Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2538/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X2, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov, Ş.A.Məmmədova iş 2(103)-745/2017) Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə Cavabdeh ərizəsi rədd edilmiş, kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinin tələbləri düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının icl asında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şiakyəti əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 405.0.1 -ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından göründüyü kimi Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh apellyasiya məhkəməsinin iclasında iştirak etməmiş və qətnaməni rəsmi qaydada almamışdır. Hə min qətnamədən yalnız Sabunçu rayonu İcra və Probasiya şöbəsinin əməkdaşları bildiriş verdikdən sonra məlumatı olmuşdur. Qətnaməni vaxtında almadığından kassasiya şikayəti də verə bilməmişdir, ona görə qeyd edilən hal üzürlü hal hesab edilməklə kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddət bərpa edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə keçiriləcək məhkəmə iclasına dair bildirişi xx xxxx 2017-ci il tarixdə almışdır. Həmçinin, qətnamənin surətinin cavabdeh tərəfindən alınmasına dair xx xxxxxxxx 2017ci il tarixli sifarişli poçt qəbzi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak ed ən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Prosessual müddətin bərpa edilməsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə məhkəmə yalnız prosessual müddətin üzürlü səbəbdən keçdiyini müəyyən etdiyi halda müddəti bərpa edir. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən keçdiyini müəyyən etməmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nət icə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qərardad prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2538/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2538/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver