Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3042/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı A.A.A.nin Cavabdeh qarşı (Ü.Ü.Ü. “xxxx” Zavodu MMC, Bakı şəhəri Maraqlı şəxs3, H.H.H., Ş.Ş.Ş. və X.X.X. mübahisə predmeti barədə müstəqil tələb irəli sürmyən üçüncü şəxs qismində cəlb edilməklə) orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14558/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı H.H.H. Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)5783/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim P.M.Zamanlı) iddiaçı A.A.A.nin Cavabdeh qarşı orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən yataqxanada, 1-ci giriş, 3cü mərtəbə, 1 otaqlı, 18 kv.metrlik, 41 nömrəli mənzilinə dair Cavabdeh verilmiş xx xxxxxx 1999-cu il tarixli, 036 saylı orderin etibarsız hesab edilməsi və Cavabdeh həmin yaşayış sahəsinə hüququnun itirilməsi qət e dilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14558/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov), Cavabdeh apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5783/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı nin Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 41 saylı mənzilinə dair cavabdehə verilmiş xx.xx.1999-cı il tarixli, 036 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı B.B.B.Cavabdeh qarşı (üçüncü şəxslər "Üfüq" X1 Zavodu, H.H.H., Ş.Ş.Ş., Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC və Bakı şəhəri Maraqlı şəxs3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 41 saylı otağına dair cavabdehə verilmiş xx.xx.1999-cı il tarixli, 036 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli otağın yerləşdiyi yataqxana binası 2013-cü ildən iddiaçının balansındadır. Bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməymişdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Azərbaycan Respublikası Müdafiə Sənay esi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafıq X5 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh iddiaçıya müraciət edərək mübahisəli otağa dair kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, həmin otaqda məskunlaşmış məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınlar ın və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülüb. Bundan istifadə edən cavabdeh mübahisəli otağı əldə etmək məqsədilə qapısını bağlamış, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda zavodun xx.xx.1999-cu il tarixli, 036 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə həmin otaq onun istfadəsinə verilərək oraya qeydiyyata düşmüşdür. Faktiki olaraq məcburi köçkünlərin yaşadığı, boş olmayan otağa guya order verilmiş, order isə Radioquraşdırma Zavodu tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adı çəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarl arı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı B.B.B.həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı B.B.B.və vəkili X6 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası hüququn tətbiqində səhv buraxmış, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, işə birtərəfli yanaşmış, iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını tam, obye ktiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı nin nümayəndəsi X8 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Bakı şəhər Maraqlı şəxs3 məktubla müraciət edərək məhkəmə iclasının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh, müstəqil tələb irəli sürmyən üçüncü şəxslər Ü.Ü.Ü. “xxxx” Zavodu MMC-nin, H.H.H.nin, Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin və X.X.X.-nin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdə o lan Radioquraşdırma Zavodu və HİK-nin X3 Şurasının və MMK-nin xx.xx.1999-cu il tarixli, 54 saylı birgə növbəti iclasının protokolundan çıxarışa görə, mübahisəli otağın cavabdehin adına order əsasında sənədləşdirilməsi, otaqda yaşayan məcburi köçkün ailəsinə mənzil verilərkən qeyd-şərtsiz boşalacaq mənzilin cavabdehə verilməsi qərara alınmışdır. Radioquraşdırma Zavodunun baş direktoru V.Cəlilovun və HİK-in sədri B.Nəcəfovun adından imzalanmış, Zavodun Mənzil təsərrüfatı şöbəsinin və HİK-in möhürü ilə təsdiq edilmiş xx.xx.1999-cu il tarixli, 036 saylı orderlə mübahisəli otağı tutmaq hüququ növbə əsasında cavabdehə verilmiş, orderdə onun verilməsinə əsas kimi Radioquraşdırma Zavodunun müdiriyyətinin və HİK-in xx xxxx 1999-cu il tarixli birgə qərarı göstərilmişdir. İş materiallarında olan Azər baycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131 saylı sərəncamına, H.H.H. Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarixli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi xxxxnin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən yataqxana binası Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamen tinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktı tərtib edilmişdir. İddiaçı tərəfindən Radioquraşdırma Zavoduna ünvanlanmış xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. Radioquraşdırma Zavodunun xx.xx.2019-cu il tarixli, 02 /47 saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verə bilmirlər. Cavabdeh xx.xx.2019-cu il tarixdə ərizə ilə iddiaçıya müraciət edərək, mübahisəli otağa dair adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.1971-ci ildən xx.xx.2011-ci ilədək Radioquraşdırma Zavodunda müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il tarixli, 037 saylı orderin üzərində sonradan düzəliş aparıldığından həmin order etibarsız hesab edilməlidir. Cavabdeh bu düzəlişin aparılmasını əvvəl verilmiş otağı bəyənmədiyi üçün imtina etdiyi və sonradan qəbul etməsi ilə əsaslandırsa da, bu halla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X3 şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolu əsasında, mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə və qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 4A, Məhsəti küçəsi 4A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana binalarında ha zırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınması barədə qərar qəbul edilmişdir. Lakin şəxsiyyət vəsiqəsinə əsasən, cavabdeh hazırda Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 104 saylı bağ evində pasport qeydiyyatındadır. Digər tərəfdən, Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda isə cavabdehin Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 41 saylı mənzilində yaşamaması qeyd edilmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktından sonra qeyd edilən yataqxana iddiaçının balansına verilmişdir. Hazırki orderin mövcud olması barədə iddiaçı 2019-cu ilin əvvəllərində cavabdehin ona mübahisəli mənzilə dair kirayə müqaviləsi bağlanması ilə bağlı müraciət etməsindən, o cümlədən inzibati-iqtisadi məhkəmədə iddia qaldımasından sonra məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı orderin etibarsız hesab edilməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının p ozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdr iyyət tərəfindən order verilir (107-ci maddəsinin ikinci bəndi). İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Qüvvədən düşmüş mənzi qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Baxılan iş üzrə iddia çı orderin verilməsinə əsas olmuş qərarın qanuniliyini mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin verilməsinə əsas olan hüquqi şəxs baxılan iş üzrə yalnız maraqlı (üçüncü) şəxs kimi cəlb edilmişdir. Halbuki, birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order Radioquraşdırma Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar Cavabdeh mübahisəli otağa köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz Radioquraşdırma Za vodudur. Lakin birinci instansiya məhkəməsi iddiaya cavab verməli olan şəxsin cavabdeh kimi qoyulmadığı iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxmış və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). İş materiallarından görünür ki, baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cəlb edilməsi barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. A pelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin ikinci hissəsi – cavabdehin mübahisəli otağa yaşayış sahəsinə hüququnun itirilməsi tələbi orderin etibarsızlığı tələbinin təmin olunmasından birbaşa asılı olduğundan, iddianın birinci hissəsi əsassız olduğu üçün iddia tam təmin edilməməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi aktın tətbiq edilmədiyini, işə birtərəfli yanaşıldığını, işin faktiki hallarına və kassator tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Koll egiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona gö rə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı B.B.B.tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14558/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3042/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3042/2020
30.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver