Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2534/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdeh1 nümayəndəsi, vəkil xxxoğlunun iştirakları ilə, iddiaçı Ləğv prosesində olan QSC “xxx” KB-nin cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-234 /2019 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC “xxx” KB Cavabdeh2-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2-dən 660149,51 manat məbləğində əsas borcun, 174536,24 manat faiz borcunun, 324684,87 manat cərimə üzrə borcun, ümumilikdə 1159370,62 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 62 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 92 manat məbləğində dövlət rüsümunun tutulması, xx xxxx 2007-ci il tarixində **********/1 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyərinin ******* manat və xx xxxx 2008-ci il tarixində **********/2 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyərinin 113715 manat məbləğində müəyyən edilməklə Cavabdeh2-dən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 məhəllədə mülkiyyətdə olan 0,5442 ha. torpaq sahəsində yerləşən yarımçıq tikiliyə və ünvan 4 məhəllədə olan 0,05 ha. torpaq sahəsinə yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)1139/2015 saylı qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia qismən təmin olunmuş, Cavabdeh2-dən 660149,51 manat əsas borcun, 174536,24 manat faiz borcunun, 10000 manat cərimə borcunun, cəmi 844685,7 5 manat məbləğində pulun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 62 manat məbləğində dövlət rüsümunun iddiaçı QSC “xxx” KB-nın xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 2 məhəllədə, 0,5442 ha. torpaq sahəsində yerləşən yarımçıq tikiliyə və ünvan 4 məhəllədə olan 0,05 ha. torpaq sahəsinə yönəldilməklə həmin əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı QSC “xxx” KB-nın borc tələbinin ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 2 məhəllədə mülkiyyətdə olan 0,5442 ha. torpaq sahəsində yerləşən yarımçıq tikilinin açıq hərracda ilkin satış qiymətinin ******* manat, ünvan 4 məhəllədə olan 0,05 ha. torpaq sahəsinin açıq hərracda ilkin satış qiymətinin 113715 manat məbləğində müəyyən edilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin Cavabdeh1 qaytarılması qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-234/2019 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015ci il tarixli, 2(005)-1139/2015 saylı qətnaməsi qismən, yəni – “Tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 2 məhəllədə, 0,5442 ha. torpaq sahəsində yerləşən yarımçıq tikiliyə və ünvan 4 məhəllədə olan 0,05 ha. torpaq sahəsinə yönəldilməklə həmin əmlaklar açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına iddiaçı QSC “xxx” KB-nın borc tələbi öd ənilsin. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 2 məhəllədə mülkiyyətdə olan 0,5442 ha. torpaq sahəsində yerləşən yarımçıq tikilinin açıq hərracda ilkin satış qiyməti ******* manat, ünvan 4 məhəllədə olan 0,05 ha. torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 113715 manat məbləğində müəyyən edilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ Cavabdeh1 qaytarılsın. İpotekanın qeydə alınması üçün ödənilmiş 62 manat məbləğində dövlət rüsümu Cavabdeh2-dən alınaraq iddiaçı QSC “xxx” KB-nın xeyrinə tutulsun.” hissələrində ləğv edilmiş, iddia ərizəsi qeyd edilən tələblərlə bağlı hissədə baxılmamış saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-234/2019 nömrəli qətnaməsi il ə (hakimlər R.Ə.Eyvazov - sədrlik edən və məruzəçi, Z.Ə.Əliyev və F.Ş.Talışinski) cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)-1139/2015 nömrəli qətnaməsi əsas borcun və faizlərin tutulması hissəsində qismən ləğv olunmuş, iddia həmin hissədə qismən təmin olunmuş, Cavabdeh2-dən iddiaçı ləğv prosesində olan QSC “xxx” KB-nin xeyrinə əsas borca görə 660032,54 manat, faizlərə görə 89067,71 manat pul vəsaitinin tutulması, qətnamənin qalan hissədə, yəni “Cavabdeh2-dən 10000 manat məbləğində cərimə üzrə borc, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsümu iddiaçı QSC “xxx” KB-nın xeyrinə tutulsun.” hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv pr osesində olan QSC “xxx” KB kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-234/2019 saylı iş üzrə qəbul etdiyi qətnaməsini əsas və faiz hissəsində ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi, vəkil xxxoğlunun vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-234/2019 nömrəli qətnaməsinin kredit borcunun tutulması hissəsində ləğv edilərək, iş üzrə iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiçının Ləğv prosesində ol an QSC “xxx” KB-nın kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Apellyasiya məhkəməsinin təyin etdiyi ekspertiza nəticələri şübhə doğurur. Məhkəmənin yalnız ekspertiza rəyinə əsaslanması qanunvericiliyin tələbinə ziddir. Cavabdeh1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, əsassız və qanunsuz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə əldə edilmiş iki ekspertiza rəyində iddianın əsası kimi çıxış edən xx xxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun cəmi 25964,18 manat təşkil etməsi barədə göstərilənləri nəzərə almamış, yalnız iddiaçının izahatlarına əsaslanaraq, sonuncudan əlavə sübut tələb etmədən qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan QSC “xxx” KB-nın vəkili X2 iddiaçının kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehin kassasiya şikayətinə isə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi, vəkil xxxoğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsi, iddiaçının kassasiya şikayətinin isə rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 İK MMC məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin və vəkilin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apell yasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı QSC “xxx” KB və Cavabdeh2 arasında xx xxxx 2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi bağlanmış, sonuncuya illik 7%-lə, 60 ay müddətinə 700000 manat məbləğində kredit verilmiş, lakin cavabdeh tərəfindən öhdəlik lazımınca icra olunmamışdır. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə 660149,51 manat məbləğində əsas borcun, 174536,24 manat faiz borcunun, 324684,87 manat cərimə üzrə borcun, ümumilikdə 1159370,62 manat borcun olduğunu iddia edərək, tələbinin sübutu qismində xx xxxxxx 2014-cü il tarixli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb olunan borcun yoxlanılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx xxxx 2016cı il tarixli, 24926 saylı rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarışlar və xx xxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, xx xxxx 2012-ci il tarixədək (kredit müqaviləsinin müddəti bitmə tarixinə) Cavabdeh2-nin QSC “xxx” KB-yə olan borcu 25964,18 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu – 23625,87 manat, faiz borcu – 2338,31 manat. Tədqiqat zamanı müəyyən edildi ki, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında QSC “xxx” KB tərəfindən xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh2-yə LD********** saylı kredit müqaviləsi üzrə 660149,51 manat məbləğində kredit verilmiş və həmin məbləğ xx xxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit borclarına silinmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş təkrar məhkəmə-mühasibatlıqekspertizasınınxx xxxxxx 2016-cı il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan ödəniş hesabdan çıxarışlar və xx xxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxx 2012-ci il tarixədək (kredit müqaviləsinin müddətinin bitmə tarixinə) Cavabdeh2-nin QSC “xxx” KByə olan borcu 749100,25 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 660032,54 manat, faiz borcu 89067,71 manat. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında QSC “xxx” KB tərəfindən xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh2-yə LD********** saylı kredit müqaviləsi üzrə 660149,51 manat məbləğində kredit verilmiş və həmin məbləğ xx xxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit borclarına silinmişdir. Qeyd olunan əməliyyat nəzərə alındığı təqdirdə xx xxxx 2012-ci il tarixədək (kredit müqaviləsinin müddətinin bitmə tarixinə) Cavabdeh2-nin QSC “xxx” KByə olan borcu 25964,18 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu – 23625,87 manat, faiz borcu – 2338,31 manat. Bundan başqa qeyd olunur ki, hazırki ekspertiza tədqiqatı zamanı (xx xxxxxx 2011-ci il tarixli müqavilə əsasında edilmiş ödəniş nəzərə alınmamaqla) və eləcə də ilkin ekspertiza zamanı (xx xxxxx 2011-ci il tarixli müqavilə əsasında edilmiş ödəniş nəzərə alınmaqla) aparılmış hesablamalar iş materiallarında olan ödəniş qəbzləri və hesabdan çıxarış məlumatları əsasında aparılmışdır. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq ekspertiza rəylərində göstərilən – idd iaçı ilə Cavabdeh2arasında xx xxxxxx 2011-ci il tarixdə LD********** saylı kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən sonuncuya 660149,51 manat məbləğində kredit verilməsi, həmin məbləğdə pul vəsaitinin hazırki kredit müqaviləsi üzrə borca silinməsi, bu səbəbdən də Cavabdeh2-nin hazırki kredit müqaviləsi üzrə borcunun 25964,18 manat təşkil etməsi ilə bağlı məsələyə hüquqi qiymət verərək, ekspertiza rəyində istinad olunan xx xxxxxx 2011-ci il tarixli LD********** saylı kredit müqaviləsinin iş materiallarında mövcud olmamasını və tərəflərin belə bir müqaviləni təqdim edə bilməməsini, ekspertin yalnız hesabdan çıxarış məlumatlarına əsaslanaraq belə bir halın mövcudluğunu qeyd etdiyini nəzərə alıb, ekspertiza rəyinin borcun məbləğinin 749100,25 manat təşkil etməsi hissəsi ilə raz ılaşmışdır. Belə ki, iddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsində qeyd edilən məsələyə aydınlıq gətirərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxx 2011-ci il tarixdə LD********** saylı kredit müqaviləsi bağlanmamış, sonuncuya 660149,51 manat məbləğində kredit verilməmiş, həmin məbləğdə pul vəsaiti hazırki kredit müqaviləsi üzrə borca silinməmişdir. Belə kredit müqaviləsi ümumiyyətlə mövcud deyildir. Ekspert ekspertiza rəyində əsassız olaraq belə bir kredit müqaviləsinin mövcudluğuna istinad etmişdir. Ekspert mövcud olmayan kredit müqaviləsi üzrə hesablama aparmışdır. Ekspertlərin “LD********** saylı kredit müqaviləsi” kimi qəbul etdikləri rəqəmlər isə Bankın elektron sistemi ilə bağlıdır. Belə ki, LD********** Bank elektron sistemində tərəflər arasında imza lanmış xx xxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin identifikasiya (kreditin qeydiyyatı) nömrəsidir. Ümumiyyətlə identifikasiya (kreditin qeydiyyatı) nömrəsi həmin müqavilə üzrə həyata keçirilən bütün kredit əməliyyatlarını nəzərə alan moduldur. Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəf nəinki iddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxx 2011-ci il tarixdə yeni kredit müqaviləsinin bağlanması və həmin müqavilə üzrə verilmiş vəsait hesabına xx xxxx 2007-ci il tarixli müqavilə üzrə olan borcun tam və ya qismən ödənilməsinə dair hər hansı sübut təqdim etməmiş, hətta cavabdehlərin nümayədələri birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində iştirak etsələr də, etirazlarında, eyni zamanda cavabdehlərin hər ikisi apellyasiya şikayətlərində belə bir hala istinad etməmişlər. Həmin hal yalnız iş üzrə ilkin ekspertiza keçirildikdən sonra ortaya çıxmış və ekspert bunu yalnız hesabdan çıxarışa istinad etməklə müəyyən etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ekspert rəyinin düzgün qiymətləndirilməməsinə dair cavabdeh tərəfin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kassasiya məhkəməsi iddiaçının kassasiya şikayəti ilə də razılaşmır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı kredit borcunu xx xxxxxx 2014-cü il tarixə hesablayaraq, cavabdehdən tələb etmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kreditin qaytarılması müddətinin bitdiyi tarixə faiz borcunun 89067,71 manat olmasını nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissədə qismən ləğv etmiş, iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləğini 660032,54 manat, faizlərin məbləğini isə 89067,71 manat həddində - ekspert rəyinə uyğun müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin t ələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə m əhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan QSC “xxx” KB və vəkili X2 tərəfindən, habelə Cavabdeh1 nümayəndəsi, vəkil xxxoğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-234/2019 nömrəli qətnaməsi iddiaçı Ləğv prosesində olan QSC “xxx” KB-yə və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-2534/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2534/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver