Məhkəmə qərarları › İş №2(102)-2530/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2530/2019

06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2530/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ***–nin vəkili ***nun və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli, 2(103)12699/2018 nömrəli qətnaməsindən İddiaçı ***–nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ***-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun tutulması tələbi ilə məhkəməyə iddia ərizə si ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə İddiaçı *** arasında 20.04.2015ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə, illik 29% ödəmək şərti ilə 2800 ABŞ dolları məbləğində kredit vəsaiti vermişdir. 29.06.2016-cı il tarixdə müqaviləyə 1 saylı əlavə ilə kreditin müddəti 19.06.2018-ci il tarixə qədər uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Zaminla zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borclular öhdəliklərini icra etmirlər. Kredit şərtlərinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirildikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi digər cavabdeh Zamin ilə zaminlik müqavilələri bağlanmışdı r. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(011)5063/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə 996,10 (doqquz yüz doxsan altı dollar 10 sent) ABŞ dolları məbləğində əsas borc, 290,78 (iki yüz doxsan dollar 78 sent) ABŞ dolları məbləğində faiz borcu, 10,78 (on dollar 78 sent) ABŞ dolları məbləğində cərimə, cəmi 1297,66 (min iki yüz doxsan yeddi dollar 66 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh və Zamin müştərək qaydada alınaraq İddiaçı ***-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh və Zamin müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hi ssədə rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli, 2(103)12699/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı *** və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı *** və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə cavab dehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. Təkrar ekspertiza təyin edilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı ***–nin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edi lsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 28.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsini iddianın təmin edilməmişhissəsində dəyişdirmədən saxlayarkən haqlı olmuş, həmin hissədə mad di və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdehlə İddiaçı X1 arasında 20.04.2015-ci il tarixli, 22-Z13-0-146-15 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 29 faiz ödəmək şərti ilə 24 ay müddətinə 2800 ABŞ dolları məbləğində kredit verilmişdir. 20.04.2015-ci il tarixli, 22-Z1-3-0-146-15 saylı kredit müqaviləsinə 29.06.2016-cı il tarixdə 1 saylı əlavə ilə kreditin müddəti 19.06.2018-ci il tarixə qədər uzadılmışdır. Zamin ilə verilmiş kreditin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. maliyyə arayışından görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 996,10 ABŞ dolları məbləğind ə əsas borcu, 657,84 ABŞ dolları məbləğində faiz borcu və 10,78 ABŞ dolları məbləğində cərimə borcu vardır. Məhkəmə-mühasibatlıq ekspertizasının 18362 saylı, 16.08.2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ***-dən alınmış kredit vəsaiti üzrə 16.04.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 1597,22 ABŞ dolları, faiz borcu üzrə 290,78 ABŞ dolları məbləğində müəyyən edilir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinəəsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasın da öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya di gər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı *** ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Hə mçinin öhdəliyi lazımınca icra etmədiyi üçün Zamin cavabdeh borcalan Cavabdeh məsuliyyətini öz üzərinə götürdüyündən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirərək, borcun məbləğini iş üzrə keçirilmişekspertiza rəyinə uyğun m üəyyən etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilmiş hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, göründüyü kimi borcun məbləği iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir. Cavabdeh təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, özünün formal mülahizələrindən başqa ekspertiza rəyinin əsassızlı ğına və yaxud hər hansı ziddiyətin olmasına dair hər hansı əsaslandırma təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ciu maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bu baxımdan kollegiyası apellyasiya instansiyası məhkəməsinin təkrar ekspertizanın keçirilməsindən imtina ilə bağlı qərarını qanuni hesab edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ***–nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli, 2(103)-12699/2018 nömrəli qətnaməsi iddianın rədd edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar