Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2542/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması öhdəliyi, zaminlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-167/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, **********9319 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 23,81% ödəmək şərti ilə 12500 ABŞ dolları məbləğində, eyni tarixli **********1182 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 23,81% ödəmək şərti ilə 12500 ABŞ dolları kredit verilmişdir;
3. Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 isə zamin qismində xx.xx.2015-ci il tarixli kredit müqavilələrinin tərəfi olmuş, borclu Cavabdeh1 qeyd edilən kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar olaraq birgə məsuliyyət daşıyacaqlarına dair üz ərlərinə öhdəlik götürmüşlər;
4. İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016ci il tarixli sazişlə xx.xx.2015-ci il tarixli, **********9319 saylı kredit müqaviləsi restrukturizasiya olunaraq qalıq borc 11038.85 ABŞ dolları müəyyən edilmiş və borcun illik 10 % ödəmək şərti 36 ay müddətinə tam ödənilməsi nəzərdə tutulmuşdur;
5. İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016ci il tarixli sazişlə xx.xx.2015-ci il tarixli, **********1182 saylı kredit müqaviləsi restrukturizasiya olunaraq qalıq borc 9708 manat müəyyən edilmiş və borcun illik 23.81 % ödəmək şərti 23 ay müddətinə tam ödənilməsi nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Məhdud Məsuliyyətli QBKT iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 xx.xx.2015-ci il tarixli, **********9 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11038,85 ABŞ dolları, faiz üzrə 2110,79 ABŞ dolları, cəmi 13149,64 ABŞ dolları məbləğində pulun, eyni tarixli **********2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9907 manat, faiz borcu üzrə 1549,96 manat, cəmi 11456,96 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Məhdud Məs
7. İddia tələbi işin yuxarıda qeyd edilmiş hallarına istinadla onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqavilələrinin şərtlərini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh2, İsma yılov Cavabdeh3 və Cavabdeh4 isə zamin qismində xx.xx.2015-ci il tarixli kredit müqavilələrinin tərəfi olmuş, borclu Cavabdeh1 qeyd edilən kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar olaraq birgə məsuliyyət daşıyacaqlarına dair üzərlərinə öhdəlik götürmüşlər.
8. Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, uzun müddət krediti və hesablanmış faizləri vaxtı-vaxtında ödəsə də, hal-hazırda o, imkanı olmadığı üçün müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra edə bilməmişdir. Banka olan borcunu ödəyə bilməsi üçün ona vaxt verilməsini xahiş edir.
9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)- 8690/2017 nömrəli iş üzrə 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim İlyas Mahmudov) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Həmçinin Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 xx.xx.2015-ci il tarixli kredit müqavilələri ilə borclu Cavabdeh1 qeyd edilən kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar olaraq ilə birgə məsuliyyət daşıyacaqlarına dair üzərlərinə öhdəlik götürmüşlər.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385.1, 442, 449.1, 472.1, 472.2-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4, 22 2.2, 226.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, borcun Cavabdeh2 İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi və iddiaçının cavabdeh (zamin) Cavabdeh2 münasibətdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mülki iş üzrə onun iştirakını təmin etmədən iclas keçirərək qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bu da onun konstitusion hüquqlarının pozulmasıdır. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar və subutlar hakim tərəfindən lazımınca tədqiq edilməmişdir. B elə ki, hazırkı iş üzrə müqavilələrdən onun xəbəri olmamışdır. Müqavilədəki imzalar isə onun tərəfindən icra edilməmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/1967 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 6-7-ci vərəqlərində olan İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********9319 nömrəli kredit müqaviləsinin 1-ci vərəqin aşağı hissəsində soldan 3-cü imza və 2-ci vərəqin arxa hissəsində “zamin Cavabdeh2 imza” qrafasındakı imza və mülki işin 9-10-cu vərəqlərində İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli. **********1182 nömrəli kredit müqaviləsinin 1-ci vərəqin aşağı hissəsində soldan 3-cü imza və 2-ci vərəqin arxa hissəsində “zamin Cavabdeh2 imza” qrafasındakı imza-Cavabdeh2 tərəfindən icra olunmuşdur.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-167/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər: İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Cavabdeh3 Məmmədov və Lalə Rəhimli) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə birinci instansiya məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(060)- 8690/2017 nömrəli qətnaməsi Cavabdeh4 dair hissədə ləğv edilmiş, Cavabdeh4 münasibətdə iddia tələbi üzrə işin icraatına isə məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsi 11 may 2017-ci il tarixdə verilmiş, lakin “Elektron məhkəmə” i nformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh4 iddia ərizəsi verilməmişdən qabaq 11 aprel 2017-ci il tarixdə vəfat etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-167/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Cavabdeh3 Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(060)-8690/2017 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 dair hissədə ləğv edilmiş, onlara münasibətdə yeni qətnamə çıxarılmaqla, iddianın onlara aid hissədə təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsmayılov Cavabdeh3 **********9319 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11038,85 ABŞ dolları, faiz üzrə 2110,79 ABŞ dolları, cəmi 13149,64 ABŞ dolları məbləğində pulun icra olunan tarixə Azərbaycan manatı məzənnəsi ilə və **********1182 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9907 manat, faiz borcu üzrə 1549,96 manat, cəmi 11456,96 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulması qət edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin 88-ci vərəqində olan apellyasiya şikayəti vermiş Cavabdeh2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ona həmin şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmiş və yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942V, ev 95, mənzil 52-dir. İş materiallarından isə görünür ki, iddia ərizəsi birin ci instansiya məhkəməsinə xx.xx.2017-ci il tarixində verilmiş, həmin iddia ərizəsində Cavabdeh2 yaşayış ünvanı düzgün olmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-5, Hərbi şəhərcik göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə hallarından biri kimi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılması göstərilmişdir.
18. Zaminlik müqaviləs üzrə imzanın apellyasiya şikayəti verən şəxsə məxsus olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Sumqayıt Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1932/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/1967 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə imzaların Cavabdeh2 tərəfindən icra olunduğu müəyyən edilmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218.1, 385.1.1, 384.0.2, 387.2.2-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, borcun Cavabdeh2 İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulmas ı hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində mülki iş üzrə cavabdeh (zamin) Cavabdeh2 münasibətdə irəli sürülən tələblər əsassız və qanunsuz tələblərdir. Ərizədə göstərilən hallar həqiqəti əks etdirmir. 2-ci instansiya məhkəməsi də İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin iddia tələblərinin qismən təmin olunması barədə qərar verməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Ona görə ki, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar və sübutlar məhkəmə tərəfindən lazımınca tədqiq edilməmişdir. Cavabdeh2 hər hansı bir məbləğində pul tutulması üçün heç bir əsas yoxdur. Əslində iddi a tələblərinin Cavabdeh2 münasibətdə tam rədd edilməsi ədalətli, əsaslı və qanuni olardı. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Digər sübutlar da olduğu halda məhkəmə yalnız ekspertizanın rəyini sübut kimi qəbul etmişdir. Çünki məhkəmə iclasında iş üzrə cavabdeh qismində dindirilmiş İsmayılov Cavabdeh3 kreditin onun tərəfindən götürüldüyünü, cavabdeh (zamin) Cavabdeh2 heç bir aidiyyətinin olmadığını bildirmiş və şəxsən özü tərəfindən qaytarılacağını dəfələrlə bildirsə də, məhkəmə bu hala hüquqi qiymət verilməsini lazım bilməmişdir. Sübut şübhəli olduğu üçün, mötəbər hesab edilə bilməz və mötəbərliyi qanunvericiliyin tələblərinə cavab vermir. Bu səbəbdən təkrar ekspertiza keçirilməsi barədə vəsatətlə çıxış edilsə də məhkəmə kollegiyası vəsatəti təmin etm əmişdir. Bütün bu hallar və sübutlar apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və onlara səhv hüquqi qiymət verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmun u ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sub sidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
29. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
30. Maddə 739 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 741 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiya). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh2 istinad etdiyi dəlil ekspertizanın rəyi ilə təkzib olunmuşdur. Belə olan halda, borcun ödənilməməsinə görə onun öhdəlik daşıması qanuni və əsaslı sayılmışdır.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı q ənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiy indən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-167/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.