Məhkəmə qərarları › İş №2(102)-2540/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2540/2020

19.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2540/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin vəkili İddiaçı2, nümayəndələri X5 və X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13961/2019 saylı qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5763/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh və digərlərinə qarşı “mənzilə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiası təmin edilərək, “xxxx” İB tərəfindən ünvan 1 ünvanda yerləşən yataqxanada, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, sahəsi 39 kv.mertr olan 81, 82-ci mənzilə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2004-cü il tarixli orderin etibarsız hesab edilməsi və sonuncunun həmin mənzilə olan istifadə hüququnun itirilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019 -cu il tarixli, 2(103)13961/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi rədd olunub. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə Cavabdeh və digərlərinə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən yataqxanada, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, sahəsi 39 kv.mertr olan 81, 82-ci mənzilə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2004-cü il tarixli orderin etibarsız hesab edilməsi və Cavabdeh həmin mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahi ş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Bakı şəhər İcra Hakimiyyəti MKTD vəkili İddiaçı2, nümayəndələri Əsəd Bayramov və Vəfadar Səfərov kassasi ya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh, üçüncü şəxslər “xxxx” İB MMC, “xxxx” MMC, Maraqlı şəxs3, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edi r ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddia tələblərinin əsassız olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan Mənzil Məcəlləsinin 48, 49, 107-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi, hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Cavabdeh xx xxxxxx 1980-cı ildən xx xxxx 2007-ci il tarixədək “Bakı xxxx” İB işləyib və öz ərizəsinə əsasən işdən azad edilib. Bu fakt Cavabdeh adına açılmış ******* saylı əmək kitabçasının surəti ilə də təsdiq olunur. ünvan 1 ünvanda yerləşən yataqxanada, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, sahəsi 39 kv.mertr olan 81, 82-ci mənzilə ailə üzvləri, əri İsmayıl Dadaşov, qızları Aytən Dadaşova, Aynurə Dadaşova və Aidə Dadaşova olmaqla köçmək üçün Cavabdeh adına xx xxxxxx 2004-cü il tarixli, 0192 saylı order verilib və orderin verilməsinə əsas kimi “Bakı xxxx” İB müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 2004-cü il tarixli, 41 saylı birgə protokol- qərarı əsas götürülüb. Hazırda Cavabdeh sözügedən mənzildə daimi pasport qeydiyyatdadır. Sözügedən protokol-qərardan görünür ki, “Bakı xxxx” İB işləyən fəhlə və qulluqçuları Birliyin imkanları daxilində növbəlilik əsasında mənzillə təmin etməyin mümkün olmama sını nəzərə alıb, Birliyə məxsus S.Ə.ünvan 2 ünvanlarda yerləşən yataqxanalarda növblilik əsasında uzun illərdi yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqların nömrələrinin ləğv olunması və həmin mənzillərə yeni nömrələrin verilməsi, yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzillərə yeni mənzil nömrələrinə əsasən order verilməsi, Birlikdə hal-hazırda yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə növbəlilik əsasında order verilməsi, Birliyə məxsus yataqxanalarda S.Ə.ünvan 2 ünvanlarda qaçqın və məcburi köçkün ailələri torpaqlar alındıqdan və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verildikdən sonra yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilm iş fəhlə və qulluqçulara verilməsi qərara alınıb. Eyni zamanda həmin protokol-qərardan görünür ki, Birliyə məxsus Cavanşir küçəsi 4 saylı ünvanda yerləşən yataqxanada 81, 82, 83 saylı (21+18+18) 57 kv.metr sahəsi olan otaqların Cavabdeh adına sənədləşdirilməsi və 81, 82, 83 saylı mənzilə pasport qeydiyyatına salınması, Birliyə məxsus Cavanşir küçəsi 4 saylı ünvanda yerləşən yataqxanada Cəbrayıl rayonundan məcburi köçkün Mahir Tağıyev və Şuşa rayonundan məcburi köçkün Vaqif Məmmədovun torpaqlarımız işğaldan azad olunarkən və ya ölkə Prezidentinin sərəncamı ilə bu ailələrə mənzillər verildikdən sonra boşalacaq 81, 82 saylı otaqların qeyd-şərtsiz ailə üzvləri ilə birlikdə Cavabdeh verilməsi qərara alınıb. Daha sonra Bakı şəhər İHB xx xxxx 2013-cü il tarixli, 294 saylı sərəncamına əsasən, Azər baycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2013-cü il tarixli, 131 “s” saylı sərəncamı əsas tutularaq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsi MMC balansında olan “məişət- kommunal təyinatlı” obyektlərin əmlakları ilə birlikdə Sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınıb. Qeyd olunan sərəncamın icrası ilə bağlı təhvil-təslim işlərinin aparılması istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsi MMC balansında olan məişət-kommunal təyinatlı obyektlər bu Sərəncamın əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər MKTD balansına verilib. xx xxxxxx 2014-cü il tarixl i təhvil-qəbul aktına əsasən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Sosial Xidmətlər İdarəsi, Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 saylı Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi ilə Bakı şəhər MKTD arasında təhvil-qəbul aktı tərtib edilib. Bundan sonra Cavabdeh xx xxxx 2019-cu il tarixdə yazılı ərizə ilə iddiaçı təşkilata müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 81, 82 saylı mənzilinə dair kirayə müqaviləsi bağlanmasını xahiş edib. Hazırda iddiaçı təşkilat sözügedən mənzilin Cavabdeh tərəfindən zəbt edil diyini və faktiki olaraq orada yaşamadığını göstərib ünvan 1 ünvanda yerləşən yataqxanada, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, sahəsi 39 kv.mertr olan 81, 82-ci mənzilə dair onun adına verilmiş xx xxxxxx 2004-cü il tarixli orderin etibarsız hesab edilməsini və onun həmin mənzilə olan istifadə hüququnun itirilməsini iddia edir. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, aşağıdakılara görə iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Belə ki, mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 6cı maddəsinə əsasən, yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyy ən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin 1-ci hissəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinin 1-ci bəndinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, mübahisəli mənzilə köçmək üçün Cavabdeh adına verilmiş orderin etibarsız sayılması üçün əsaslar olmamışdır və order sadalanan maddələrin tələblərinə uyğun olaraq verilmişdir. Belə ki, sözügedən orderin etibarsız hesab edilməsinə əsas verən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, mübahisəli mənzil Cavabdeh mənzil şəraitini yaxşılaşdırmaq üçün işlədiyi müəssisə tərəfindən mənzil növbəsinə götürülməklə verilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətinin dəlillərinə əsasən qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Əvvəla, iddiaçı təşkilat iddia ərizəsində, kassasiya şikayətində sözügedən orderin etibarsızlığını tələb etsə də, iddianı bilavasitə ona c avab verməli olan orderi vermiş təşkilata qarşı deyil, Cavabdeh qarşı qaldırmışdır. Digər tərəfdən, sadalanan maddələrin mənasına görə, order yaşayış sahəsinə köçmək üçün əsasdır, mənzilə hüquq isə müəssisənin müdiriyyətinin və həmkarlar ittifaqı təşkilatının birgə qərarı əsasında əldə edilir. Göründüyü kimi iddiaçı təşkilat mənzilə köçmək üçün Cavabdeh adına verilmiş orderin etibarsızılığını tələb etsə də, həmin orderin verilməsinə əsas olmuş “Bakı xxxx” İB müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 2004-cü il tarixli, 41 saylı birgə protokol-qərarını ümumiyyətlə mübahisələndirməmişdir. Bundan başqa, iddiaçı təşkilat kassasiya şikayətində Cavabdeh bir gün də olsun “Bakı xxxx” İB ilə əmək münasibətində olmamasını və gələcəkdə ələ keçirmək məqsədi ilə sözügedən mənzili özbaşın a zəbt etməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi həmin dəlillərlə razılaşmır. Belə ki, Cavabdeh adına açılmış əmək kitabçasının surətindən görünür ki, o, xx xxxxxx 1980-cı ildən xx xxxx 2007-ci il tarixədək 27 il müddət ərzində “Bakı xxxx” İB işləyib və öz ərizəsinə əsasən işdən çıxıb. Eyni zamanda işdən görünür ki, Cavabdeh mübahisəli mənzilə özbaşına deyil, sözügedən orderə, həmçinin müəssisənin müdiriyyətinin və həmkarlar ittifaqı təşkilatının birgə protokol-qərarına əsasən köçmüş və bu gün də həmin mənzildə daimi qeydiyyatdıdır. Cavabdeh faktiki olaraq mübahisəli mənzildə yaşamamasına dair kassasiya şikayətinin dəlilinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, Mənzil Məcəlləsinin 60, 87, 105-ci maddələrinin mənasına görə icarədar və onun ailə üzvləri dai mi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə onların yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilə bilər və xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı 10 il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. Hazırki işdə isə, Cavabdeh daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur, o, xidməti yaşayış sahəsini vermiş müəssisədə 10 ildən artıq müddətdə işləyib və mənzildə məcburi köçkünlər məskunlaşdıqları üçün ora köçə bilməyib. İddiaçı təşkilat kassasiya şikayətində “xxxx” İB “xxxx” zavodu MMC xx xxxx 2019-cu il tarixli məktubuna istinad edib, Cavabdeh adına verilmiş sənədlər in əsasının olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla sözügedən məktubun məzmunundan görünür ki, yataqxanada xx xxxxxx 2007-ci ildən məcburi köçkünlərin məskunlaşdıqları otaqlara müəssisə ilə əmək münasibətində olan işçilərin heç birinə order verilməyib. Lakin, əvvəlki dövrlərdə həmin yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokol-qərarlar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyil. Eyni zamanda sözügedən yataqxanada “xxxx” İB müdiriyyətinin və həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlərin siyahısından görünür ki, 263 nəfər şəxsə order verilib və Cavabdeh həmin siyahıda 192-ci sırada yerləşir. Göründüyü kimi sözügedən məktubda “Bakı xxxx” İB müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 2004-cü il tarixli, 41 saylı birgə protokol-qərarına əsasən mübahisəli mənzilə köçmək üçün Cavabdeh adına xx xxxxxx 2004-cü il tarixli, 0192 saylı orderin verilməsi istisna olunmur. Kassasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçı təşkilatın kassasiya şikayətində Cavabdeh adına order verilərkən mənzilin boş olmamasına dair dəlilini də əsassız hesab edir. Belə ki, Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. İşdən görünür ki, sözügedən orderin verildiyi zaman mübahisəli mənzil (otaq) məcburi köçkün ailələri tərəfindən zəbt edilmiş və hüquqi cəhətdən boş olmuşdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, boş olan ayrıca yaşayış sahəsi dedikdə- qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsi nəzərdə tutulur. Məcburi köçkünlər isə sözügedən yaşayış sahəsində özbaşına məskunlaşmış və onlar həmin yaşayış sahəsindən qanuni əsaslala hər hansı istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, məcburi köçkün ailəsinin qeyd edilən ünvanda yerləşən yataqxana binasının 68 saylı mənzilində (otağında) yaşadığı halda həmin yaşayış sahəsinə verilmiş orderin həmin əsasla etibarsız hesab edilməsi düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kassasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini nəzərə alıb hesab edir ki, iddia tələbi əsl olan cavabdehə qarşı yönəlmədiyindən və apellyasiya icraatı mərhələsində əvəz etmə yolverilməz olduğundan, bu əsasla birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələblərini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı təşkilat Cavabdeh göstərməklə ona qarşı orderin etibarsız hesab edilməsinə dair tələb irəli sürmüşdür. Ha lbuki, order Cavabdeh tərəfindən deyil, müvafiq səlahiyyətli təşkilat tərəfindən verilmişdir. Cavabdeh ümumiyyətlə order vermək və ya həmin orderi ləğv etmək səlahiyyətinə malik deyil, onun üzərinə belə bir öhdəliyin qoyulması isə yolverilməzdir. Eyni zamanda mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin mənasına görə, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələ bləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13961/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar