Məhkəmə qərarları › İş №2(102)-2525/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2525/2022

29.03.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2525/2022 29.03.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7107/2021 nömrəli, 13.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı Əliqulu qızı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Əliqulu qızı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7107/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməklə yeni qərar çıxarılması və ya işin yeni apellyasiya baxışına q aytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(001)-427/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7107/2021 nömrəli 13.09.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)427/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (Vəkil) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə yeni qərar çıxarılmasını və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəməsinin 2(102)-1859/2022 nömrəli 15.02.2022-ci il tarixli qərardadı il ə icraata qəbul edilməmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya şikayətinin geri qaytarılmasına səbəb iddiaçının şikayətdə yalnız ümumi şəkildə apellyasiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticənin qanunsuz və əsassız olmasını qeyd etməklə kifayətlənməsi, məhkəmənin hansı maddi və prosessual hüquq normalarını pozmasını göstərməməsi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməməsi, işin faktiki hallarını sadalaması, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməməsi olmuşdur. Hazırda İddiaçı (Vəkil) həmin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7107/2021 nömrəli 13.09.2021-ci il tarixli qətnaməsindən təkrar kassasiya şikayəti vermişdir. Kassasiya şikayətindən görünür ki, iddiaçı təkrarən verdiyi kassasiya şikayətində də qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. İddiaçı hazırki şikayətini əvvəlki kassasiya şikayətindən köçürərək, onu yalnız cədvəl formasına salmaqla kifayətlənmişdir. Bu da göstərir ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1859/2022 nömrəli, 15.02.2022-ci tarixli qərardadında şərh edilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şər h edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bu baxımdan, təkrar verilən kassasiya şikayəti də bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Pros essual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 407.1, 408.1.1 və 408.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Əliqulu qızının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7107/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar