Məhkəmə qərarları › İş №2(102)-2561/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2561/2020

01.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2561/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı xnin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı x Cavabdeh qarşı iddia qaldıraraq, Bakı şəhəri, ünvan 2 yataqxana binasının 38 saylı mənzilinə dair Cavabdeh qanunsuz olaraq əldə etdiyi xx xxxxxx 2006-cı il tarixli, 0206 saylı orderin etib arsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.Həsənova) xx xxxxxx 2019-cu il tarixli x nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçının ödədiyi 10 manat rüsumu özünə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edi lib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi X8 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhk əmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh ərizə ilə xnə müraciət edərək, Bakı şəhəri, ünvan 2 yataqxana binasının 38 saylı mənzilinə dair kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Cavabdeh xx xxx 1984-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixinə kimi “xxxx” zavodunda müxtəlif vəzifələrdə çalışmış, xx xxxxxx 2007-ci il tarixdə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Cavabdeh Bakı “xxxx” İB-nin müdiriyyəti və HİK-in 68 saylı protokolu ilə rəsmiləşdirilmiş xx xxxxxx 2006-cı il tarixli birgə qərarına əsasən xx xxxxxx 2006-cı il tarixdə 0206 saylı order verilmiş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı binada 1-ci giriş, 2-ci mərtəbəsindəki yaşayış sahəsi 18 kv.metr olan 1 otaqlı 38 nömrəli mənzil sahəsini tutmaq hüququ verilmişdir. Bakı şəhəri, ünvan 2 binanın (keçmiş yataqxana) 38 saylı mənzilində 1993-cü ildən Ağdam rayon məcburi köçkünü X3 və qızı X5 məskunlaşmışdır. Məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bakı “xxxx” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MM-nin bir gə növbəti işlasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolu əsasında Birliyin fəhlə, qulluqçularının direktora və HİK-nə daxil olmuş ərizə, şikayətləri nəzərə alınmaqla mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə, qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küçəsi 4A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana binalarında hazırda yaşayan fəhlə, qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınmaları qərara alınmışdır. Eyni zamanda, həmin şəxslərə məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi, razılıq əsasında sənədləşdirilməsi (HİK-nin qərarı və Order), Birlikdə işləyib uzun illər mənzil və yataqxana növ bəsində olan, yataqxanada yaşayan fəhlə, qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi və Birliyə məxsus yuxarıda qeyd edilən ünvanlarında yerləşən yataqxanalardakı qaçqın, məcburi köçkün ailələri torpaqlar alınarkən və ya onlara mənzil verilərkən yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə, qulluqçulara verilməsi qərara alınmışdır. X1 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin verilməsi barədə xx.xx.2007-ci il tarixli akt əsasında “xxxx” İM üzrə Cavanşir küçəsi 4 ünvanında yerləşən 394 yerlik subaylar üçün yataqxana Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xxxxnə təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsas ən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turzim, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Hakimiyyətlərinin balansına verilmişdir. Həmin sərəncamla ünvan 2 ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə isə iddiaçının balansına verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xxxxnin rəisi ilə iddiaçının Baş mühəndisi arasında tərtib edilmiş xx.xx.2013-cü il tarixli Təhvilqəbul aktı əsasında ünvan 2 ünvanda yerləşən yataqxana binası iddiaçının 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131 s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Hakimiyyətlərinin balansına verilmişdir. Həmin sərəncamla ünvan 2 ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013cü il tarixli, 294 saylı sərənamı ilə iddiaçının balansına, daha so nra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xxxxnin rəisi ilə iddiaçının Baş mühəndisi arasında tərtib edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-qəbul aktı əsasında iddiaçının 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Sözügedən yataqxananın yataqxana binasının 38 saylı mənzilində 1993-ci il tarixdən Ağdam rayonundan məcburi köçkün - X3 və qızı X5 məskunlaşmış və 2018-ci il iyul ayında onlar məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. 33-cü maddəsinin birinci hissəsinə əsas ən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 107-ci maddəsinin ikinci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil döv ründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Apelyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, yataqxanalarda yaşayış sahəsinin verilməsi üçün yeganə əsas şəxsin müəssisənin, idarənin və təşkilatın işçisi olması ilə bağlıdır. Bu halda, müəssisə, idarə və təşkilatda işləyən işçi iş dövründə mənzil şəraitinin yaşılaşdırmağa ehtiyacı olan şəxs kimi iş yeri üzrə uçota alınır və ona müdriyyət tərəfindən order verilir. Cavabdeh “xxxx” Zavodu MMC-nin uzun illərdir işçisi olmuş və hazırda da həmin Cəmiyyətin işçisidir. Bakı “xxx x” İB-nin HİK-nin müdriyyətinin əmək kollektivi şurasının və MM-nin birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolu əsasında birliyə məxsus sözügedən yataqxananın 38 №-li mənzilin cavabdehin adına sənədləşdirilməsi və pasport qeydiyyatına alınması qərara alınmış və həmin order Cəmiyyətin Baş direktoru və HİK-nin sədri tərəfindən imzalanaraq, Cəmiyyətin həmin dövrdə mövcud olmuş möhürü ilə təsdiq edilmişdir. Cavabdehə sözügedən orderin verilməsi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etməsi, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətənd aşların və ya təşkilatların hüquqlarının pozulması, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etməsi - MM, maddə 49-cu maddəsi) məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bundan başqa, apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, orderin etibarsız hesab edilməsi üçün iddiaçının irəli sürdüyü dəlil (məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilə bilməməsi) də əsassızdır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə əsaslı olaraq hesab et mişdir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Apelyasiya instansiya məhkəməsi həmçinin vurğulamışdır ki, iddiaçı tərəfindən “yaşayış sahəsinə hüququnun itirilməsi” barə də tələb qoyulmuş olsa da, iddiaçı mahiyyət etibarı ilə “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi”ni xahiş etmişdir. Apelyasiya məhkəməsində araşdırma zamanı isə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün qanunla müəyyən edilmiş əsasların mövcud olmadığı müəyyən edilmişdir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsinə (1-7-ci bəndlərinə) əsasən, icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini ic arə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi, cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi və ya getməsi iş materialları ilə təsdiq edilmir. İşin bu cür halında cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün Azərbaycan Respublikası Mənzil Məcəllənin 60 və 87-ci maddələrində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsində iddia müddətinin anlayışı və tətbiqi əsasları nəzərdə tutulmuşdur. Həmin müddəada qeyd edilir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Apelyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddia müddəti şəxsə pozulmuş hüququnu müdafiə etməsi üçün qanunla müəyyən edilmiş zaman kəsiyində məhkəmədə iddia qaldırmaq imkanını nəzərdə tutur. İddia müddəti tələb etmə hüququ ilə bağlıdır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndinə əsasən isə orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndində nəzərdə tutula n tələb şəxsin qanunla ona verilən müddət ərzində hüququndan istifadə etməməsi nəticəsində bu hüququnun kəsilməsini (hüququna xitam verilməsini) nəzərdə tutur. Hüququn həyata keçirilməsi üçün verilən həmin müddət (kəsici müddət) subyektiv hüquqa bağlıdır və göstərilən vaxt ərzində istifadə edilmədikdə həmin hüquq kəsilir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin birinci bəndində orderin etibarsız hesab edilməsi üçün əsaslar konkret göstərilmişdir. Qeyd edilən müddəanın mənasından da aydın olur ki, orderin etibarsız hesab edilməsi üçün göstərilən əsaslarla bağlı hüquq sahibi tələbini (orderin etibarsız hesab edilməsi barədə) 3 il ərzində irəli sürə bilər. Hazırkı halda isə orderin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddət iddia müddəti deyil, kəsici müddət olduğundan iddia müddəti hazırkı mübahisəyə tətbiq edilə bilməz. Həmçinin, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli təhvil-qəbul aktından sonra, qeyd edilən yataqxana iddiaçının balansına verilmişdir. Hazırki orderin mövcud olması barədə iddiaçı yalnız bu ilin əvvəllərində cavabdehin ona mübahisəli mənzilə dair kirayə müqaviləsi bağlanması ilə bağlı müraciət etməsindən, o cümlədən inzibati-iqtisadi məhkəmədə iddia qaldırmasından sonra məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı orderin etibarsız hesab edilməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmışdır. Apelyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir etmişdir ki, iddia tələbi əsl olan cavabdehə qarşı yönəlmədiyindən və apellyasiy a mərhələsində əvəz etmə yolverilməz olduğundan iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı Cavabdeh qoymaqla ona qarşı orderin ləğvi tələbini irəli sürmüşdür. Halbuki, order Cavabdeh tərəfindən deyil, müvafiq səlahiyyətli təşkilat tərəfindən verilmişdir. Cavabdeh order vermək və ya həmin orderi ləğv etmək səlahiyyətinə malik deyil, onun üzərinə belə bir öhdəliyin qoyulması da yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar