Məhkəmə qərarları › İş №2(102)-2539/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2539/2019

16.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2539/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçının vəkili Vəkil1, iddiaçı X3 iştirakı ilə, İddiaçı X1 və X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 412 saylı notariat kontoruna qarşı bağışlama və alqı-satqı müqavilələrinin və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MKnın 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” QSC və qa rşılıqlı iddia üzrə iddiaçılar X2 və X6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2018-cı il tarixli qətnaməsi ilə (hakim Z.Axundova) iddiaçı X1 və X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 412 saylı notariat kontoruna qarşı bağışlama və alqı-satqı müqavilələrinin və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər V.Baxışova və N.Cəfərov) Xəzər Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçılar X1 və X2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK -ya müraciət edərək şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 92/4484 93/4485 ünvanında yerləşən ümumi sahəsi 70,1 kv.m.olan 1 otaqlı bağ evi iddiaçı X6nın mərhum əri X3un adına qeydə alınmışdır. Lakin həmin ev birgə nikah dövründə inşa edilmişdir. Mərhum X3 iddiaçının xəbəri və razılığı olmadan həmin bağ evini 17.08.2015-ci il tarixli bağışlama müqaviləsi əsasında oğulları Xa bağışlamışdır. X4 isə sözügedən bağ evini 30.08.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Cavabdeh1 həmin bağ evini öz arvadı Cavabdeh2 18.11.2015-ci il tarixli bağışlama müqaviləsi əsasında bağışlamışdır. Apellyasiya məhkəməsi iddianı rədd edərkən ögəninkiləşdirilən daşınmaz əmlakın təkcə torpaq sahəsindən ibarət olmasından çıxış etmişdir, halbuki iddiaçının razılığı olmadan torpaqla yanaşı həm də bağ evi bağışlanmışdır. Həmin bağ evi mərhum X3 və iddiaçı X6nın birgə nikahda olduğu dövrdə onların ümumi gəlirləri hesabına inşa edilmişdir. Digər tərəfdən, X3 və X4 arasında bağlanmış bağışlama müqaviləsi üzrə tərtib edilmiş notariat işində guya iddiaçı X6 tərəfindən verilmiş və RF-nin Voronej vilayətinin Voronej şəhər notariusu tərəfindən təsdiq edilmiş 14 iyul 2015-ci il tarixli ərizə mövcuddur. Həmin ərizədə guya X6nın daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair razılığı ifadə edilmişdir. Halbuki iddiaçı X6 RF-nin Dərbənd şəhərinə sonuncu dəfə 20.06.2013-cü ildə daxil olmuş, 22.07.2013-cü ildə tərk etmişdir. Bundan sonra X6 ümumiyyətlə Azərbaycanı tərk etməmişdir. RF-nin Voronej vilayətinin Voronej şəhər notariusu X7nın 14 may 2 018-ci il tarixli məktubundan görünür ki, o, belə bir notariat hərəkətini təsdiq etməmişdir. Apellyasiya məhkəməsi bu hallara hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması haqqında qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar X1 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri Cavabdeh3na qarşı bağışlama və alqı-satqı müqavilələrinin və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 və X arasında bağlanmış 17 avqust 2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin, X və Cavabdeh1 arasında bağlanmış 30 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 və Cavabdeh2 ara sında bağlanmış 18 noyabr 2015-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh1 və Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi bağışlama müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv olunmalı və iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı X1 və X3 29 aprel 1975-ci ildə rəsmi qaydada nikaha daxil olmuşlar. "Neptun" bağçılıq yoldaşlıq birliyi nəzdində X3a Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 92/93 nömrəli bağ sahəsi ayrılmış, 14 mart 2000-ci ildə 92/4484 93/4485 nömrəli bağ evi X3un adına qeydə alınmışdır. 17 avqust 2015-ci ildə X3 və X arasında bağlanmş bağışlama müqaviləsi əsasında həmin bağ evi sonuncuya bağışlanmışdır. Bağ evi Türkan qəsəbəsi, 92C saylı bağ evi adlanmaqla Xun adına 22 avqust 2015-ci il tarixdə qeydə alınmışdır. Həmin bağışlama müqaviləsi üzrə notariat işində iddiaçı X6 tərəfindən imzalandığı və RF-nin Voronej vilayətinin Voronej şəhərinin notariusu X7 tərəfindən təsdiqləndiyi iddia edilən 14 iyul 2015-ci il tarixli razılıq ərizəsi vardır. Sözügedən ərizədə X6nın mübahisəli bağ evinin istənilən formada özgəninkiləşdirilməsinə razılıq verdiyi öz əksini tapmışdır. Lakin notarius X7nın 14 may 2018-ci il tarixli məktubu ilə onun tərəfindən belə bir notariat əməliyyatının aparılmadığı təsdiq edilmişdir. X 31 avqust 2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 92C saylı bağ evni Cavabdeh1 10.000 manat müqabilində satmışdır. Cavabdeh1 sözügedən bağ evi üzərindəki mülkiyyət hüququ 5 sentyabr 2015-ci ildə dövlət qeydiyyatına alınmışdır. 7 noyabr 2015-ci ildə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 92C saylı bağ evi və 0,10 hektar torpaq sahəsi vahid əmlak kimi Cavabdeh1 adına qeydə alınmışdır. Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Türkan qəsəbə sində yerləşən 92C saylı bağ evi və 0,10 hektar torpaq sahəsinin 0,4 hektar hissəsi cavabdeh X5nın adına 12 dekabr 2015-ci ildə qeydiyyata alınmışdır. Həmin müqavilə əsasında yerdə qalan 92C saylı bağ evinin 0,6 hektar torpaq sahəsi yerləşən 92H saylı bağ sahəsi kimi 12 dekabr 201-ci ildə X8in adına qeydə alınmışdır. Daha sonra, sözügedən torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi vahid əmlak kimi X8in adına 21 iyun 2017-ci ildə qeydə alınmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağ sahəsi icarəçi olmuş X3un ayrıca mülkiyyəti olaraq onunla iddiaçı X. İmayılovanın birgə nikah dövründə əldə etdikləri əmlaka aid deyildir və buna görə də 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinin bağlanması üçün onun razılığı tələb olunmamışdır. Mübahisələndiri lən alqı-satqı müqaviləsi X və Cavabdeh1 arasında bağlanmışdır. Əgər iddiaçıların iddia etdikləri kimi X4 X8 tərəfindən aldadılmışdırsa, onda bununla bağlı müvafiq tələblə çıxış etmək hüququ məhz X4a məxsusdur. Eyni zamanda, X4un alqı-satq müqaviləsinin bağlanması zamanı öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsini gəldiyi nəticəni 92C saylı bağ evinə dair bağlanmış 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində qanuni və əsaslı hesab etmir. Belə ki, 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsi Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsinə deyil, ümumi sahəsi 70,1 kv.m. (yaşayış sahəsi 18,4 kv.m., yardımçı sahəsi 51,7 kv.m.) olan 1 otaqlı bağ evinə dair bağlanmışdır. Xun mülkiyyət hüququ məhz həmin bağ evi üzərində qeydə alınmışdır. X və Cavabdeh1 arasında bağlanmış 31 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsinin predmetini də torpaq sahəsi deyil, mübahisəli bağ evi təşkil etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinin predmetinin bağ evinin təşkil etməsinə baxmayaraq iddia tələbinə dair qiymətləndirməni torpaq sahəsi ilə bağlı aparmışdır. Halbuki iddiaçı X6nın əsas dəlillərindən biri mübahisəli bağ evinin birgə vəsait hesabına inşası olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 31.1-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. AM-in 32.1-ci maddəs inə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-in 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göründüyü kimi, AM, nikah dövründə əldə edilmiş əmlak üzərində tərəflərin ümumi birgə mülkiyyət hüququna malik olması barədə prezumpsiyanı nəzərdə tutur. Başqa sözlə, ümumi qayda ondan ibarətdir ki, tərəflərin nikah dövründə əvəzli əqdlər əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətinə daxildir; əksini (yəni hər hansı əmlakın ümumi birgə yox, yalnız ər-arvaddan birinə məxsus olmasını) iddia edən tərəf, bu halı sübut etməlidir. Bu mənada, əksi sübut edilənə qədər mübahisəli bağ evinin özgəninkiləşdirilən anda X3 və X6nın ümumi birgə əmlakı olması qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, özgəninkiləşdirilən anda bağ evinin X3 və X6nın ümumi birgə əmlakı olmasının qəbulu, onun üzərində sərəncam verilməsi zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 225.6-cı maddəsinin göstərişlərinə əməl edilməli olmasını deməyə imkan verir. Həmin maddəyə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələ n zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçı X6nın razılığının alınması MM-in 225.6-cı maddəsinin birbaşa göstərişi olduğu halda, belə bir razılıq alınmamışdır. Həmin bağışlama müqaviləsi ilə bağlı tərtib edilmiş notariat işində olan razılıq ərizəsinin mötəbərliyi işdəki digər sübutlarla təkzib edilir, buna görə də həmin ərizənin qəbulu mümkün deyildir. Bu mənada, 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsi MM-in imperativ göstərişləri pozulmaqla bağlandığından etibarsızdır. Çünki MM-in 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası, digər iki əqdin, yəni X və Cavabdeh1 arasında bağlanmış 30 avqust 2015-ci il tarix li alqı-satqı müqaviləsinin, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, apellyasiya məhkəməsinin də haqlı olaraq vurğuladığı kimi, mübahisələndirilən alqı-satqı müqaviəsi X və Cavabdeh1 arasında bağlanmışdır. Əgər iddiaçıların iddia etdikləri kimi X4 cavabdeh X8 tərəfindən aldadılmışdırsa, onda bununla bağlı müvafiq tələblə çıxış etmək hüququ məhz X3a məxsusdur. Eyni zamanda, X4un alqı-satq müqaviləsinin bağlanması zamanı öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinin et ibarsız olması Xun bağ evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının əsassız olmasını deməyə imkan verir. Çünki bu halda, daşınmaz əmlakın dövlət reyestrində X4un adına aparılmış qeydin əsassızdır; başqa sözlə, etibarsız bağışlama müqaviləsi hüquqi nəticə, yəni mülkiyyət hüququnun X3dan X4a keçməsini doğura bilməz. Deməli, 30 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması zamanı mübahisəli bağ evinin mülkiyyətçisi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış X, əslində həqiqi mülkiyyətçi olmamışdır. Bu mənada, X8 sözügedən bağ evini həqiqi mülkiyyətçidən əldə etməmişdir. Buna baxmayaraq X8 bağ evi üzərində mülkiyyət hüququ müdafiə edilməlidir. Ona görə ki, X8 daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad edərək bağ evini əldə etmişdir, yəni vicdanlı əldə edəndir. MMin 140 ("Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. "), 148.2 ("Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. ") və 149.2-ci ("Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hü quqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.") maddələrinin tələbinə görə X8in bağ evinə münasibətdə vicdanlı əldə edən kimi hüquqları qorunmalıdır. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri sayır ki, 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə baxmayaraq mübahisəli bağ evinin iddiaçı X6nın mülkiyyətinə qaytarılmaması MM-in 337.5-ci maddəsinin göstərişlərinə uyğundur. Çünki həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, t ərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan əlavə, diqqətə almaq lazımdır ki, bağ evi sonradan X8 tərəfindən cavabdeh X5ya bağışlanmışdır. Bu halda, yuxarıda qeyd edilən səbəblərdən X8 vicdanlı əldə edən kimi mülkiyyətçi olduğundan X5 bağ evini həqiqi mülkiyyətçidən əldə etmişdir və həmin şəxslər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsızlığı üçün hər hansı əsasın mövcudluğu iş materialları ilə müəyyən edilmir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar X1 və X4 k assasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2018-ci il tarixli qətnaməsi bağışlama müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar