Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2531/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Departamentinin rəlhedbavaċ Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “xxxx” İB xxxx Zavodu MMC, Bakı şəhəri Maraqlı şəxs3) qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14715/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsindən İd diaçıDepartamenti tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5774/2019 saylı, 02 oktyabr 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.N.Abbasova) İddiaçı Departamentinin hedbavaĊ (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “xxxx” İB xxxx Zavodu MMC və Bakı şəhəri Maraqlı şəxs3) qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən yataqxana binasının 61 saylı otağına dair Cavabdeh verilmiş 06 noyabr 2001-ci il tarixli, 0221 saylı orderin etibarsız hesab edilməsi və onun həmin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14715/2019 saylı, 24 dekabr 2019-cu il tarixli q ətnaməsi ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və X.Ə.Sarıyev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5774/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Departamenti Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” İstehsalat Birliyi “xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Maraqlı şəxs3nə qarşı – Bakı şəhəri, ünvan 2 yataqxana binasının 61 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi 06.11.2001-cı il tarixli, 0221 saylı orderin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənay esi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X5 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, ünvan 2 yataqxana binasının 61 saylı otaqlarına adına kirayə müqaviləsi bağlanmasını xa hiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 2 yataqxana binasının 61 saylı otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X3, arvadı X2, 2 qızı Şəhrin və Zəhra Şahverdizadələr məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən Cavabdeh 61 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda "xxxx" İstehsalat Birliyi "xxxx" İstehsalat Zavodunun 16.11.2001-ci il tarixli, 0221 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 61 saylı otaq onun istifadəsinə verildiyindən, həmin otağa 12.09.2015-ci ildə qeydiyyata alınmış və ona AZE ******** saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə guya order verilmiş, qeyd edilən order isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan elan protokollarının surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 11.02.2019cu il tarixli, 48 saylı məktubla "xxxx" İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “xxxx" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən 04.03.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, ünvan 2 yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 61 saylı otağa dair Cavabdeh verilmiş 16.11.2001-cü il tarixli, 0221 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun a rxivində heç bir sənəd aşkarlanmamışdır. “xxxx" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən Cavabdeh adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, Cavabdeh adına yazılmış həmin order etibarsız hesab edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçıDepartamenti həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Departamenti və vəkili Nurəliyev Rəcəb Rza oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul ed ilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. İddiaçı Departamentinin nümayəndəsi məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “xxxx” İB xxxx Zavodu MMC-nin və Bakı şəhəri Maraqlı şəxs3 nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hes ab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı Departamentinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəru ri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh ərizə ilə 28.03.2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı yataqxana binasının 61 saylı mənzilinə dair kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. İşdə olan Bakı “xxxx” İB tərəfindən 06.11.2001-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerlə şən yataqxanada 1-ci giriş, 3-cü mərtəbə, sahəsi 18,0 kv.mertrlik, 61 nömrəli mənzilə dair verilmiş 0221 saylı orderin surətindən görünür ki, həmin order əsasında qeyd edilən mənzil Cavabdeh verilmişdir. İş materiallarında olan 07.01.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxx ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında təhvilqəbul aktı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı əmək kitabçasının surətindən görünür ki, həmin kitabçada Cavabdeh Bakı “xxxx” İB-də işləməsi qeyd olunmamışdır. İş materiallarında olan 054725 nömrəli vəsiqə ilə Cavabdeh Müdafiə Nazirliyinin 315-ci hərbi nümayəndəliyində 23.08.2012-ci il tarixdə polkovnik leytenant olması təsdiq olunur. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı 68/27-ç saylı, 14.05.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı binanın (keçmiş yataqxana) 61 saylı mənzili Cavabdeh tərəfindən zəbt edilmişdir. Hal-hazırda faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşamır. İşdə olan “xxxx” İstehsalat Birliyi “xxxx” zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzi l-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan 02/47 saylı 04.03.2019-cu il tarixli məktubdan görünür ki, “xxxx” zavodu tərəfindən ünvan 6 ünvanında yerləşən yataqxana 01.01.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin xxxxnin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyil. İş materiallarında olan Bakı şəhəri “xxxx” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçəsi 3A və S.Ə.ünvan 7 ünvanında yerləşən yataqxanalarda “xxxx”İB-nin HİK-nin X10 və MMK-nın Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlərin siyahısından görünür ki, 263 nəfər şəxsə order verilmişdir və iddiaçı Cavabdeh həmin siyahıda 233-cü sırada yerləşir. İş materiallarına əlavə edilmiş 12.09.2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxana binasının 61 saylı otağında qeydiyyatda olsa da, həmin ünvanda yaşamamış, “xxxx” zavodu MMC-də işləməmişdir. Cavabdeh Bakı şəhə ri, Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxana binasının 61 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq onun həmin mənzilə hüquqmüəyyənedici sənədləri olmamışdır və həmin mənzildə yaşaması faktı öz təsdiqini tapmamışdır. Cavabdeh 14.06.2011-ci il tarixdən N saylı hərbi hissəyə aparıcı mühəndis kimi işə qəbul edildiyini və 16.07.2015-ci il tarixədək zavodda hərbi qulluqçu olduğu müddətdə işlədiyini bildirsə də, bu fakt mülki işdə olan sübutlarla təsdiqini tapmamış, “xxxx” İstehsalat Birliyi “xxxx” Zavodunun nümayəndəsi X1 Fikrət Göyüş oğlu nun zavodda işləmədiyini, onun zavodda hərbi qulluq keçməsi barədə zavodda məlumatın olmadığını bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab etmişdir. Belə ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə q ərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinin ikinci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataq xanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsində iddia müddətinin anlayışı və tətbiqi əsasları nəzərdə tutulmuşdur. Həmin müddəada qeyd edilir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia müddəti şəxsə pozulmuş hüququnu müdafiə etməsi üçün qanunla müəyyən edilmiş zaman kəsiyində məhkəmədə iddia qaldırmaq imkanını nəzərdə tutur. İddia müddəti tələb etmə hüququ ilə bağlıdır. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bə ndinə əsasən isə orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndində nəzərdə tutulan tələb şəxsin qanunla ona verilən müddət ərzində hüququndan istifadə etməməsi nəticəsində bu hüququnun kəsilməsini (hüququna xitam verilməsini) nəzərdə tutur. Hüququn həyata keçirilməsi üçün verilən həmin müddət (kəsici müddət) subyektiv hüquqa bağlıdır və göstərilən vaxt ərzində istifadə edilmədikdə həmin hüquq kəsilir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin birinci bəndində orderin etibarsız hesab edilməsi üçün əsaslar konkret göstərilmişdir. Qeyd edilən müddəanın mənasından da aydın olur ki, orderin etibarsız hesab edilməsi üçün göstərilən əsasl arla bağlı hüquq sahibi tələbini (orderin etibarsız hesab edilməsi barədə) 3 il ərzində irəli sürə bilər. Hazırkı halda isə orderin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddət iddia müddəti deyil, kəsici müddət olduğundan iddia müddəti hazırkı mübahisəyə tətbiq edilə bilməz. Müəyyən edilmişdir ki, 07.01.2013-cü il tarixli təhvil-qəbul aktından sonra, qeyd edilən yataqxana iddiaçının balansına verilmişdir. Hazırki orderin mövcud olması barədə iddiaçı yalnız bu ilin əvvəllərində cavabdehin ona mübahisəli mənzilə dair kirayə müqaviləsi bağlanması ilə bağlı müraciət etməsindən, o cümlədən inzibati-iqtisadi məhkəmədə iddia qaldırmasından sonra məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı orderin etibarsız hesab edilməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırm ışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsl olan cavabdehə qarşı yönəlmədiyindən, hazırkı mərhələdə əvəz etmənin yolverilməz olduğundan da qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı Cavabdeh qoymaqla ona qarşı orderin ləğvi tələbini irəli sürmüşdür. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, order Cavabdeh tərəfindən deyil, müvafiq səlahiyyətli təşkilat tərəfindən verilmişdir. Cavabdeh order vermək və ya həmin orderi ləğv etmək səlahiyyətinə malik deyil, onun üzərinə belə bir öhdəliyin qoyulması da yolverilməzdir. İddiaçı tərəfə izah olunmalıdır əsl olan cavabdehə qarşı ümumi əsaslara məhkəməyə müraciət etmək hüququna malikdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasını n gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göst ərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14715/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2531/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2531/2020
11.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver