Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2532/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)12423/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.M.Əhmədova, iş № 2(007)-237/2019) İddiaçı N oğlunun Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı Surxay oğlunun xeyrinə 38.000 manat tutulması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cavabdeh mülkiyyətində olan “X7 Yük” markalı yarımqoşqulu avtomobil sürücülük vəsiqəsi olmayan X4 tərəfindən xx xxxx 2018-ci il tarixdə idarə olunarkən həmin avtomobillə İddiaçı N oğluna məxsus “Toyota Prado” markalı avtomobil arasında toqquşma baş vermiş, nəticədə sonuncuya məxsus avtomobil əzilməklə ona maddi ziyan dəymişdir. Baş vermiş qəza ilə əlaqədar yük avtomobilinin mülkiyyətçisi Cavabdeh və avtomobili idarə edən İdris Layışov inzibati məsuliyyətə cəlb olunmuşlar. 2018-ci ilin sentyabr ayında İddiaçı N oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilinin əzilməsi nəticəsində ona 76.495,12 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək Nun ona məxsus avtomobili ondan xəbərsiz idarə edərkən hadisə törətməsini, lakin məhkəmənin işin həmin halını araşdırmadan, sübutlara düzgün qiymət vermədən qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, yük avtomobili Cavabdeh məxsus olmuş və göstərilən avtomobil nəqliyyat vasitəsini idarə etmək hüqu quna malik olmayan İdris Layışov tərəfindən idarə olunarkən sonuncunun təqsiri üzündən baş vermiş qəza nəticəsində iddiaçıya məxsus avtomobil əzilməklə ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmə lə gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun göstərilən normasına əsasən avtomobilin mülkiyyətçisi Cavabdeh iddiaçıya dəymiş maddi ziyana görə məsuliyyət daşıdığından apelyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunmasını əsaslı saymışdır. İddiaçı “xx” MMC-nin aktına əsaslanaraq cavabdehdən ona dəymiş ziyan kimi 76.495,12 manat tələb etsə də, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli rəylə müəyyən olunmuşdur ki, iddiaçıya dəymiş ziyanın məbləği 38.000 manat təşkil edir. Cavabdeh isə iddiaçıya də ymiş ziyana görə məsuliyyət daşımasını inkar edərkən tələbin əsassız olmasını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin yuxarıda göstərilən hallarına əsasən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi
Məhkəmə qərarları › İş №2(102)-2532/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2532/2020
24.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver