Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2546/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1735/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları: Şəki rayonunun Baş Göynük kəndində yerləşən 1.400.000 kv.metr ölçüdə torpaq sahəsi kənd Bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli qərarı ilə və xx xxxxxxxx 2004-cü il tarixli icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 45 il müddətinə həmin kəndin sakini İddiaçı icarəyə verilmişdir. 2019-cu ilin iyun ayında İddiaçı ərizə ilə rayon Polis Şöbəsinə müraciət edərək icarə hüququ əsasında istifadə etdiyi torpaq sahəsinin təxminən 5 hektarında vələmir əkməsini, lakin çoban işləyən X1 həmin sahədə heyvanlarını otarmaqla ona təxminən ******* manat məbləğində maddi ziyan vurmasını əsas göstərməklə ziyanın ödənilməsində ona yardım göstərilməsini xahiş etmişdir. Vurulması iddia olunan ziyanın xeyli miqdar təşkil etməməsini və F.Qəfərovun otardığı heyvanları İddiaçı m əxsus əkin sahəsinə buraxması faktının sübuta yetməməsini əsas göstərməklə Polis Şöbəsinin təhqiqatçısının xx xxxx 2019-cu il tarixli qərarı ilə təhqiqat materialı üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd olunmuş və mübahisənin həlli üçün məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vələmir əkdiyi sahədə Cavabdeh məxsus inəklərin otarılmaqla ona 831,6 manat məbləğində ziyan dəyməsini, bundan sonra Cavabdeh məxsus mal-qaranın əkin sahəsinə buraxılması nəticəsində taxılının məhv olması ilə əlaqədar ona yenidən 2000 manatdan çox maddi ziyan dəyməsini əsas göstərməklə Cavabdeh ona vurulmuş maddi ziyana görə 2831 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-277/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: P.V.Hacıyev) iddia qismən təmin edilərək Cavabdeh maddi ziyanın əvəzi kimi 825 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 855 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək onun tərəfindən heç bir ziyan vurulmamaqla bunun işdə olan təhqiqatçının cinayət işin başlanmasından imtina olunmasına dair xx xxxx 2019-cu il tarixli qərarı ilə də təsdiq olunmasını, qətnamənin qanunsuz sübutlar əsasında qəbul edilməsini əsas göstərməklə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tari xli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1735/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-277/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək ona maddi ziyanın məhz cavabdehə məxsus inəklərin ona məxsus əkin sahəsində otarılması ilə əlaqədar dəyməsini, lakin məhkəm ə kollegiyasının sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətna mə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik e dənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi İddiaçı ona dəymiş maddi ziyanın Cavabdeh tərəfindən vurulmasını iddia edərkən bunu təsdiq edən sübut kimi torpaq sahəsinin onun icarəsinə verilməsinə dair torpaq sahəsinin plan və ölçüsünü, cinayət işinin başlanmasının rədd edilməsi barədə təhqiqatçının qərarını və kənd Bələdiyyəsinin, kənd icra nümayəndəsi müavininin və qeyrilərinin iştirakı ilə tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli aktı təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar ziyanın Cavabdeh tərəfindən vurulması barədə nəticəyə gəlmək üçün əsas vermədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər t utaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1735/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2546/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2546/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver