Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2526/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Axundova, iş № 2(003)-xx/18) iddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və mənzilin boşaldılması" tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.01.2017-ci il tarixli, RH-00001-01/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 74.711 (yetmiş dörd min yeddi yüz on bir) manat 33 (otuz üç) qəpık əsas borc, 14.448 (on dörd miıı dörd yüz qırx səkkiz) manat 29 (iyirmi doqqıız) qəpik faiz borcu, 50 (əlli) manat dəbbə pulu borcu, 30 (otuz) manat məbləğində dovlət rüsumu, 0.40 (qırx) qəpik bank xidmət haqqı, əmlakın qiymətləndirilməsi üçün xidmət haqqı olan 150 (bir yiiz əlli) manat olmaqla, cəmi 8 9.390 (səksən doqquz min üç yüz doxsan) manat 02 (iki) qəpik məbləğində pulun iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutulması, mənzilin ilkin satış qiymətinin 65.000 (altmış beş min) manat məbləğində müəyyən olunması, mənzil satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 evdən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Hüseynov, iş № 2(103)-xx/18) cavabdehinapellyasiya şikayəti təmin edilməyərək, Xəzər Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlərdən yalnız Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını, kredit borcu üzrə məbləğin azaldılmasını və iddia tələbinin k redit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi, onların istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması hissəsində rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi vəiddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.01.2017-ci il tarixli, REİ-00001-01/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 74.711 (yetmiş dörd min yeddi yüz on bir) manat 33 (otuz üç) qəpik əsas borc, 14.448 (on dörd min dörd yüz qırx səkkiz) manat 29 (iyirmi doqquz) qəpik faiz borcu, 444 (dörd yüz qırx dörd) manat 54 (əlli dörd) qəp ik dəbbə pulu borcu olmaqla, cəmi 89.604 (səksən doqquz min altı yüz dörd) manat 16 (on altı) qəpik məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidməti haqqının, “xxxx" MMC-yə qiymətləndirmə xərci olaraq ödənilmiş 300 (üç yüz) manat pulun Bank «xxxx» ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldıl ması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili T.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı ol madan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında cavabdehlərdən yalnız Cavabdeh2 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun şikayətinə münasibətdə və mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-c i il tarixli qətnaməsimübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrinin bağlanması, vəsaitin verilməsi, borclunun müqavilə öhdəliklərinə riayət etməməsinin işin mübahisəsiz halları olduğunu müəyyən etmişdir. Cavabdehin dəlili borc və faiz məbləğinin düzgün hesablanmaması və mənzilin ilkin satış qiymətinin düzgün təyin olunmamasından ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz bo rc məbləğinin artıq hesablanılması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarışa əsasən ödənişlər müqavilə şərtlərinə uyğun olaraq silinmiş, cavabdeh tərəfindən edilmiş ödənişlərin əsassız silinməsi öz əksini tapmamışdır. Borcun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.01.2018-ci il tarixli, 32221 saylı ekspert rəyindən görünur ki, Cavabdeh1 27.09.2017-ci il tarixə əsas borcıı 74.711,33 manat, faiz borcu 10.239,55 manat olmaqla, cəmi 84.950,88 manat, 15.12.2017-ci il tarixə (ekspertiza tədqiqatı keçirilən tarixə) əsas borcu 74.711,33 manat, faiz borcu 14.448.29 manat olmaqla, 89.159,62 manat məbləğində müəyyə n edilmişdir. Ödənişlərin faiz borcundan çıxılması və borcun düzgün hesablanılmamasına ehtimal verən hallar aşkar edilməmişdir. Bununla yanaşı, cavabdeh əsas və faiz borc məbləğlərinin düzgün hesablanmaması barədə heç bir sübut təqdim edə bilməmiş, sadəcə formal əsaslar gətirməklə, ekspert rəyinin, qətnamənin əsassız olduğunu qeyd etmiş, həmçinin etirazının araşdırılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etməmişdir. Cavabdehin borcunun müqavilə şərtlərinə uyğun olaraq hesablanılması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini əsassız hesab etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş 11.01.2017-ci il tarixli ərizələ rdən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 97 saylı ınənzilinin ipotekaya qoyulmasına etiraz etməmiş və tələb ipoteka predmetinə yönəldiyi halda həmin mənzili qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. Ona görə ipoteka ilə yüklü edilmiş mənzil satıldıqdan sonra onların mənzildən çıxarılmaları tələbinin əsassız olması barədə dəlili keçərli hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 04.04.2018-ci il tarixli, ƏEM/A 20-348/18 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilin 04.04.2018-cı il tarixinə bazar dəyəri 65.000 (altmış beş min) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən bu qənaətə gəlmişdir ki, işə baxan birinci instansiya məhkəməsi haqlı ola raq müqavilə, borc və öhdəlik hüquq münasibətlərindən irəli gələn maddi hüquq normalarını tətbiq etməklə mübahisəni həll etmiş, məhkəmə qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq olunmuşdur. Ona görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istina d etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən – məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktl arı göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndi rilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)xx/18 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2526/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2526/2019
16.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver