Məhkəmə qərarları › İş №2(102)-2524/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2524/2019

19.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2524/2019 19.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 vəkil 1 iştirakı ilə, Cavabdeh1 və vəkil 1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2533/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 2(006)-917/17 nömrəli, 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə 100810216403/1 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 41305.94 manat əsas borc, 2485.81 manat faiz borcu, cəmi 43791.75 manat məbləğində pul vəsaitinin, Cavabdeh1 İddiaçı-nin xeyrinə 100810216403/4 saylı, 30 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə 147754.40 manat əsas, 12641.21 faiz, cəmi 160395.61 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilən 60 manat məbləğində dövlət rüsumunun tutulması, 100810-216403/1 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə tutma 100810 saylı, 25 may 2015-ci tarixli ipoteka müqaviləsinə üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerl əşən 56 saylı mənzilə yönəldilməsi, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilin ilkin satış qiyməti 111000 (yüz on bir min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 100810-216403/1 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı-yə olan borcu ödənilməsi, 100810-216403/4 saylı, 30 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə tutma 100810- 216403/4/1 saylı, 30.06.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh3 qızma məxsus ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilə və 100810-216403/4/2 saylı, 30 iyun 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh2 qızma məxsus ünvan 2 ünvanında yerləşən 120 say lı mənzilə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 120 saylı mənzilin ilkin satış qiyməti 120000 (yüz iyirmi min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 100810-216403/4 saylı, 30 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı-yə olan borcu ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-2533/2018 nömrəli, 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-917/17 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilməsi, Cavabdeh1 İddiaçı-nin xeyrinə 100810216403/1 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 43789,98 manat əsas, 5937,86 manat faiz, cəmi 49727,84 manat tutulması, tutma 100810 saylı, 25 may 2015-ci tarixli ipoteka müqaviləsinə üzrə ipoteka predmeti olan, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilə yönəlməsi, mənzilin ilkin satış qiyməti 111 000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borc ödənilməsi, cavabdeh Abbasov X4 İddiaçı-nin xeyrinə 100810-216403/4 saylı, 30 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə 147754,40 manat əsas, 19646,12 manat faiz, cəmi 167400,52 manat, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilən 60 manat tutulması, tutma 100810-216403/4/1 saylı, 30.06.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi ü zrə ipoteka predmeti olan, Cavabdeh3 qızna məxsus ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilə və 100810-216403/4/2 saylı, 30 iyun 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə üzrə ipoteka predmeti olan, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 120 saylı mənzilə yönəldilməsi, Əsgərova Səmayə Vidadi qızına məxsus ünvan 2 ünvanında yerləşən 120 saylı mənzilin ilkin satış qiyməti 120 000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borc ödənilməsi, ipoteka predmetləri açıq hərracda satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 56 nömrəli mənzildən və Cavabdeh2, Cavabdeh1 və X5 ünvan 4 ünvanında yerləşən 120 nömrəli mənzildən çıxarılması, həmin mənzillər boşaldılması, vıə cavabdehin apellyasiya şikayəti təm in edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, X5 və Cavabdeh3 qızna qarşı kredit borcunun tutulması, tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə müraciət edərək, Cavabdeh1 25 may 2015-ci il tarixli, 100810-216403/1 nömrəli kredit müqaviləsi üzrə 43789.98 manat əsas borc, 5937.86 manat faiz borcu olmaqla, cəmi 49727.84 manat məbləğində borcun, 30 iyun 2016-cı il tarixli 100810-21643/4 nömrəli kredit müqaviləsi üzrə 147754.40 manat əsas borc, 19646.12 manat faiz borcu, cəmi 167400.52 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 56 nömrəli mənzil və Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən 120 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətlərinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 56 nömrəli mənzildən və Cavabdeh2, Cavabdeh1, X1 ünvan 5 ünvanında yerləşən 120 nömrəli mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldı lması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 və vəkili X14 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2533/2018 nömrəli, 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh1 və vəkili İ.Ağazadənin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHA TLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X14 oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı-nin nümayəndəsi X6 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Ba kı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-2533/2018 nömrəli, üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkə məsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya isntansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 100810-216403/1 saylı 25 may 2015-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı Cavabdeh1 36 ay müddətinə illik 24 % olmaqla 49000 manat məbləğində kredit verilmiş, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 100810-216403/1 saylı, 25.05.2015-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 100810-216403/1 saylı, 2 5.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh3 məxsus olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 56 saylı mənzil ipoteka ilə yüklü edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 100810-216403/4 saylı 30 iyun 2016-cı il tarixli müqaviləsi ilə İddiaçı Cavabdeh1 36 ay müddətinə illik 20 % olmaqla 148000 manat məbləğində kredit verilmiş, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 100810-216403/4/2 saylı, 30.06.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 100810-216403/4 saylı 30 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən 120 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən öhdəliklər bir müddət icra olunsa da, sonradan lazımi qaydada icra olunmadığından onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. İş materiallarında olan: İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh X8 banka 25.05.2015-ci il tarixli, 100810-216403/1 nömrəli kredit müqaviləsi ürzə 43789.98 manat əsas borc, 5937.86 manat faiz borcu olmaqla, cəmi 49727.84 manat vardır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Abbasov X8 banka 30 iyun 2016-cı il tarixli, 100810-216403/4 nömrəli kredit müqaviləsi ürzə 147754.40 manat əsas borc, 19646.12 manat faiz borcu, cəmi 167400.52 manat vardır. “xxxx” MMC-nin ƏEM/M69-662/17 saylı 15 may 2017-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 120 saylı mənzilin real bazar qiyməti 12 0000 manat, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 56 saylı mənzilin real bazar qiyməti 111000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2017-ci il tarixli 5905 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh1 İddiaçı-yə 100810216403/1 saylı 25.05.2015-ci il tarixli müqavilə üzrə 41305.94 manat əsas borc, 2485.81 manat faiz borcu, 100810-216403/4 saylı 30 iyun 2016-cı il tarixli müqavilə üzrə 147754.40 manat əsas borc, 12641.21 manat faiz borcu vardır. Mülki işə apellyasiya instansiya baxışı zamanı keçirilmiş, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.08.2018-ci il tarixli, 7546 saylı rəyindən görünür ki, Cavabdeh1 İddiaçı-yə 100810-216403/1 saylı 25.05.2015-ci il tarixli müqavilə üzrə 23.10.2017-ci il tarixə 43789.88 manat əsas borc, 14522.91 manat faiz borcu olmaqla, cəmi 58312.89 manat və 100810-216403/4 saylı 30 iyun 2016-cı il tarixli müqavilə üzrə 23.10.2017-ci il tarixə 147754.40 manat əsas, 38826.71 manat faiz borcu olmaqla, cəmi 186581.11 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müq aviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tə ləbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predtmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 27 sentyabr 2017-ci il tarixli 5905 saylı ekspert rəyinə əsaslanarkən və iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin boşaldılması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan və məhkəmə tərəfindən iddia tələbinin həcminin arıtılması nəzərə alınma mışdır. Həmçinin qətnamənin təmin olunmayan hissəsində qanunvericiliyin imperativ normasının tələbi gözlənilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpot eka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə r iayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2533/2018 nömrəli, 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 və vəkili X14 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2533/2018 nömrəli, 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar