Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2544/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, sübyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10345/2021 nömrəli, 30 noyabr 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2009-cu ildə ünvan yerləşən torpaq sahəsində özbaşına ev tikmiş və həmin vaxtdan ailə üzvləri ilə birlikdə orada yaşayır.
2. Cavabdeh da 1988-ci il tarixindən ünvan 7 sot torpaq sahəsində 220 kv.m sahəsi olan həyət evi tikib yaşamağa başlamış və 1995-ci ildən evi tikib başa çatdırmışdır.
3. X3, X1 və X2 tərəfindən imzalanmış 02.10.2020-ci il tarixli aktdan qeyd edilir ki, imza edən qonşular ünvan qeydiyyatda olan və həmin evdə ailə üzvləri ilə birlikdə yaşayan İddiaçı qonşuluqda yaşayan Cavabdeh məxsus su çənləri onun evinə yaxın məsafədə yerləşir. Həmin su çənlərinin istismar müddəti başa çatmışdır. Baxımsızlıq nəticəsində həmin çənlərdən İddiaçı evinə, həyətinə su axaraq ziyan vurmaqda davam edir. Dəfələrlə deyilsə də, heç bir nəticə verməmiş, h ətta onu təhqir etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.07.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Departamenti tərəfindən Cavabdeh barəsində qəbul edilmiş 25 may 2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
6. İddiaçı ünvan 1 ünvanında cavabdehə məxsus su çənlərindən suyun axıdılması nəticəsində ona məxsus ev və həyətin yararasız hala salınması, cavabdehin bu hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus su çənlərinin onun öz vəsaiti hesabına çıxarılması, 11 il ərzində həmin su çənlərindən suyun axıdılması nəticəsində onun evi və həyəti yararasız hala salındığı üçün ona dəymiş zərərə görə 7000 (yeddi min) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə ünvan torpaq sahəsi alaraq ev tikmiş və həmin vaxtdan istifadəsində və qeydiyyatda olduğu ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, yaşadığı evə aid torpaq sahəsini qonşusu hazırki iş üzrə cavabdeh olan Cavabdeh aldığı üçün ona məxsus su çənləri onun evinin yaxın məsafəsində yerləşir. Həmin su çənlərinin istismar müddəti başa çatmış, baxımsızlıq nəticəsində evinə və həyətinə su axmış, hazırda da su axaraq ziyan vurmaqda davam edir. Cavabdehə dəfələrlə bildirilsə də, heç bir nəticə verməmiş və nəticədə evinə zərər dəymişdir. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus su çənləri onun öz vəsaiti hesabına çıxarılmalı və 11 il ərzində həmin su çənlərindən suyun axıdılması nəticəsində evi və həyəti yararasız hala salındığı üçün ona dəymiş zərərə görə 7000 manat təşkil edir.
9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, 1988-ci il tarixindən ünvan 7 sot torpaq sahəsində 220 kv.m sahəsi olan həyət evi tikib yaşamağa başlamış və 1995-ci ild ən evi tikib başa çatdırmışdır. Belə ki, 2010-cu il tarixdə iş üzrə İddiaçı onların həyətində tikilmiş və onlara məxsus olan bir otaqlı evdə kirayə yaşamağa başlamışdır. O, iki ilə yaxın həmin evdə yaşamış və aralarında münasibətlər normal olmuşdur. Onlar öz torpaq sahələrindən hasar çəkərək 40kv.m torpaq sahəsini İddiaçı ev tikib yaşaması üçün vermişlər. İddiaçı evin sahəsini bir qədər də artıraraq 60 kv.m-ə çatdırmışdır. Onlar evlərini tikdikdən sonra öz torpaq sahələrini əhatə edən dəmirdən hasar çəkmişlər. İddiaçı evinin arxasında olan dəmirdən olan hasarı sökərək həmin torpaq sahəsinə sahib çıxmaq istəmişdir. Onlar evin arxasında 1995-ci ildən daşdan su çənləri tikmişlər, həmin çənlərlə İddiaçı evi arasında dəmir hasarı onlar çəkmişlər, onların çənlərindən heç yerə su axıdılmır. Neç ə ildir ki, həmin çənlərdən istifadə edirlər, heç bir yerə də su axıdılmır. İddiaçı onların evinin arxasında olan həyətyanı sahəyə sahib çıxmaq istəyir və buna görə də aralarında mübahisə yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.06.2021-ci il tarixli, 10/610 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilən zamanı suyun sızma və ya axıdılması halı müşahidə olunmamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilən zamanı yaşayış evində və yaşayış evinin, həyətyanı torpaq sahəsinə su sızma nəticəsində ziyanın dəymədiyi və konstruktiv elementləri üzərində qüsurların olmadığı müəyyən edilmiş, ünvan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən (foto şəkillərdə əks olunan) çənlər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə 2,25 metr ara məsafəsində yerləşdiyi müəyyən edilir. Həyətyanı sahələrin sərhədləri müəyyən edilmədiyindən həmin çənlərin 2B saylı evin həyətyanı sahələrindən nə qədər məsafədə yerləşməsini müəyyən etmək mümkün olmamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində su sızmaya aid qüsurların olmadığı müəyyən edilmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.N.Qafarova) 05.08.2021-ci il tarixli, 2(009)-257/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddia çı ona məxsus ünvan 3 ünvanına suyun məhz Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən su çənlərindən axıdılması, eləcə də bunun nəticəsində ona zərər vurulması ilə bağlı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı iddia tələbində həmçinin “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus su çənlərinin onun öz vəsaiti hesabına çıxarılmasını” xahiş etsə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi ilə ünvan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən (foto şəkillərdə əks olunan) çənlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə 2,25 metr ara məsafəsində yerləşdiyi müəyyən edilmiş, həyətyanı sahələrin sərhədləri müəyyən edilmədiyindən həmin çənlərin 2B saylı evin həyətyanı sahələrindən nə qədər məsafədə yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
13. Göründüyü kimi mübahisəli çənlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (və ya onun həyət yanı sahəsində) yerləşməsi təsdiq edilməmiş, eləcə də ünvan 1 ünvanında yerləşən ev hüquqi statusuna görə özbaşına tikili olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı bir hüquq müəyyənedici sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
14. İddiaçının özbaşına tikili statusuna malik olan həmin fərdi yaşayış evi və onun üzərində yerləşdiyi torpaq sahəsinə hər hansı hüquq əldə etməməsi ilə yanaşı, mübahisəli çənlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətya nı sahəsində yerləşməsi də öz təsdiqini tapmadığından məhkəmə hesab etmişdir ki, iddiaçının “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus su çənlərinin onun öz vəsaiti hesabına çıxarılması” ilə bağlı tələb irəli sürmək üçün hazırda subyektiv hüququ da yoxdur.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri, o cümlədən, MPM-in 88, 147, 175.1, 185.2, 188.1, 217.1 və 217-cü maddələrinin təl əblərini pozmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) 30 noyabr 2021-ci il tarixli, 2(103)-10345/20 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və həmçinin onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin tam, obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə iş materiallarında olan cavabdeh tərəfindən əmlaka dəymiş zərərlə bağlı kifayət qədər sübutları, dövlət orqanları tərəfindən verilmiş arayışları, ekspert rəyini sübut kimi qəbul etməmiş, aydınlaşdırmamış və razılaşmamasının səbəbini qətnaməsində göstərməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 21.1. Zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş z ərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq m əsuliyyəti daşıyır.
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yo xlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
35. Əvvəla, işin faktiki hallarının, o cümlədən, vurulmuş zərərlə bağlı halların ətraflı araşdırılmaması barədə hazırkı icraatda irəli sürülən dəlil əsaslı deyil. Ona görə ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. İşin faktiki halları ilə bağlı bütün sübutlar işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim edilir.
36. Kassasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd olunur ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillərə apellyasiya instan siyası məhkəməsi tərəfindən araşdırılmaqla düzgün və ətraflı hüquqi qiymət verilmişdir.
37. Beləki, məhkəmə baxışı zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilən zamanı suyun sızma və ya axıdılması halı müşahidə olunmamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilən zamanı yaşayış evində və yaşayış evinin həyətyanı torpaq sahəsinə su sızma nəticəsində ziyanın dəymədiyi və konstruktiv elementləri üzərində qüsurların olmadığı müəyyən edilmiş, ünvan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən (foto şəkillərdə əks olunan) çənlər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə 2,25 metr ara məsafəsində yerləşdiyi müəyyən edilir. Həyətyanı sahələ rin sərhədləri müəyyən edilmədiyindən həmin çənlərin 2B saylı evin həyətyanı sahələrindən nə qədər məsafədə yerləşməsini müəyyən etmək mümkün olmamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində su sızmaya aid qüsurların olmadığı müəyyən edilmişdir.
38. Eyni zamanda İddiaçı ona məxsus ünvan 3 ünvanına suyun məhz Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən su çənlərindən axıdılması, eləcə də bunun nəticəsində ona zərər vurulması ilə bağlı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmamışdır.
39. Bundan başqa, mübahisəli çənlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (və ya onun həyət yanı sahəsində) yerləşməsi təsdiq edilməmi ş, eləcə də ünvan 1 ünvanında yerləşən ev hüquqi statusuna görə özbaşına tikili olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı bir hüquq müəyyənedici sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
40. İddiaçının özbaşına tikili statusuna malik olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə hər hansı hüquq əldə etməməsi ilə yanaşı, mübahisəli çənlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşməsi də öz təsdiqini tapmadığından məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının “ünvan 1 ünvanında yerləşən su çənlərinin çıxarılması” ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyil.
41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10345/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.