Məhkəmə qərarları › İş №2(102)-2527/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2527/2019

22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2527/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 iştirakı ilə, cavabdeh Cavabdeh3 və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ilə (G.K.İmanova, iş 2(010)-35/2018) İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin cavab dehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanmış 07.01.2014-cü il tarixli, 24-G-1-0-10-4 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 68609,32 manat əsas borcun, 40705,73 manat faiz borcunun, 2000 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manatın və 20 manat xidmət haqqının tutularaq İddiaçı İKB-yə ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 180.000 manat qiymətləndirilməklə açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (S.F. Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışinski, iş 2(103)-9080/2018) Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh3 və vəkili Vəkil1 kassasiya şikayəti verib qətnamənin qismən ləğv edilməsi və 68609,32 manat məbləğində əsas borcun tutulması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməs ini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilməsinə baxmayaraq digər tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət edərək 07.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 68609,32 manat əsas borc, 40705,73 manat faiz borcu, 3755,2 manat cərimə borcu olmaqla cəmi 113070,37 manat məbləğində borcun iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün rüsumun və 20 manat xidmət haqqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 11 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 11 otaqlı 29 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 11 otaqdan ibarət 29 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Surax anı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 11 otaqdan ibarət 29 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə bank arasında olan 07.11.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh3 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin halları araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Re spublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki h alların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanmış 07.11.2014-cü il tarixli, 24-G-1-0-10-4 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 % dərəcəsi olmaqla, 60 ay müddətinə 78000 manat məbləğində kredit verilmişdir. İşdə olan kredit ödənişinin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 07.11.2014-cü il tarixli, 4-G1-0-810-14 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehlər. Cavabdeh1 və X1 ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bank qarşısında daşınmaz əmlakın üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 36 nömrəli reyestr kitabının 3394 nömrəli vərəqində 11.11.2014-cü il tarixdə qeydiyyata alınmaqla 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bülbülə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş forma 2 arayışından görünür ki, cavabdehlər müvafiq ünvan üzrə qeydiyyatdadırlar. İşdə olan Cavabdeh3, Cavabdeh2, X2, Cavabdeh1 ərizələrindən görünür ki, onlar ipoteka müqaviləsinin şərtlərinə əsasən banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razı olmalarını və bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdələrinə götürdüklərini bildirmişlər. İş materiallarında olan Əmlak Bazarı İştirakçıları İctimai Birliyi tərəfindən verilmiş 31.01.2017ci il tarixli, 34/01-17/E-22-S saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin rəy verildiyi ana orta bazar qiyməti 180000 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16.10.2017-ci il tarixli, 8849 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, bağlanmış 07.11.2014-cü il tarixli, 24-G-1-0-10-4 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla iddia ərizəsi və maliyyə arayışı məlumatlarında borc məbləği tələb edilən tarixə, yəni 19 avqust 2016-cı il tarixdə Cavabdeh1 İddiaçı İKB ASC-yə olan borcu 81721.25 ABŞ dolları, faiz borcu 11929.61 ABŞ dolları, cər imə borcu isə 801.15 ABŞ dolları təşkil edir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13.03.2018-ci il tarixli, 33210 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 07.11.2014-cü il tarixli, 24-G-1-0-10-4 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 16 noyabr 2017-ci il tarixinə(qərardadın tarixinə) İddiaçı İKB ASC olan borcu 100950.31 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 66570.14 manat, faiz borcu isə 34380.17 manat təşkil edir. İşdə olan 18.04.2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 68609.32 manat əsas, 40705.73 manat faiz, 3755.32 manat cərimə borcu olmaqla, cəmi 113070.37 manat borcu vardır. Azərbaycan Respubli kası Mülki Məcəlləsinin: - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabd ehlər arasında bağlanmış kredit müaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -5-ci maddəsinə görə istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyə n hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dair əsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -465.2-ci madəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci madəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə sinə götürür. -739.2-ci madəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə-hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Bununla da, müqavilədə nəzərdə tutulmuş öhdəliyini, yəni kredit ödənişlərinin edilməsindən ibarət müqavilənin mühüm şərtini pozmuşdur. Kredit alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər b ir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hesablanmış faiz və cərimə ilə birgə iddiaçıya ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin halları, aparılmış ödənişlər və ödənilməmiş borc məbləği baxımından iddiaçı tərəfindən hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğ kimi qiymətləndirilməklə, kreditorun eləcə də borclunun mənafeləri nəzərə alınmaqla həmin məbləğin azaldılaraq, 2000( iki min) manat məbləğində müəyyənləşdirilməli olmasından ibarət birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası faiz borcunu eləcə də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğini ayrı-ayrılıqda nəzərdən keçirərək belə nəticəyə gəlmişdir ki, iddianın qismən təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 03 oktyabr 2018-ci il tarixli, 2(103)9080/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar