Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-254/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC Abdullayev Rövşən Abduləli oğluna, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nın vəkili Vəkil2 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-77/2020 nömrəli iş üzrə 21 may 2020-ci il tarixli qətn aməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC və cavabdeh Abdullayev Rövşən Abduləli oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Abdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 11565,44 ABŞ dolları əsas, 6263,94 ABŞ dolları faiz, 1833,62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19663 (on doqquz min altı yüz altmış üç) ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq «xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İmanov, iş № 2(075)-32/2019) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Abdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, Abdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 30 manat dövlə t rüsumu tutularaq Ləğv Prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi, 145 manat ekspertiza xərci cavabdehlərdən alınaraq Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,X2 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC ilə Abdullayev Rövşən Abduləli oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə görə, həmin müqavilə əsasında Abdullayev Rövşən Abduləli oğluna 24 ay müddətinə illik faiz dərəcəsi 26% olmaqla 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.5-ci bəndinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 52 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx xxxxxx 2015-ci il tarixli 1/60/78604838 saylı kassa məxaric orderinə görə, Abdullayev Rövşən Abduləli oğlu “xxxx” ASC-dən həmin tarixdə kassa məxaric orderinə imza etməklə 12700 ABŞ dolları kredit almışdır. xx xxxxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə görə, Abdullayev Rövşən Abduləli oğlu götürdüyü 12700 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətində qaytarmalı olmuşdur. xx xxxxxx 2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsinə görə, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7xx xxxxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə kredit öhdəlikl ərinin icrasında Abdullayev Rövşən Abduləli oğlu ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. xx xxxxxxx 2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsinə görə, Cavabdeh4 qızının xx xxxxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında Abdullayev Rövşən Abduləli oğlu ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 7989 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyinə görə, Abdullayev Rövşən Abduləli oğlu «xxxx» ASCnə xx xxxxxx 2017-ci il tarixə 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 17829,38 ABŞ dolları borcu vardır. Birinci instansiya məhk əməsi qeyd etmişdir ki, həmin eksret rəyinin təsviri hissəsinə nəzər sadıqda aydın olur ki, mühasibatlıq ekspertizası zamanı cavabdehlərin cərimə borcuna dair tədqiqat aparılmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqav iləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilm ədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyn i növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “xxxx” ASCAbdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 11565,44 ABŞ dolları əsas, 6263,94 ABŞ dolları faiz, 1833,62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19663 (on doqquz min altı yüz altmış üç) ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumununtutulmasını məhkəmədən xahiş etsə də, məhkəmə mühasibalıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 7989 saylı rəyi ilə Abdullayev Rövşən Abduləli oğlunun «xxxx» ASC-nə olan 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 17829,38ABŞ dolları borcununolması müəyyən edilmiş, cavabdeh lərin cərimə borcları tədqiq edilməmişdir. İddiaçı “xxxx” ASC tərəfindən ərizədə tələb edilən borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilən məbləği daha əsaslı və cavabdeh Abdullayev Rövşən Abduləli oğlunun «xxxx» ASC-yə olan əsas və faiz borcunun müəyyənləşdirilməsində məhz həmin rəyə istinad edilməsini doğru hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı«xxxx» ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 1833,62 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək cavabdehlər Abdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları «xxxx» ASCnin xeyrinə tutulmalı, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməsin. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), A.Mahmudov və V.Məlikov, iş № 2(107)77/2020) cavabdeh Abdullayev Rövşən Abduləli oğlunun apelyasiya şikayəti təmin edilməmiş, i ş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-32/2019 saylı qətnaməsi Abdullayev Rövşən Abduləli oğluna münasibətdə dəyişdirilmədən saxlanılmış, Cavabdeh3 apelyasiya şikayəti təmin edilərək iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-32/2019 saylı qətnaməsi qismən yəni, Cavabdeh3 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, 30 manat dövlət rüsumu tutularaq Ləğv Prosesində olan “xxxx” ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənil məsi, 145 manat ekspertiza xərcinin isə Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,X2 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə rədd edilmişdir. Qətnamənin qalan hissədə yəni, cavabdehlər Abdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə, 30 manat dövlət rüsumu tutularaq Ləğv Prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına, iddianın qalan hissəsi təmin edilməməsi, 145 manat ekspertiza xərci Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,X2 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş xx xxxx 2020-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 124 (yüz iyirmi dörd) manat pul “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. Ap elyasiya məhkəməsi qeyd etmişdir ki, xxxx» ASC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Abdullayev Rövşən Abduləli oğluna kredit məbləği verilməsinə baxmayaraq sonuncu kredit müqaviləsi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də «xxxx» ASC ödənilməmiş kredit borcunun ödənilməsini cavabdeh Abdullayev Rövşən Abduləli oğlundan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllən in 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Apelyasiya instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 442, 448.1, 448.2, 472.1, 739, 741, 465.2, 467 maddələri tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi Abdullayev Rövşən Abduləli oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator əsas və faiz borc məbləğlərinin şişirdildiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarının 11-ci səhifəsində olan xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsindəki Cavabdeh3 adından olan imza Cavabdeh3 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Belə olduğu təqdirdə Cavabdeh3 iş üzrə zamin qismində cavabdeh ola bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan “xxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-77/2020 n ömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi qismən təmin edilmiş hissədə ləğv edilməsi və borcun Cavabdeh3 tutulması hissəsində iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Abdullayev Rövşən Abduləli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-77/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisinin vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verilməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-77/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm ver ir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməli dir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Cavabdeh Abdullayev Rövşən Abduləli oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab e dir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh Abdullayev Rövşən Abduləli oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-77/2020 nömrəli iş üzrə 21 may 2020- ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.