Məhkəmə qərarları › İş №2(102)-2538/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2538/2019

08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2538/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: F.Mirzəyev; 2(007)-1330/2018) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.F.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışınski; 2(103)-9338/2018) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşi n halları İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə 8.000.000 manat əsas borcun, 1.280.000 manat faiz borcunun, 1.075.911,11 manat dəbbə pulunun, cəmi 10.355.911,11 manat pul vəsaitinin və 19 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 2.050.000 manat əsas borcun, 328.000 manat faiz borcunun, cəmi 2.378.000 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” (İ ddiaçı) ASC ilə Cavabdeh arasında ******** saylı 15 mart 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 8% dərəcəsi ilə 8.000.000 manat və 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 8% ödəmək şərti ilə 2.050.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Hazırda Cavabdeh ********* saylı 15 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.000.000 manat əsasborc, 1.280.000 manat faiz borcu, 1.075.911,11 manat dəbbə pulu, cəmi 10.355.911,11 manat borcu qalmaqdadır. Həmçinin 19 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 2.050.000 manat əsas borc, 328.000 manat faiz borcu, cəmi 2.378.000 manat borcu qalmaqdadır. Cavabdehə kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş,habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. Bununa da borclu müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 125,129, 127-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1, 49-1.1.3, 49-1.1.6, 491.1.7, 49.3, 49.4, 49.4.5-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217, 387.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətinə verdiyi etirazda, edilməməsini xahiş etmişdir. ka ssasiya şikayətinin təmin Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin Müşahidə Şurasının 05.11.2015-ci il tarixli 36/1 qərarı ləğv olunsa da həmin qərarın məhkəmə qaydasında tanınmasına və təsdiq olunmasına nail ola bilməmişdir. Belə ki, 1 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsi həmin işə baxarkən 24 aprel 2017-ci il tarixli qərardadla Cavabdeh iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, eyni tarixli qərardadla İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli 36/1 qərarının ləğv olunması haqqında 01 mart 2017ci il tarixli 01 nömrəli qərarının məhkəmə qaydasında təsdiq olunması barədə ərizəsi mümkün sayılmamışdır. 1 Saylı Bakı İnzibati İqtisadi Mə hkəməsi bu barədə 2-1(1810)1541/2016 saylı iş üzrə 20 fevral 2017-ci il tarixli qərardad qəbul etmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, İddiaçı ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli 36/1 qərarı hal-hazırda qüvvədədir. Bu səbəbdən də birinci instansiyası məhkəməsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasının əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASCnin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli 36/1 qərarının ləğv olunması haqqında 01 mart 2017-ci il tarixli 01 nömrəli qərarın məhkəmə qaydasında təsdiq olunması barədə ərizəsinə dair iş üzrə həmçinin müəyyən edi lmişdir ki, Ləğvedicidən əvvəl fəaliyyət göstərən bankın səlahiyyətli orqanlarının qərarlarını mübahisələndirmək, dəyişmək və ləğv etmək hüququ yoxdur, bu səbəbdən ləğvedicisi X2 05 noyabr 2015-ci il tarixli 36/1 nömrəli qərarının ləğv edilməsi ilə bağlı sonradan verdiyi qərarın məhkəmə qaydasında tanınması və təsdiq olunması barədə məhkəməyə müraciət edə bilməzdi. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan ******** saylı 08 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki,ləğv prosesində İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 8% müəyyən edilməklə 8.000.000 manat kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur; 21 noyabr 2017-ci il tarixli arayışdan görünür ki,******** saylı 08 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 8.000.000 manat əsas, 1.280.000 manat faiz, 1.075.911,1 manat cərimə, cəmi 10.355.911,11 manat borcu qalmışdır; ******** saylı 19 iyul 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki,ləğv prosesində İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 8% müəyyən edilməklə 2.050.000 manat kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur; 21 noyabr 2017-ci il tarixli arayışdan görünür ki,****** saylı 19 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2.050.000 manat əsas, 328.000 manat faiz, cəmi 2.378.000 manat borcu qalmışdır; 10 yanvar 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, Bank tərəfindən 30 manat dövlət rüsumu ödən ilmişdir; 36/1 saylı 05 noyabr 2015-ci il tarixli X3 surətindən görünür ki, X1 müraciətinə baxılması haqqında “xxxx” ASC X3 2-ci bəndinə əsasən 15 mart 2013-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş 8.000.000 manat, 15 mart 2013-cü il tarixdə K.Cavabdeh adına rəsmiləşdirilmiş 2.000.000, 19 iyul 2015-ci tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş 2.050.000 manat məbləğində kreditin balansından silinməsi və balansdankənar hesabda uçotunun aparılması təmin edilmiş, 3-cü bəndinə əsasən qərarın 2-ci bəndində qeyd olunan kreditlər üzrə bağlanmış ipoteka müqavilələri ləğv edilmiş, əmlaklar müvafiq qaydada yüklülükdən azad edilmişdir. Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin Müşahidə Şurasının 05.11.2 015-ci il tarixli 36/1 qərarı ləğv olunmuşdur. Qüvvədə olan 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərardadı ilə ərizəni ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 nömrəli 01.03.2017-ci il tarixli Qərarının təsdiq edilməsinə dair ərizəsi mümkün sayılmamışdır. Həmin qərardadda göstərilmişdir ki, ləğvedicinin hazırki ərizəsi Banklar haqqında Qanunun 74.1-ci maddəsinin təsiri altına düşməməklə yanaşı ərizədə göstərilənlər iflas prosedur çərçivəsində məhkəmə nəzarəti qaydasında baxılan məsələlərə aid deyil. İddiaçının nümayəndəsi göstərmişdir ki, iddia tələbini təşkil edən kredit müqavilələri üzrə kredit borcu 2017-ci il tarixdən balansa qaytarılıb. Azərbaycan Respublikasının MPM-nin 97.1-ci maddəsinə əsasənişə baxıl arkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan kredit məbləğinin balansda olubolmamasını müəyyən etmək üçün nə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş və nə də həmin xüsusatla bağlı araşdırma aparmamışdır. İddiaçının deməsinə görə X4 05.11.2015-ci il tarixli qərarla özünün və oğlunun adına olan külli miqdarda kredit borcunu balansından kənar hesaba köçürüb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifəl ərini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığınca ğının,habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər. Qanunun 72.1.1-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində,.ikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və o na etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -217.1-ci mad dəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasənqətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. -220.4-cü maddəsinə əsasən qətnaməninəsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və h üquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında da şərh olunmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 81, 88, 217.1 və 218.1-ci maddələri). Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək ilk növbədə sözü geden müxtəlif maraqlar bütünlüklə aydınlaşdırlmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “ praktiki və səmərəli “ hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hər tərəfli və obyektiv araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı ay dın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyayaqarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərar) Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələb etdiyi qaydada iş üzrə tam və hərtərəfli araşdırma aparmamış və rəhbər tutduğu qanunu və ya digər normativ hüququ aktı göstərmədən yuxarıda qeyd olunan qətnaməni qəbul etmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasənmaddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsini n qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.4, 418.4.7-ci maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qətnamədə məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 03 oktyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar