Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2543/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin əsaslandırılması) 25.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 28 fevral tarixli, 2(103)845/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nikoyl” X1 ilə aralarında bağlanmış 11 mart 2008-ci il tarixli 4FRBB (İ) 08 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin Mərkəzi Reyestrində qeyd edilmiş məlumatların reyestrdən silinməsi barədə məlumatın Azərbaycan Kredit Bürosu” MMC-yə verilməsi, habelə borcun olmamasına dair müvafiq arayışın verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) 2022-ci il 19 oktyabr tarixli, e2(004)-2159/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) 2023-cü il 28 fevral tarixli, 2(1 03)845/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
5. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
6. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq norma larının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
7. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
8. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
9. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermir.
11. Belə ki, şikayətdə işin faktiki halları sadalanmış, maddi və prosessual hüquq normalarının sadəcə mətninə istinad edilmiş, həmin normaların pozulmasının nədən ibarət olduğu əsaslandırılmamışdır.
12. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416. 1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2).
13. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
14. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şik ayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
15. Odur ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci və 408.1.5-ci maddələrinə əsasən qeyrimümkün hesab edilməli və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2, 407 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 28 fevral tarixli, 2(103)845/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.