Məhkəmə qərarları › İş №2(102)-2542/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2542/2019

30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2542/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2(103)-9249/2018 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(009)3961/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.E. Rəhimov) iddiaçı BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin, cərimənin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə 30 aprel 2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə əsas borca görə 2.321,25 ABŞ dolları, faiz borcuna görə 191,59 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 91,35 ABŞ dolları olmaqla, cəmi 2.604,19 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli, 2(103)513/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və İ.K.Xəlilo v) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 06 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)-4274/2018 saylı qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və T.A.Qoldman) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2(103)-9249/2018 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 06 noyabr 2017-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 1.384,25 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin, cərimənin ödənilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 30 aprel 2014-cü il tar ixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 5.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3la 30 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyib. 01 avqust 2017-ci il tarixə Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş 1.384,25 ABŞ dolları əsas, 612,01 ABŞ dolları faiz, 1.723,50 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 3.719,76 ABŞ dolları məbləğində kredit borcu vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzr ə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etsələr də, vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azə rbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı BOKT “xxxx” MMC, Cavabdeh2 vəkili xxx və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- əsas borcun tutulmasına aid hissədə dəyişdirib, qalan mübahisələndirilən hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmələrinə, Cavabdeh2 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, iddia ərizəsini əsas borca aid hissədə təmin edərkən birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq düzgün nəticəyə g əlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 30 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsa sən iddiaçı təşkilat tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 5.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3la 30 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyib. İddia ərizəsindən görünür ki, 01 avqust 2017-ci il tarixə Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş 1.384,25 ABŞ dolları əsas, 612,01 ABŞ dolları faiz, 1.723,50 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 3.719,76 ABŞ dolları məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi d edikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassa siya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, iddia ərizəsini əsas borca aid hissədə təmin edərkən birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq düzgün nəticəyə gəlməməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən əsas borc un tutulmasına aid hissədə dəyişdirilmiş, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmaqla, sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq nomalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhvə nəticəyə gəlməsini və ölkədə baş verən devalivasiyanın nəzərə alınmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kredit razılaşması üzrə ödənişin müddəti çatanadək ABŞ dollarının Azərbaycan manatına nisbətdə dəyərinin (məzənnəsinin) artmasına gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, ölkədə baş vermiş devalivasiya iddiaçı təşkilatın vəsaiti hesabına kompensasiya edilməklə aradan qaldırıla və kredit müqaviləsinin şərtləri iddiaçı təşkilatın ziyanına təfsir oluna bilməz. Çünki, Azərbaycan manatının devalivasiyası nəticəsində Cavabdeh2la yanaşı iddiaçı təşkilatın özünə də zərər dəyməsi mülki iş materialları ilə istisna olunmur. Ölkədə baş vermiş devalivasiyanın nəticələri isə yalnız dövlətin müdaxiləsi, maliyyə yardımı, eyni zamanda kredit müqaviləsi üzrə tər əflərin qarşılıqlı razılaşması ilə aradan qaldırıla bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şi kayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2(103)-9249/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar