Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2545/2023 23.05.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6138/2022 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-nin 405 və 405.0.1-ci mad dələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilir. Belə olan halda kassasiya şikayətinin müddəti bitmişdir.Müddətin bərpa edilməsi barədə vəsatət verilməmişdir. Belə olan halda kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir Lakin hazırki kassasiya şikayəti iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə elektron imza ilə imzalanaraq elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. MPM-nin 408.1 və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə veril mişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmal ıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.1, 404-1.2, 408.1, 408.1.4, 405 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6138/2022 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2545/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-2545/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver