Məhkəmə qərarları › İş №2(102)-253/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-253/2020

06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-253/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)168/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Biləsuvar Rayon Мəhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(022)-426/2018 saylı qətnaməsi ilə (hakim R.Ə.Əliyev) iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 yanvar 2012-cı il tarixli, 20L000000392 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 20R000006963 saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borc qismində 4.252 (dörd min iki yüz əlli iki) ABŞ dolları 76 (yetmiş altı) sent, 17 yanvar 2018-ci il tarixə hesablan mış və ödənilməmiş faiz borcu qismində 1.202 (bir min iki yüz iki) ABŞ dolları 17 (on yeddi) sent, cərimə qismində 500 (beş yüz) ABŞ dolları, cəmi 5.954 (beş min doqquz yüz əlli dörd) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 24 (iyirmi dörd) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat və xidmət haqlarının əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Biləsuvar şəhəri, N.Zeynalova küçəsində yerləşən və Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinə və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,6 kv.m. y aşayış, 42,5 kv.m. yardımçı, 80,1 kv.m. ümumi sahədən ibarət A tikilisi – 8 nömrəli fərdi yaşayış evinə, 1 mərtəbəli 23 kv.m. tikinti altı sahədən ibarət olan B tikilisinə (hamam, ayaqyolu, su hovuzu) yönəldilməsi, Biləsuvar şəhəri, N.Zeynalova küçəsində yerləşən və Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinin və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,6 kv.m. yaşayış, 42,5 kv.m. yardımçı, 80,1 kv.m. ümumi sahədən ibarət A tikilisi – 8 nömrəli fərdi yaşayış evinin, 1 mərtəbəli 23 kv.m. tikinti altı sahədən ibarət olan B tikilisinin (hamam, ayaqyolu, su hovuzu) ilkin satış qiymətinin 16.470 (on altı min dörd yüz yetmiş) manat məbləğində müəyyən edilməsi,Biləsuvar şəhəri, N.Zeynalova küçəsində yerləşən və Cavabdeh1 xüsusi mülkiyyətdə olan 0,06 hektar torpaq sahəsini n və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,6 kvadrat metr yaşayış, 42,5 kvadrat metr yardımçı, 80,1 kvadrat metr ümumi sahədən ibarət A tikilisi – 8 nömrəli fərdi yaşayış evinin, 1 mərtəbəli 23 kvadrat metr tikinti altı sahədən ibarət olan B tikilisinin (hamam, ayaqyolu, su hovuzu) açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına 06 yanvar 2012-ci il tarixli, 20L000000392 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi,Biləsuvar şəhəri, N.Zeynalova küçəsində yerləşən və Cavabdeh1 xüsusi mülkiyyətdə olan 0,06 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,6 kvadrat metr yaşayış, 42,5 kvadrat metr yardımçı, 80,1 kvadrat metr ümumi sahədən ibarət A tikilisi – 8 nömrəli fərdi yaşayış evi, 1 mərtəbəli 23 kvadrat metr tikinti altı sahədən ibarət olan B tikilisi (hamam, ayaqyolu, su hovuzu) satıldıqdan 1 (bir) ay sonra Cavabdeh4 həmin evdən istifadə hüququna xitam verilməsi, Cavabdeh4 həmin evdən çıxarılması və həmin əmlakın boşaldılmaqla, alıcıya təhvil verilməsi, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-168/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), Z.A.Zeynalov və M.K.Həsənov), Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Biləsuvar Rayon Мəhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(022)-426/2018 nömrəli qətnaməsinin qismən- ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilməsi, Biləsuv ar şəhəri, N.Zeynalova küçəsində yerləşən və Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinin və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,6 kv.m. yaşayış, 42,5 kv.m. yardımçı, 80,1 kv.m. ümumi sahədən ibarət A tikilisi – 8 nömrəli fərdi yaşayış evinin, 1 mərtəbəli 23 kv.m. tikinti altı sahədən ibarət olan B tikilisinin (hamam, ayaqyolu, su hovuzu) ilkin satış qiymətinin 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq ödənişləri dəfələrlə yubatmış, kredit razılaşması üzrə 23 yanvar 2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü həmin kreditdən 15.747 ABŞ dolları 24 sent qaytarmış və onun iddiaçı banka 4.252 ABŞ dolları 76 sent məbləğində kredit borcu qalmış, həmin müqavilə üzrə icra müddəti 11 fevral 2016-cı il tarixdə başa çatmışdır. Lakin Cavabdeh1lə bağlanmış kredit razılaşması və ödəniş planına dəyişikliklər edilməsi barədə sazişlərə 12 mart 2015-ci il tarixli və 29 mart 2016-cı i tarixli razılaşmalara əsasən kredit müqaviləsinin icra müddəti 23 aprel 2018-ci il tarixədək artırılmışdır. Bundan başqa, kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu öd əniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində, yəni cərimə ödəməlidir və 20R000006963 saylı kredit razılaşması üzrə Cavabdeh1 17 yanvar 2018-ci il tarixə 2.100 ABŞ dolları 54 sent məbləğində cərimə ödəməlidir. Qeyd edilən kredit xətti müvaqiləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmış, onlar Cavabdeh1 öhdəliklərinin icrası üçün “xxxx” Qapalı Səhmdar Cəmiyyəti qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit müqaviləsi üzrə borc öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı “xxxx” QSC ilə Cavabdeh1 arasında sonuncunun Biləsuvar şəhəri, N.Zeynalova küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi bankın hesabına ipoteka ilə yüklü edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası yalnız iddiaçının mövqeyinə istinad etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşd ırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs X1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəm əsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələri bağlanmışdır. İş materiallarından görünür ki, 06 yanvar 2012-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsinə uyğun olaraq “xxxx” QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə, yəni 06 yanvar 2022-ci il tarixə kimi 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan 11 fevral 2014-cü il tarixli kredit razılaşmasına əsasən “xxxx” QSC tərəfindən Cavabdeh1 aylıq 2,1667% olmaqla, 24 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit razılaşmasının 4.2.2 bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5%-i məbləğində cərimə ödəməlidir. İş materiallarından məlum olur ki, Cavabdeh1 “xxxx” QSC-nin Cəlilabad filalından 20.000 ABŞ dolları məbləğində pul vəsaitini qəbul etmişdir. 12 mart 2015-ci il tarixli, 20R000006963S saylı və 29 mart 2016-cı il tarixli, 20R000006963SA saylı müqavilələrə uyğun olaraq 11 fevral 2014-cü il tarixli, 20R000006963 saylı kredit razılaşması üzrə yeni ödəniş qrafikləri tərtib edilmiş və müqavilə öhdəliklərinin son icra müddətinin 23 aprel 2018-ci il olduğu müəyyən edilmişd ir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 06 yanvar 2012-ci il tarixli kredit xətti müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq kredit razılaşmaları üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərlərinə götürmək barədə zaminlik müqavilələri imzalamışlar. İşdə olan “xxxx” QSC-nin 05 fevral 2018-ci il tarixli, 1773 saylı maliyyə arayışına görə Cavabdeh1 11 fevral 2014-cü il tarixli, 20R000006963 saylı kredit razılaşması üzrə 17 yanvar 2018-ci il tarixə “xxxx” QSC-yə əsas borc qismində 4.252 ABŞ dolları 76 sent, faiz borcu qismində 1.202 ABŞ dolları 17 sent, cərimə qismində isə 2.100 ABŞ dolları 54 sent borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit, ipoteka və zaminlik müqavilələrinin mövcudluğu, borcun yaranması mübahisələndirilmir, borcun məbləği də apellyasiya baxışının predmeti deyil və cavabdeh tərəf ipoteka predmetinin ilkin satış qiyməti ilə razı olmamışdır. İşin hallarından görünür ki, Cavabdeh1 borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun ris k dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ olduğundan iddia çı cavabdehlərdən borcunu və ona vurulan ziyanı tələb etməkdə, habelə ipoteka predmetinə tutmanı yönəltməkdə haqlıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 16.470 manat müəyyən edilmişdir. İş materiallarından məlum olur ki, cavabdeh ipoteka predmeti olan evin ilkin satış qiymətini mübahisələndirdiyindən Şirvan Apelyasiyan Məhkəməsinin qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ipoteka predmetinin dəyərinin müəyyən edilməsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. “xxxx” MMC-nin 13 may 2019 il tarixli hesabatı ilə ipoteka predmeti olan yaşayış evinin real bazar dəyəri 30.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin i lkin satış qiyməti müəyyənləşdirilərkən “xxxx” MMC-nin hesabatında göstərilən məbləğ əsas götürülməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyinə əsaslanaraq, belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiyməti 30.000 manat müəyyən edilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunau yğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kolle giyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-168/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar