Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2535/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: qonşuluq hüququ, mənzildə yenidən qurma işləri, maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1985/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə dair işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Zaqatala şəhəri, Kiçikxanlı küçəsində yerləşən 37 saylı evin 2 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 qızının adına daşınmaz əmlakın dövlət reyestrində 11 mart 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən 15 aprel 2019-cu il və 22 aprel 2020-ci il tarixlərdə Cavabdeh (bundan sonra – cavabdeh) ünvanlanmış məktublara əsasən, sonuncunun mülkiyyətində olan mənzildə özbaşına yenidənqurma işləri aparılmaqla qeyriyaşayış sahəsi kimi uyğunlaşdırması faktı aşkar edilmiş və ona binaya özbaşına quraşdırılmış günlüyün sökülməsini təmin etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala şəhəri, Kiçikxanlı küçəsi, 37 saylı evin 2 saylı mənzilinin altında yerləşən mənzildə cavabdeh tərəfindən sökülmüş divarların bərpa olunması, qanunsuz olaraq evə artırılmış ətəklərin sökülməsi, evin təməlindən daşınmış torpağın bərpa olunması, mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulması, vurulmuş mənəvi zərərə görə 10.000 manatin, maddi ziyana görə 15.000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, xüsusi mulkiyyətlərində olan 2 saylı mənzildə ailələri ilə birlikdə yaşayırlar. Ev də körpə uşaq da yaşayır. Mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Binanın birinci mərtəbəsində cavabdehin mənzili yerləşir. Lakin cavabdeh mənzili qanunsuz olaraq qeyri-yaşayış sahəsinə çevirmişdir. Evin içərisində olan və mənzillərinin beton döşəməsini saxlayan arakəsmə divarlarını sökmüşdür. Bundan başqa, evin qarşısına ətək artırmışdır, bu səbəbdən yağış yağanda səs küydən evdə oturmaq olmur, gecə vaxtı yatmaq olmur. Yağışın nəmi evin divarlarına çökür. Həmin divarların sökülməsi nəticəsində evləri maddi zərər görmüşdür. Belə ki, divarlar tavandan ayrılmış, döşəmə çökmüş, evin təmiri zamanı görülmüş işlər (paduqalar qopub tökülmüş, oboylar aralanmış və sair) tam yararsız hala düşmüşdür. Onlar evi yenidən təmir etməli olmuşlar. Evin yenidən təmirinə isə ən azı 15 000 manat pul tələb o lunur. Bundan başqa, cavabdeh mənzili qeyri-yaşayış sahəsinə çevirərək mənzildə elektriklə işləyən dəzgahlar işlədir, dəmirdən, plastikdən qapı-pəncərə və sair əşyalar istehsal edir, həyətin ümumi istifadə olunan hissəsinə dəmir tökür, qaldırıcı kranlar işlədir. Bir sözlə, mənzildə yaşamaq mümkün deyildir. Cavabdeh mənzili istehsal sahəsinə çevirmişdir. Bundan başqa, binanın təməlini qazaraq daşımış və 60-70 sm torpağı aşağı salmışdır. Onun bu qanunsuz hərəkətləri barədə Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Memarlıq şöbəsindən bu məsələni araşdırmışlar və iddiada qeyd etdikləri öz təsdiqini tapmışdır. Rayonun baş memarı cavabdehə məktub ünvanlayaraq qanunsuz sökdüyü divarların bərpa olunmasını tələb etsə də, cavabdeh heç bir hərəkət etməmişdir. Bu səbəbdən də məhkəməyə müra ciət etməli olmuşlar. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 iyun 2020-ci il tarixli, 31901 saylı rəyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihəsmeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidi yyatı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Tədqiq olunan tikilidə yenidənqurma işlərinin aparılmasına dair müvafiq icazə sənədləri olmadığından, həmin tikililərin inşası zamanı həmin “Qaydalar”a riayət olunmadığı müəyyən edilmişdir. Zaqatala şəhəri, Kiçikxanlı küçəsi, bina 37, mənzil 2-də yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1443,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-63/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı1 mülkiyyətində olan Zaqatala şəhəri, Kiçikxanlı küçəsi, 37 saylı evin 2 saylı mənzilinin altınd a yerləşən mənzildə cavabdeh tərəfindən qanunsuz olaraq evə artırılmış ətəyin (günlük) sökülməsi və mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulması, vurulmuş maddi ziyana görə 1443 manatın cavabdehdən alınaraq iddiaçılara verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən alınaraq dövlətin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə cavabdeh özünə məxsus mənzildə yenidənqurma işlərini əvvəlcədən müvafiq orqanların razılığını almadan aparmış, nəticədə Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qaydaları”n tələblərini pozmuşdur. İşin qeyd olunan faktiki halı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh tərəfindən mənzildə yenidənqurma işlərinin özbaşına aparılması Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə göndərilmiş 15 aprel 2019-cu il və 22 aprel 2020-ci il tarixli məktublarla da təsdiq olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh mənzildə şüşə kəsilməsi məqsədi ilə razılıqsız əlavə dəyişikliklər apararaq mənzilin təyinatını dəyişməkdə haqlı olmamışdır. Cavabdeh tərəfindən mənzilin qabağına artırılmış ətəyin (günlüyün) sökülməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, belə vəziyyətdə yağış yağarkən ətəyin (günlüyün) üzərinə tökülmüş yağış suları iddiaçının mənzilinin fasad divarının korlanması ilə nəticələnir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini mənzildə istehsal fəaliyyətinin aparılmasına qadağa qoyulması və mənzilin qabağına art ırılmış ətəyin (günlüyün) sökülməsi hissəsində əsaslı hesab etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyi ilə iddiaçılara vurulmuş maddi ziyan (1443 manat) öz təsdiqini tapdığından, maddi ziyan tələbi də həmin məbləğdə qismən təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 170.1, 170.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1985/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli q ətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas deyildir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə araşdırma aparmamış, tərəfləri dindirməmiş, təkrar ekspertiza təyin etməmişdir. Kassator qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Həmin rəy əsassızdır. Belə ki, ekspertin istinad etdiyi müvafiq “Qaydalar”ın onun şəxsi mənzilində hər hansı bir arakəsmənin yerinin dəyişdirilməsinə aidiyyəti yoxdur. O, yükgötürən barılarda hər hansı dəyişiklik etməmişdir, evinin hazırkı vəziyyəti texniki pasportla eynidir və tamamilə qanunauyğundur. İddiaçıların mənzilinə dəyən ziyanın onunla heç bir əlaqəsi yoxdur. Ekspert 3-cü suala cavab verməmiş və beləliklə, onun apar dığı təmir işlərinin binanın tamlığına zərər yetirib-yetirməməsini aydınlaşdırmamışdır. Belə olan halda, ekspert tikinti işləri nəticəsində iddiaçıların mənzilinə ziyan vurulmasını da müəyyən edə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halların araşdırılması üçün təkrar ekspertiza təyin etməmişdir. Bundan başqa, məhkəmə ətəyin sökülməsi nəticəsi gəlməklə onun öz mülkiyyətindən sərbəst şəkildə istifadə etmək hüququnu pozmuşdur. Ətək onun öz barısına vurulmuşdur və qonşularla heç bir əlaqəsi yoxdur. Kassasiya şikayətinə görə, məhkəmə Mülki Məcəllənin 152.2, 152.5, MPM-nin 76, 77, 78, 80, 81, 88, 217, 372-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sər əncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 170.1 və 170.2. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziy anlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilərək, bəzi maddi hüquq normalarının mətninə istinad edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kassasiya şikayətinin digər dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız eks pertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Cavabdeh kassasiya şikayətində bu cür əsaslara istinad etməmişdir. Həmçinin iş materialları ilə cavabdehin apellyasiya baxışı zamanı təkrar və ya əlavə ekspertiza keçirilməsi barədə vəsatət verdiyi təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1985/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2535/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2535/2021
17.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver