Məhkəmə qərarları › İş №2(102)-2539/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2539/2022

19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2539/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-335/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 24.12.2007-ci il tarixli, 1054-180-07 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Milli Bankı və "xxxx" SKB arasında 180 gün müddətində 3 000 000 manat məbləğinə dair kredit müqaviləsi bağlanmışdır. 19.06.2008-ci il tarixli, 1054-180-07 nömrəli kredit müqaviləsinin əlavəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Milli Bankı və "xxxx" SKB arasında bağlanmış müqaviləyə əsasən verilmiş kredit resursunun ödənilmə vaxtı 18 dekabr 2008ci il tarixinədək uzadılmışdır. 24 dekabr 2007-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka müqaviləsinin predmetini, ilkin satış qiyməti tərəflər arasında ******* manat məbləğində qiymətləndirilən, 24 noyabr 2006-cı il tarixli ipoteka müqaviləsi və 06 dekabr 2006-cı il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmiş X6 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi-yaşayış sahəsi təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 16.06.2017-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 32 saylı fərdi yaşayış evi 1054-180-07 saylı, 24.12.2007-ci il tarixli kredit müqaviləsi və 19.06.2008-ci il tarixli kredit müqaviləsinə əlavə əsasında 24.12.2007-ci il tarixli sonrakı ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evi 05.04.1997-ci il tarixdə X4 adına qeydiyyata alınmış, 08.11.2006-cı il tarixdə isə vətəndaşın əvvəllər yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin 4Ə-364 saylı, 11.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi X9 tərəfindən Cavabdeh1 və Cavabdeh2 satılmışdır. 14.04.2017-ci il tarixinə olan məlumata əsasən Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 32 saylı fərdi yaşayış evi 24.11.2006-cı il tarixli kredit müqaviləsinə əsasən 06.12.2006-cı il tarixindən Azərbaycan Respublikası Milli Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 1 saylı Bakı Yerli İqti sad Məhkəməsinin 2(81)-3323/2010 saylı 15 dekabr 2010-cu il tarixli qərarına əsasən, "xxxx" ASC-nin müflis elan edilərək müəssisənin iflas prosesinin başlanması, "xxxx" ASC-nin ləğvedicisi qismində "xxxx" MMC-nin təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnaməsinə əsasən, “X16” ASC-nin 24.12.2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə 1 470 065,10 manat əsas borc, 365.214,21 manat faiz borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdeh X3 xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaş ayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc və tutmanın yönəldilməsi ilə bağlı xərcin əvəzi Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ödənilməsi, ipoteka predmeti olan - Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1 500 000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 2(103)-10758/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 ayrıca, iş üzrə tərəf olmadıqları üçün rayon Məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onların maraqlarına toxunduğunu bildirən Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(008)-653/2017 saylı qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi tələbi barədə” irəli sürdüyü iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə 24.12.2007-ci il tarixli 1054-180-07 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipotekanın dövlət qeydiyyatı ilə bağlı 07.02.2017-ci il tarixli arayışından görünür ki, 957180-06 nömrəli kredit müqaviləsi üzrə X7 mülkiyyət hü ququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 32 nömrəli fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən və həmin müqavilə üzrə öhdəliklərin 2425.12.2007-ci il tarixlərində icrası ilə Mərkəzi Bank tərəfindən 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 25.12.2007-ci il tarixində yeni kreditin verilməsi ilə eyni tarixlərə düşdüyündən, həm də ipoteka predmetinin Mərkəzi Bankın xeyrinə yüklü olunduğu nəzərə alınaraq 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə ipotekanın təkrar qeydiyyatının aparılması üçün müraciət olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 12 may 2014-c ü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi X1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evinin Mərkəzi Bankda ipotekada qalmaq şərti ilə Cavabdeh2 satılmasına etiraz etmir. "xxxx" SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 milyon manatlıq hissəsi ödənildikdən sonra yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlak girovdan azad ediləcəkdir. 07 fevral 2017-ci il tarixli maliyyə arayışına əsasən, "xxxx" SKB ASC-nin 07.02.2017ci il tarixə olan əsas borcu 1470.065.10 manat, faiz borcu isə 365.214.21 manat təşkil edir. «Hüquqların Dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»-ın surətindən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 10 otaqlı 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evi Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 01.08.2016-cı il tarixli 242 saylı sərəncamından görünür ki, Cavabdeh2 və Cavabdeh1 31.05.2016-cı il tarixli, İ-48-159-№li ərizə ilə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, rayonun M.K.Atatürk prospekti 30, 32 və 42 ünvanlarında yerləşən özlərinə məxsus ərazidə qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının öz vəsaitləri hesabına sökülməsini və həmin mülklərin yerində yeni yaşayış və qeyri-yaşayış binasının tikintisinə razılıq verilməsini xahiş etmişlər. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RİH mülki mənzil, şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülərək, yerində yaşayış və qeyri-yaşayış binasının təqdim olunmuş layihəyə uyğun tikintisi nəzərdə tutulmuşdur. Qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 02.06.2016-cı il tarixli 02/05-801 No-li rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublik ası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq rayonun M.K.Atatürk prospekti 30, 32 və 42 ünvanlarında yerləşən özlərinə məxsus 0,24 ha ərazidə yeni yaşayış və qeyri-yaşayış binasının təqdim olunmuş layihəyə uyğun tikintisinin aparılmasına icazə verilməsi, rayonun M.K.Atatürk prospekti 30, 32 və 42 ünvanlarında yaşayış və qeyri-yaşayış binasının tikintisinə başlanılması məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 aşağıdakıların həvalə edilməsi qərara alınmışdır. Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 21 və 22 noyabr 2015-ci il tarixli müraciətlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0.03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224.7 kv.metr yaşayış, 303.2 kv.metr köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış evi adlarına alqı-satqı edildiyindən əmlakın girovdan azad edilməsi üçün 2 000 000 manat ödənişdən 1 505 000 manat artıq icra edilmiş qalan 495 000 manat vəsait bir ay müddətinə ödəməyi öhdəsinə götürürlər. Bununla əlaqədar Mərkəzi Bank tərəfindən məhkəmə hərəkətlərini bir ay müddətinə təxirə salınması ilə bağlı köməklik göstərilməsini xahiş edirlər. Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 22 noyabr 2016-cı il tarixli müraciətlərdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankına 21 noyabr 2016-cı il tarixli müraciətlərində 1 ay müddətinə ödənilməli olan məbləğin texniki səhv nəticəsində 1.495.000 manat kimi göstərildiyini nəzərə alaraq həmin məbləğin 495 000 manat kimi qəbul edilm əsini, 21 noyabr 2016-cı il tarixli məktubdakı qeyd edilmiş ödənilməli olan 1.495.000 manat məbləğin etibarsız hesab edilməsini xahiş etmişlər. Məhkəmə mühasibatlıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 9/5220 saylı rəyindən də görünür ki, 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 19 iyun 2008-ci il tarixli əlavənin şərtləri nəzərə alınaraq “X16” ASCnin Azərbaycan Respublikası Mərkəzi Bankına istər iddia qaldırıldığı 06 sentyabr 2018-ci il tarixinə, istərsə də qərardad çıxarılan 14 iyul 2021-ci il tarixinə borcu olduğu kimi qalır. (əsas borc 1470065,10 manat, faiz borcu 365214,21 manat) İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdehlər Cavabdeh1, Cavabd eh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsinin cavabdehlər tərəfindən sökülməsi nəticəsində Mərkəzi Bank tərəfindən "X16” ASC-yə verilmiş kreditin təminatsız qalması ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq borc tələbi həddində, yəni 1.470.065.10 (bir milyon dörd yüz yetmiş min altmış beş manat on qəpik) manat əsas, 365 214.21 (üç yüz altmış beş min iki yüz on dörd manat iyirmi bir qəpik) manat faiz borcu, cəmi 1.835.279.31 (bir milyon səkkiz yüz otuz beş min iki yüz ye tmiş doqquz manat otuz bir qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Mərkəzi Banka ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) ilə borclu “X16” ASC arasında illik 13%-lə 3.000.000 (üç milyon) manat məbləğində əsas borcun 21.06.2008-ci il tarixinədək ödənilməsi şərtilə kredit verilməsi barədə 24.12.2007-ci il tarixli, 1054-180-07 nömrəli kredit müqaviləsi bağlanmışdır. 19.06.2008-ci il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək, kredit üzrə əsas borcun illik 15%-lə 18.12.2008-ci il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 24.12.2007-ci il tarixli ipoteka müqaviləsi əsasın da X7 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224.7 kv.m yaşayış, 303.2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mərkəzi Bank tərəfindən ƏMDK yanında DƏDRX Bakı Ərazi idarəsinə və müvafiq notariat kontoruna ünvanlanmış 12.05.2014-cü il tarixli, 05-002832014 saylı məktub əsasında qeyd olunan əmlakın Mərkəzi Bankda ipotekada qalmaq şərtilə Cavabdeh2 satılmasına etiraz edilməməsi bildirilmişdir. Məktubda həmçinin o da qeyd olunmuşdur ki, "xxxx" SKB-nin Mərkəzi Bank qarşısında olan öhdəliyinin 2 (iki) milyon manatlıq hissəsi ödənildikdən sonra yuxarıda qeyd olunan ipoteka ilə yüklü edilmiş əmlak yükl ülükdən azad ediləcəkdir. Qeyd edək ki, Mərkəzi Bank tərəfindən özgəninkiləşdirilməyə etiraz edilməməsi barədə 12.05.2014-cü il tarixli məktub verildikdən sonra əmlakın özgəninkiləşdirilməsi barədə Mərkəzi Banka nə yeni mülkiyyətçi, nə də digər aidiyyatı dövlət orqanları tərəfindən hər hansı məlumat verilməmişdir. Aktivlərinin qeyri-qənaətbəxş olması, likvidliyini itirməsi, vaxtı çatmış maliyyə öhdəliklərini icra etmək iqtidarında olmaması səbəbindən Azərbaycan Respublikasının 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 15.12.2010-cu il tarixli qərarı ilə “X16” ASC müflis elan olunmuş və hazırda barəsində iflas proseduru həyata keçirilir. Göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləğləri həcmində Mərkəzi Bankın kreditor tələbləri “X16” ASC-nin ləğvedicisinə 04.05.2011-ci il tarixli məktu bla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyədək mümkün olmamışdır. Qeyd olunan kredit müqaviləsi üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq 15.01.2011-ci il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Mərkəzi Bank ipoteka saxlayan kimi yuxarıda qeyd olunan ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia qaldırmış, lakin məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, ipoteka predmeti olan əmlak Cavabdeh2 satıldıqdan sonra ipoteka predmeti qanunsuz olaraq sökülmüşdür. Belə ki, söküntü prosesi ilə əlaqədar ipoteka saxlayan kimi Mərkəzi Banka heç bir məlumat verilməmiş və beləliklə də, verilmiş kreditin təminatı olan ipoteka predmetinin qanunsuz olaraq söküntüsü nəticəsində Mərkəzi Bankın qanuni mənafeləri tam olaraq pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18.07.2017-ci il tarixli, 2(008)-653/2017 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan belə bəlli olmuşdur ki, adı çəkilən şəxslər qanunun tələblərinə zidd olaraq nəinki əmlakın salamatlığını təmin etmiş, əksinə, yüklü əmlakı qanunsuz olaraq tamamilə məhv edərək Mərkəzi Bankın xeyrinə yüklü olan əmlakı sökmüş və yerinə yeni binanın inşasını həyata keçirmişlər. Bununla da iddiaçı ipoteka ilə yüklü edilən əmlakın söküntüsü kobud qanun pozuntusudur və delikt törətmiş şəxslər mülki hüquq məsuliyyəti daşıyır. Hazırda “X16” ASC-nin 24.12.2007-ci il tarixli, 1054-180-07 nömrəli kredit müqaviləsi ü zrə Mərkəzi Bank qarşısında ödənilməmiş 1 470 065.10 (bir milyon dörd yüz yetmiş min altmış beş manat on qəpik) manat əsas borc, 365 214.21 (üç yüz altmış beş min iki yüz on dörd manat iyirmi bir qəpik) manat faiz borcu, cəmi 1 835 279.31 (bir milyon səkkiz yüz otuz beş min iki yüz yetmiş doqquz manat otuz bir qəpik) manat kredit borcu vardır. İddiaçı onu da qeyd edir ki, özünü yeni mülkiyyətçi kimi təqdim edən Cavabdeh1 qeyri-prudensial idarəetmə nəticəsində müflis vəziyyətə düşmüş “X16” ASC-nin səhmdarlarından biridir. Bu baxımdan da, bankın müflis vəziyyətə düşməsinə, məsuliyyət daşıyan şəxslərdən biri də odur. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü əmlakın sökülməsi ilə təqsirli və hüquqazidd əməllərə yol verilməklə nəticədə dövlətin maraq larına külli miqdarda zərər vurulmuş və bu da hazırki iddianın irəli sürülməsi zərurətini yaratmışdır. Odur ki, iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-317/2019) iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, araşdırma zamanı cavabdehlər tərəfindən iddiaçıya delikt nəticəsində maddi zərər vurulması halı öz təsdiqini tapmamışdır. Cavabdehlər iddiaçı ilə müqavilə tərəflə ri olmayaraq onun qarşısında mülki məsuliyyətlə bağlı öhdəlik daşıyıcısı olmamışlar və deyillər. İpoteka predmeti olan əmlakın cavabdehlərə ipoteka verən tərəfindən satılması isə ipoteka saxlayan kimi iddiaçının rəsmi razılığı ilə baş vermiş və sonuncu bu özgəninkiləşdirmənin hüquqi nəticələrini əvvəlcədən bilməli idi və bilirdi. Belə ki, cavabdehlər əldə etdikləri daşınmaz əmlakla bağlı onlara verilmiş mülkiyyət hüquqlarını təsdiq edən müvafiq sənədlər əsasında heç bir yüklülük və qadağa olmadığı halda artıq özlərinə məxsus mübahisəli sahədən mülahizələrinə görə istifadə etməyə başlamış, onun sökülərək yenidən inşa edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmiş və onlara təqdim olunmuş lahiyəyə uyğun tikinti işlərinin aparılmasına icazə verilmişdir. Belə olan halda ipoteka predmetini n qanunsuz olaraq sökülməsi, söküntü prosesi ilə əlaqədar ipoteka saxlayan kimi Mərkəzi Banka məlumat verilməli olması və beləliklə də, verilmiş kreditin təminatı olan ipoteka predmetinin qanunsuz olaraq söküntüsü nəticəsində Mərkəzi Bankın qanuni mənafeləri tam olaraq pozulmasına dair iddiaçının dəlillərini məhkəmə əsassız sayır və hesab edir ki, cavabdehlər tərəfindən müvafiq sənədlər əsasında və qanunun tələblərinə riayət olunmaqla söküntü işləri həyata keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-6289/2019) iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şika yəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(005)-317/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması. Lakin hazırki işdə də bu əsaslar müəyyən edilmir. Çünki zərərin mövcud olması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya real zərərin vurulması təsdiq olunmur. Kollegiya qeyd edir ki, hal-hazırda iddiaçının istinad etdiyi kredit müqaviləsi üzrə borcun qaytarılmaması və b ununla da, iddiaçıya zərər dəyməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. İpoteka müqaviləsinin qüvvəyə minməsinin imperativ şərti onun dövlət qeydiyyatına alınmasıdır. Lakin iş materiallarından müəyyən olunur ki, 24.12.2007ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda isə həmin ipoteka müqaviləsi qüvvəyə minməmiş və X9, daha sonra isə Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyan statusunu əldə etməmişlər. Həmin şəxslər ipoteka qoyan statusunu əldə etmədikləri üçün isə Mülki Məcəllənin 312.1-ci maddəsinin və “İpoteka haqqında” Qanununun 25.3, 25.3.1, 25.3.2 və 30.2-ci bəndlərinin tələblərinə uyğun olaraq ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərində n müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək vəzifələri daşımamışlar. Ona görə də, cavabdehlər öz mülkiyyətlərində olan əmlakı söküb və yerində başqa bir tikili inşa etməklə iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkətə yol verməmişlər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev, iş № 2(102)-42/2020) Azərbaycan Respublikası Mərkəzi Bankı və vəkili Anar Bayramov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli 2(103)-6289/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndə rilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə istinad edərək zərərin mövcud olması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya real zərərin vurulması təsdiq olunmaması nəticəsinə gələrkən nəzərə almamışdır ki, 11.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi X10 tərəfindən Cavabdeh1 və Cavabdeh2 satılarkən sonuncular həmin evi yüklü vəziyyətdə almışlar. Əmlakın satılmasına dair məktubda evin Mərkəzi Bankda ipotekada qalmaq şərti ilə Cavabdeh2 satılmasına etiraz edilməməsi bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu halına və Cavabdeh1 və Cavabdeh2 Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 01.08.2016-cı il tarixli 242 saylı sərəncam ı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəyi, X17 Xidmətinin müvafiq rəyi əsasında ümumi birgə mülkiyyətinə verilmiş, lakin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış sahəsini sökməklə faktiki olaraq ipoteka predmetini ləğv etmələrinə, alqı-satqı müqaviləsi əsasında aldıqları və sökdükləri əmlakın ipoteka ilə yüklü olmasından tam xəbərdar olmasına hüquqi qiymət verməmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddianın predmetini də cavabdehlər tərəfindən yol verilmiş qanunsuz hərəkətlərin nəticəsində vurulmuş zərərin ödənilməsi, iddianın əsasını isə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri, ipoteka müqaviləsinin şərtləri, qanunvericiliyin və müqavilə şərtlərinin kobud şəkildə pozulması nəticəsinə deliktdən törənən zərərin ödənilm əsinə dair mülki qanunvericiliyin tələbləri təşkil etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, işin qeyd edilən, lakin düzgün hüquqi qiymət verilməyən halları baxımından apellyasiya instansiyası məhkəməsinin mülki qanunvericiliyin sadalanan normalarına istinadən halhazırda iddiaçının istinad etdiyi kredit müqaviləsi üzrə borcun qaytarılmaması və bununla da, iddiaçıya zərər dəyməsi qənaətinə gəlmək üçün əsaslar mövcud olmamasına dair nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 30.2-ci maddəsinin hazırki mübahisəyə tətbiq edilməli olmasına qiymət verməmişdir. Məhk əmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək və 1054-180-07 nömrəli kredit müqaviləsi üzrə adı çəkilən əmlakın Mərkəzi Bankın xeyrinə ipotekada olmasının heç vaxt ipoteka qoyan tərəfindən mübahisələndirilməməsinə də diqqət yetirməmişdir. Əksinə işin materiallarından görünür ki, ilkin ipoteka qoyan X5 iştirakı ilə notarial qaydada təsdiq edilmiş 19.04.2011-ci il tarixli “İpoteka predmetinə tutma yönəldilməsi barədə” Razılaşmanın predmetini Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 32 nömrəli fərdi yaşayış evinə məhkəmədənkənar qaydada tutmanın yönəldilməsi, ipoteka predmetinin satılması və əldə edilmiş gəlirlərin bölüşdürülməsi təşkil etmişdir. Həmin Razılaşmada 1054-180-07 nömrəli kredit müqav iləsi üzrə ipoteka saxlayana ödənilməli məbləğ (3 mln. manat) də öz əksini tapmışdır. Həmçinin, kollegiyanın qənaətinə görə həmin əmlakın 2014-cü ildə digər şəxsə satılmasına dair ipoteka saxlayan kimi Mərkəzi Bankdan razılığın alınması üçün müraciət olunması da əmlakın Mərkəzi Bankın xeyrinə yüklü olması faktını bir daha təsdiqi olub-olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq hüquqi qiymət verilməmişdir. Kollegiya hesab etmişdir ki, 24.12.2007-ci il tarixli 1054-180-07 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipotekanın dövlət qeydiyyatına alınmamasına dair nəticəsi əsaslandırılmamış, X9, daha sonra isə Cavabdeh1, Cavabdeh2 ipoteka qoyan statusunu əldə edib-etməmələrinə, cavabdehlərin öz mülkiyyətlərində olan əmlakı söküb və yerində başqa bir tikili inşa etməklə iddia çıya münasibətdə qanunsuz hərəkətə yol veribverməmələrinə düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-335/2021) iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(005)-317/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 1835279,31 manat məbləğində pul birgə qaydada tutularaq Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 145 manat pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində ipoteka qoyanın vəzifələri kimi ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək təsbit edilmişdir. İpoteka qoyanın qanunla müəyyən edilmiş bu vəzifələri cavabdehlər tərəfindən sökülən əmlakın yüklülüyünə dair Mərkəzi Bankla ipoteka qoyan arasında bağlanmış 24 dekabr 2007-ci il tarix li ipoteka müqaviləsinin 2.4-cü bəndində də ipoteka qoyanın öhdəliyi kimi göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 1054-180-07 saylı kredit müqaviləsi üzrə adı çəkilən əmlakın Mərkəzi Bankın xeyrinə ipotekada olmasını ipoteka qoyan mübahisələndirməmişdir. Əksinə, ilkin ipoteka qoyan X5 iştirakı ilə notarial qaydada təsdiq edilmiş 19 aprel 2011-ci il tarixli “İpoteka predmetinə tutma yönəldilməsi haqqında razılaşma”nın predmetini Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 32 saylı fərdi yaşayış evinə məhkəmədənkənar qaydada tutmanın yönəldilməsi, ipoteka predmetinin satılması və əldə edilmiş gəlirlərin bölüşdürülməsi təşkil etmişdir. Həmin razılaşmada 1054-180-07 saylı kredit müqaviləsi üzrə ipoteka saxlayana ödənilməli olan 3 milyon manat da öz əksin i tapmışdır. Həmin əmlakın 2014-cü ildə digər şəxsə satılmasına dair ipoteka saxlayan kimi Mərkəzi Bankdan razılığın alınması üçün müraciət olunması da əmlakın Mərkəzi Bankın xeyrinə yüklü olması faktını bir daha təsdiq edir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 9/5220 saylı rəyindən də görünür ki, 24 dekabr 2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 19 iyun 2008-ci il tarixli əlavənin şərtləri nəzərə alınaraq “X16” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına istər iddia qaldırıldığı 06 sentyabr 2018-ci il tarixinə, istərsə də qərardad çıxarılan 14 iyul 2021-ci il tarixinə borcu olduğu kimi qalır. (əsas borc 1470065,10 manat, faiz borcu 365214,21 manat) Məhkəmə kollegiyası şərh olunan lara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsini özbaşına söküb ipoteka kreditinin təminatsız qalmasına səbəb olduqlarından, vurulmuş zərərin əvəzi onlardan tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cav abdehlər Cavabdeh2 və Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli 2(103)-335/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, «İpoteka» haqqında Azərbaycan Respublikası Qanununun 11.1 və 11.2-ci bəndlərində təsbit olunmuşdur ki, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əşyanın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi ipoteka müqaviləsinin qüvvəyə minməsinin imperativ şərti onun dövlət qeydiyyatına alınmasıdır. Belə olan halda isə həmin ipoteka müqaviləsi qüvvəyə minməmiş və X9, Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyan statusu əldə etməmişlər. Həmin şəxslər ipoteka qoyan statusu əldə etmədikləri üçün isə Mülki Məcəllənin 312.1-ci maddəsinin və Qanunun 25.3, 25.3.1, 25.3.2, və 30.2-ci bəndlərinin tələblərinə uyğun olaraq ipoteka predmetinin saxlanmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək vəzifələri daşımamışlar. Ona görə də həmin əmlakın sökülüb yerində başqa bir tikili inşa etməsi ilə iddiaçıya qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilməmişdir. Mülki Məcəllənin 21.2 və 1096.1-ci maddələrinin tətbiqi zamanı ilk öncə zərərin ödənilməsi üçün hüquqi əsaslar müəyyən edilməlidir. Hazırkı işdə bu əsaslar müəyyən edilmir, çünki zərərin mövcud olması və cavabdehlərin qanunsuz hərəkəti nəticəsində iddiaçıya real zərərin vurulması təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsi kimi təqdim edilmiş, lakin məhkəmə tərəfindən məhkəmə iclas protokollarına və qətnaməyə salınmamış iş üzrə qanuni qüvvəsini almış 3 instansiya məhkəməsinin qətnamələri ilə müəyyən olunmuşdur ki, iddiaçının hazırkı iş üzrə cavabde hlər tərəfindən sökülmüş girova görə «X16» ASC-yə verilmiş kreditin təminatsız qalması ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq tələb etdiyi məbləği başqa bir şəxsdən tələb edərək pulun tutulmasının onun mülkiyyətində olan əmlakına yönəldilməsi qət edilmiş və iş icraya yönəldilmişdir. Həmin məhkəmə qərarlarına əsasən iddiaçı 24.12.2007-ci il tarixli 1054180-07 nömrəli kredit müqaviləsi (hazırkı iş üzrə tələb həmin müqavilə üzrə və həmin məbləğdədir) üzrə 1.515.065,10 manat əsas və 365.214,21 manat faiz borcunun tutulması X11 (baxılan iş üzrə cavabdeh olmayan şəxs) mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,02107 ha torpaq sahəsində yerləşən 38 a nömrəli binanın birinci mərtəbəsində 640.2 kv.m ümumi, 11,1 kv.m köməkçi sahədən ibarət qeyri-yaş ayış sahəsinə yönəldilməsi qərara alınmışdır. Belə olan halda hazırkı ipoteka predmetinin sökülməsi nəticəsində kredit müqaviləsinin təminatsız qalmasına dair mövqeyi düzgün deyildir. Cavabdehlər əldə etdikləri daşınmaz əmlakla bağlı onlara verilmiş mülkiyyət hüquqlarını təsdiq edən müvafiq sənədlər əsasında heç bir yüklülük və qadağa olmadığı halda artıq özlərinə məxsus mübahisəli sahədən öz mülahizələrinə görə istifadə etməyə başlamış, onun sökülərək yenidən inşa edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmiş və onlara təqdim olunmuş layihəyə uyğun tikinti işlərinin aparılmasına icazə verilmişdir. "xxxx" ASC-in ləğvetmə prosesi hələ başa çatmayıb və hal- hazırda davam edir. Həmin bankın iddiaçıya olan kredit borcu ləğvetmə prosesində qanunla müəyyən edilmiş növbəlilik qaydasında ö dənilə bilər. Həmçinin bu səbəblə də iddiaçının istinad etdiyi kredit müqaviləsi üzrə borcun qaytarmaması və bununla da iddiaçıya zərər dəyməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Belə olan halda iddiaçı hər hansı zərərlə qarşılaşmadığına baxmayaraq belə əsassız iddia qaldırmış və apellyasiya məhkəməsi tərəfindən buna əhəmiyyət verilməyərək iddiaçının guya zərərə uğradığı və tələbin haqlı olduğu qərara alınmışdır. Cavabdehlər iddiaçı ilə müqavilə tərəfləri olmadığı üçün onun qarşısında mülki məsuliyyətlə bağlı öhdədlik daşıyıcısı olmamışlar. İpoteka predmeti olan əmlakın cavabdehlərə ipoteka verən tərəfindən satılması isə ipoteka saxlayan kimi iddiaçının razılığı ilə baş vermiş və sonuncu bu özgəninkiləşdirmənin hüquqi nəticələrini əvvəlcədən bilməli idi və bilirdi. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə müb ahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa et mək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3.-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.10-cu maddəsinə əsasən girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 272-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. 274-cü maddəsinə əsasən girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi girov və ya ipoteka hüququnu dəyişd irmir. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 312.1-ci maddəsinə əsasən, ipoteka verən əşyanın real dəyərini qorumağa borcludur. 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2.-ci maddəsinə əsasən delikt tör ətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün h əll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha to rpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsini özbaşına söküb ipoteka kreditinin təminatsız qalmasına səbəb olduqlarından, ipoteka qoyana 1835279,31 manat məbləğində zərər vurulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 1054-180-07 saylı kredit müqaviləsi üzrə adı çəkilən əmlakın Mərkəzi Bankın xeyrinə ipotekada olmasını ipoteka qoyan mübahisələndirməmişdir. Əksinə, ilkin ipoteka qoyan X5 iştirakı ilə notarial qaydada təsdiq edilmiş 19 aprel 2011-ci il tarixli “İpoteka predmetinə tutma yönəldilməsi haqqında razılaşma”nın predmetini Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 32 saylı fərdi yaşayış evinə məhkəmədənkənar qaydada tutmanın yönəldilməsi, ipoteka predmetinin s atılması və əldə edilmiş gəlirlərin bölüşdürülməsi təşkil etmişdir. Həmin razılaşmada 1054-180-07 saylı kredit müqaviləsi üzrə ipoteka saxlayana ödənilməli olan 3 milyon manat da öz əksini tapmışdır. Həmin əmlakın 2014-cü ildə digər şəxsə satılmasına dair ipoteka saxlayan kimi Mərkəzi Bankdan razılığın alınması üçün müraciət olunması da əmlakın Mərkəzi Bankın xeyrinə yüklü olması faktını bir daha təsdiq edir. Qeyd edilən müqavilə bağlandığı vaxtda 957-180-06 nömrəli kredit müqaviləsi üzrə X7 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 32 nömrəli fərdi yaşayış evinin Mərkəzi Bankın xeyrinə yüklülüyü dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yü klü edilmiş Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospektində istifadədə olan 0,03456 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 224,7 kv.m yaşayış, 303,2 kv.m köməkçi sahəsi olan 32 nömrəli fərdi yaşayış sahəsini cavbdehlərin özbaşına sökməsini, kreditin təminatsız qalmasını və faktiki olaraq ipoteka saxlayanın zərərə məruz qalmasını düzgün müəyyən etdiyindən hissə üzrə cavabdeh tərəfin dəlilləri əsassızdır. Lakin zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi maddi hüquq normalarının tələblərinə uyğun deyildir. İlkin olaraq qeyd olunmalıdır ki, baxılan iş üzrə tələb irəli sürülən şəxslər ipoteka qoyan statusundadırlar. Onlar kredit müqaviləsinin tərəfi deyildirlər, yalnız kreditin təminatı olan ipoteka predmetini alqı-satqı müqav iləsi əsasında əldə etmiş, ipoteka qoyanın hüquq və vəzifələri onlara keçmişdir. Apellyasiya instansiyası məhkəməsi zərərin məbləğini müəyyən edərkən müvafiq kredit müqaviləsi üzrə mühasibatlıq ekspertizası təyin etmiş və tələb olunan müddət üçün kredit müqaviləsi üzrə əsas borclunun icra edilməli olan öhdəliyinin həddini müəyyən etmiş (1835279,31 manat məbləğində) və həmin məbləğdə pulun cavabdehlərdən (Cavabdeh2 və Cavabdeh1) birgə qaydada tutulmalı olmasını qeyd etmişdir. Lakin göstərildiyi kimi nəzərə alınmamışdır ki, ipotekanın cavabdehlər ipoteka qoyanın hüquq və vəzifələrini əldə etmişlər, ipoteka saxlayanın tələbini faktiki təminat məqamında malik olduğu həcmdə təmin edə bilərlər. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsi zərəri kredit müqaviləsi üzrə yaranmış borca mü nasibətdə deyil, ilkin olaraq ipotekanın faktiki təminat məqamında malik olduğu həcmini araşdırmalı və həcmə münasibətdə zərər məbləğini müəyyən edilməsi məsələsinin müzakirəsini təmin etməli idi. Digər tərəfdən kassasiya şikayətinin digər dəlilində göstərilmişdir ki, «iddiaçının hazırkı iş üzrə cavabdehlər tərəfindən sökülmüş girova görə «X16» ASC-yə verilmiş kreditin təminatsız qalması ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq tələb etdiyi məbləği başqa bir şəxsdən tələb edərək pulun tutulmasının onun mülkiyyətində olan əmlakına yönəldilməsi qət edilmiş və iş icraya yönəldilmişdir. Həmin məhkəmə qərarlarına əsasən iddiaçı 24.12.2007-ci il tarixli 1054-180-07 nömrəli kredit müqaviləsi (hazırkı iş üzrə tələb həmin müqavilə üzrə və həmin məbləğdədir) üzrə 1.515.065,10 manat əsas və 365.214,2 1 manat faiz borcunun tutulması X11 (baxılan iş üzrə cavabdeh olmayan şəxs) mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,02107 ha torpaq sahəsində yerləşən 38 a nömrəli binanın birinci mərtəbəsində 640.2 kv.m ümumi, 11,1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi qərara alınmışdır. Belə olan halda hazırkı ipoteka predmetinin sökülməsi nəticəsində kredit müqaviləsinin təminatsız qalmasına dair mövqeyi düzgün deyildir.» Apellyasiya instansiyası məhkəməsi zərərin məbləğini müəyyən edərkən kassasiya şikayətində göstərilən həmin dəlillə bağlı istinad olunan məhkəmə aktlarının mövcud olması, qanuni qüvvədə olub-olmaması, icraya yönədilməsi və icrasının nəticəsinin araşdırılmasını təmin etməli, tələbin əmlaka yönəldilməsinin başa çatıb-çatmamasını müəyyən etməklə (hansı həcmdə icranın təmin edilməsini) qalıq zərər məbləğini baxılan iş üzrə ipoteka predmetinin faktiki təminat məqamında malik olduğu həcmə münasibətdə qiymətləndirilməlidir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-335/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar