Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2529/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-199/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları 1. “X2” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Mirsabir oğlunun mülkiyyətindədir.
2. İddiaçı həmin avtomobili ƏN-İV 460253 saylı, 14 aprel 2018-ci il tarixli etibarnaməyə əsasən idarə etmək hüququ ilə Cavabdeh 5 il 9 ay 23 gün müddətinə etibar etmişdir.
3. İddiaçı özünə məxsus olan digər Shacman Yük” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili də ƏN-İV 313061 saylı, 19 noyabr 2017-ci il tarixli etibarnaməyə əsasən idarə etmək hüququ ilə Cavabdeh 3 il 11 ay 5 gün müddətinə etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7780 manat dəymiş ziyan, 40 manat ödənilmiş cərimə və 30 manat dövlət rüsumu vəsai tin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan ** LN *** dövlət nişanlı, özüboşaldan “SHACMAN” markalı yük avtomaşını etibarnamə əsasında idarə edərkən, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında aşırmışdır. xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən dəymiş ziyan 7780 manat təşkil edir. Cavabdehin barəsində xx.xx.2018-ci il tarixdə Bakı-Quba yolunun 63-cü km-də yük daşıma qaydalarının pozulmasına görə də protokol tərtib edilərək 40 manat cərimə edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. Buna görə də vurulmuş zərərin əvəzi kimi cavabdehdən İddiaçı xeyrinə 7780 manat məbləğində pul tutulmalıdır.
6. İddiaçı tələbini sübut etmək üçün sa hibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 tərəfindən “X2” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobildə cari-bərpa təmir işləri haqqında tərtib edilmiş 19 sentyabr 2019-ci il tarixli qüsur aktını təqdim etmişdir. Həmin aktda avtomaşına çəkiləcək təmir-bərpa işlərinin ümumi dəyəri - ehtiyat hissələrinin dəyəri 3280 manat, xidmət haqqı 4500 manat olmaqla, cəmi 7780 manat müəyyən edilmişdir.
7. Beyləqan Rayon Məhkəməsinin 2(020)-74/2019 nömrəli, 6 fevral 2019-ci il tarixli qətnaməsi ilə (hakim N.Əliyev) iddia təmin edilərək, Cavabdeh 7780 manat dəymiş ziyan, 40 manat ödənilmiş cərimə və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş materiallarını nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, hüquqi qiymət verməklə belə qərara gəlmişdir ki, iddia təmin edilməli və Cavabdeh 7780 manat dəymiş ziyan, 40 manat ödənilmiş cərimə və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 1097.1ci maddələrinə istinad edərək əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin 6 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının bir neçə avtomaşını olmuşdur və onlardan 5-6 avtomaşın üçün cavabdehə etibarnamə verilmişdir. ** LN *** dövlət nişanlı, özüboşaldan “SHACMAN” markalı yük avtomaşının aşırılmasından məlumatsızdır. Həmin avtomobil onun tərəfindən idar ə olunanda belə hadisə baş verməmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərin müəyyən olunması üçün ekspertiza tərin olunmuş və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 4 oktyabr 2021-ci il tarixli rəyi ilə nəzəri hesablama yolu ilə 19 sentyabr 2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə aınmaqla 2010-cu il buraxılışlı “Shacman” yük markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixdə təxminən 5270 manat müəyyən edilmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-199/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və İ.Əhmədov) Cavabdeh apellyasiya şikay əti təmin edilərək, Beyləqan Rayon Məhkəməsinin 6 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı Mirsabir oğlunun Cavabdeh qarşı "yetirilmiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin İddiaçı Mirsabir oğlundan alınaraq dövlət büdcəsi hesabına keçirilməsi qət edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən olunan hallarına əsasən iddiaçı mülkiyyətində olan yük avtomobilinin məhz cavabdeh tərəfindən idarə olunan zaman aşırılmasına, tələb etdiyi zərərin avtomobilinin aşırılması nəticəsində yetirilməsinə (qüsur aktında hesa blanan məbləğ avtomobilin aşırılması nəticəsində yetirilən zərərlə bağlı deyil, cari təmir-bərpa məqsədilə hesablanmışdır), zərərin yetirilməsində cavabdehin təqsirinin olmasına, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasına dair hər hansı bir sübut verilməmişdir. İşdə olan etibarnamələr və sair sənədlərlə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının yalnız aşırıldığını bildirdiyi yük avtomobilini deyil, başqa avtomobillərini də etibarnamə əsasında idarə etmişdir. Eləcə də, aşırılan avtomobil başqa şəxslər tərəfindən də idarə olunmuşdur.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1 və 1096-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
15. İddiaçı Mirsabir oğlu (Vəkil1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2(106)-199/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını müəyyən etməmişdir. Halbuki, cavabdeh 7 may 2018-ci il tarixdə yük daşıma qaydalarının pozulması ilə nəticələnən inzibati xəta törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuşdur. Lakin məhkəmə protokolu sübut kimi nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini hansı səbəbdən ləğv etdiyini, birinci instansiya məhkəmə sinin yol verdiyi nöqsanları qətnamədə konkret göstərməmişdir.
17. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 448.1, 448.2, 1097.1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 217.4, 218.1 və 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
19. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
20. Tərəflərdən işə məhkəmə iclas ında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə cəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zər ərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mnaddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Baxılan iddianın maddi hüquqi əsa sını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir və apellyasiya instansiya məhkəməsi də mübahisənin əsaslarlnı həmin normalar əsasında təhlil etmişdir.
29. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Yəni mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə yaranır. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.
30. Hazırki işdə də zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilədənkənar delikt hüququndan yaranır.
31. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
32. Baxılan iddianın təmin olunması üçün ilk növbədə zərərin vurulması sübut olunmalıdır. Əgər zərərin vurulması təsdiq olunmursa, digər əsaslar üzrə araşdırma aparılmasına ehtiyac qalmır. İşə baxmış apellyasiya məhkəməsi də iddiaçı tərəfindən ona ziyan vurulmasının sübut olunmadığını bildirmiş və bu əsasla iddianı təmin etməmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, təqdim olunmuş akt (fiziki şəxs X1 tərəfindən “X2” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobildə cari-bərpa təmir işləri haqqında tərtib edilmiş 19 sentyabr 2019-ci il tarixli qüsur aktı) iddianın təmin olunması üçün yetərli sübut sayılmır. Çünki bu aktda cari-bərpa təmir xərcləri əksini tapmışdır və ümumiyyətlə av tomobilin aşması faktından bəhs olunmur. Həmin qüsurların iddiaçının qanunsuz hərəkətləri ilə səbəbli əlaqəsi müəyyən edilmir.
34. İddiaçı kassasiya şikayətinə cavabdehin Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə verdiyi izahatını əlavə etmişdir. İzahat kserosurətdir və hansı tarixdə verilməsi müəyyən olunmur. Həmin izahat aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdı. İstənilən halda bu sübut kassasiya instansiyası məhkəməsinin araşdırmasının predmeti ola bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Həmçinin nəzərə alınmalıdır ki, bu sübut birinci instansiya məhkəməsinə təqdim olunmadığına görə MPM-nin 372.2-ci maddəsinə əsasən apellyasiya instansiyasında da o halda qəbul oluna bilərdi ki, iddiaçı həmin sübutu birinci instans iya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-199/2021 nömrəli 8 dekabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.