisəyə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri nizama salan normaları nəzərdən keçirilə bilərdi ki, birinci instansiya məhkəməsi bununla bağlı heç bir qiymətləndirmə aparmamışdır.

54. Qeyd edilən hallara apellyasiya instansiyası məhkəməsi də aydınlıq gətirməyərək, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənləri öz qətnaməsində təkrarlamaqla eyni səhvə yol vermişdir.

55. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlə r və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

56. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

57. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflər in dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla t əsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 59. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

60. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsaslı hesab etmir.

61. Məhkəmə kollegiyasının m övqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, hab elə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin.

62. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

63. Yuxarıda göstərilənləri və 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1 05)-321/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar