Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2536/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASCnin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 2 (002)-1982/2018 saylı, 23 iyul 2018ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 13.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə 72 05.50 ABŞ dolları əsas borc, 400,19 ABŞ dolları faiz borcu, cəmi 7605,69 ABŞ dolları və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq "İddiaçı" ASC-yə ödənilməsi, 10 manat dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.(hakim R.Mürsəlov). Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12654/2019 saylı 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova, A.Hüseyn və N.Cəfərov) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 2 (002)-1982/2018 saylı, 23 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehdən 7205,50 ABŞ dolları əsas borcun, 2330,26 ABŞ dolları faiz borcunun, ümumilikdə 9535,76 ABŞ dolları (ödənildyi zaman man ata məzənnəsi ilə) məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi heç bir mötəbər sübuta əsaslanmadan faiz borcunu azaltmışdır, apellyasiya instansiyası məhkəməsi isə də qanun pozuntusuna heç bir əhəmiyyət verməmişdir. İşin obyektiv, tam və hərtərəfli araşdırılması üçün işin halları araşdırılmadan qətnamə qəbul edilmişdir. Maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Ona görə də Bakı Apelyasiya məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv e dilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları əsasında müəyyən etmişdir ki, İddiaçı ASC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 13 mart 2015-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 28 faiz olmaqla 7737 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh tərəfindən 13 aprel 2015-ci il tarixdən 13 mart 2019-cu il tarixə kimi 7737 ABŞ dolları məbləğində əsas kredit borcu, 5206,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12943,26 ABŞ dolları pulun ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş 12 mart 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə bank arasında bağlanmış 13 mart 2015-ci il tarixli müqaviləyə əsasən borclunun 12 mart 2018-ci il tarixə İddiaçı ASC-yə 7205,50 ABŞ dolları əsas, 2330,26 ABŞ dolları faiz borcu olmaqla cəmi 9535,76 ABŞ dolları borcu vardır. Həmin arayışa əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən banka 531,50 ABŞ dolları əsas borc, 4806,07 ABŞ dolları faiz borcu ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş halları əsasında gəldiyi nəticəyə əsasən işə birinci instansiya qaydasında baxmış məhkəmə işdəki sübutları, bankın maliyyə arayışını nəzərə almaqla hesab etmişdir ki, əsas borc hissəsində iddiaçının tələbi əsaslı olsa da faiz borcu düzgün hesablanmamışdır. Ödəniş qrafiki üzrə banka ödənilməli olan faiz məbləği cəmi 5206,26 ABŞ dolları olduğundan həmin məb ləğdən ödənilmiş faiz məbləği, yəni 4806,7 ABŞ dolları çıxıldıqda qalıq faiz borcunun 400,19 ABŞ dolları olduğu müəyyən olunur. İddiaçı apellyasiya şikayətində iş üzrə qəbul edilmiş qətnaməni faiz borcu hissəsində mübahisələndirərək göstərir ki, öhdəliyin icrası gecikdiyindən əsas borc məbləğinə bank tərəfindən əlavə faiz hesablanması müqavilə şərtlərinə uyğun olduğu halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla borclunun borcun qaytarılması və faizlərin ödənilməsi barədə üzərinə götürdüyü öhdəliyin hər ayın konkret günündə icra edilməli olduğunu və öhdəliyin icra müddəti bitənədək ümumilikdə hansı məbləğdə faiz ödəməli olduğunu müəyyən edir.(müqavilənin 4.2-ci bəndi.) Borclu tərəfindən öd əniş cədvəli üzrə ödəmə müddəti çatmış və ödənilməmiş hər bir məbləğ qanunsuz saxlanılan və qanunsuz istifadə edilən pul məbləği hesab olunur. Ödənişlərin qrafik üzrə həyata keçirilməməsi banka öhdəliyin icrasının gecikdirilməsinə görə borcluya kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən cərimə (dəbbə pulu) hesablamaq, vurulmuş zərərin, əldən çıxmış faydanın ödənilməsini tələb etmək və müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ verir. Öhdəliyin icrasının gecikdirilməsinə görə borcludan tələb edilən məbləğin müqavilədə hansı sözlə (faiz, cərimə faizi, artırılmış faiz, ikiqat faiz, vaxtı keçmiş faiz və s) ifadə edilməsindən asılı olmayaraq pul vəsaitinin qanunsuz saxlanılması və müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarılmamasına görə tələb edilən məbləğ kreditdən “istifadə haqqı” deyil, cərimə faizidir. Tərəflərin imzaladığı ödəniş qrafiki üzrə cavabdehin qalıq kredit məbləğindən istifadəyə görə banka ödəməli olduğu faiz (istifadə haqqı) cəmi 5206,26 ABŞ dolları olduğundan iddiaçı borcalandan daha artıq istifadə haqqı tələb edə bilməz, lakin öhdəliyin icrasının gecikdirilməsinə görə əldən çıxmış fayda və zərər tələb olunması müqavilə şərtlərinə və mülki qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, d igər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, i şlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarının nəzərə alınmaması, maddi və prosessual hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul edilməsi barədə kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, işdən göründüyü kimi cavabdehdən ba nkın xeyrinə 7205,50 ABŞ dolları əsas borc tutulmalıdır. Həmçinin iddiaçı təşkilat cavabdehdən 2330,26 ABŞ dolları faiz borcun tutulmasının xahiş etsə də iddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi arayışdan və ödəniş qrafikindən görünür ki, cavabdeh tərəfindən götürdüyü kredit müqaviləsi üzrə 5206,26 ABŞ dolları faiz borcu ödənilməsi nəzərdə tutulmuş və cavabdeh tərəfindən 4806,07 ABŞ dolları ödənilmişdir. Odur ki, ödənilmiş faiz məbləği nəzərə alınmaqla cavabdehdən ödənilməmiş 400.19 ABŞ dolları faiz borcu tutulmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara, həmçinin apellyasiya şikayətinin dəlillərinə yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş v ə araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən işdən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət ve rərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2536/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2536/2019
20.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver