Məhkəmə qərarları › İş №2(102)-2547/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2547/2020

19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2547/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan barət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi,İddiaçı S.C.-nin vəkili Nümayəndə, Cavabdeh vəkili Sadiqov Əli Həsən oğlunun iştirakları ilə, Cavabdeh və vəkili Sadiqov Əli Həsən oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(103)-14928/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 7 mart 2019-cu il tarixli, 2(007)-765/2019 saylı qətnaməsi ilə (sədrlik edən F.X.Mirzəyev)İddiaçı S.C.-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 189.313.83 ABŞ dollarının (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla) borc və 30 manat ödənilmiş dövlət rüsumunun “Söğüt Plastik və Kalıp Sanayi və Ticaret “ S.C.-nin xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(103)-14928/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı S.C. Cavabdeh qarşı p ul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə əməkdaşlıq edən Cavabdeh iddiaçıya 189.313.83 ABŞ dolları borcludur. Belə ki, şirkət Cavabdeh “xxxx” MMC vasitəsilə 2015-ci il ərzində aşağıdakı fakturalar əsasında “SPK” boru göndərmişdir:

1. B Faktura №:955209-955210; faktura tarixi 28.01.2015-ci il. Məbləğ-25.086.32 ABŞ dolları. 2.B Faktura №: 955225-955226. faktura tarixi 29.01.2015-ci il. Məbləğ-83.573,68 ABŞ dolları.

3. B Faktura №:955227; faktura tarixi 29.01.2015-ci il. Məbləğ-6.276,60 ABŞ dolları.

4. B Faktura №:955822-955823; faktura tarixi 31.07.2015-ci il. Məbləğ-77.116,62 ABŞ dolları. Cavabdeh həmin boruları satıb pulu şirkətə göndərməli idi. O bu fakturalarla bağlı 1 sent belə şirkətə göndərməmişdir. Hal-hazırda Cavabd eh şirkətə olan borcu 189.313.83 ABŞ dolları təşkil edir. Dəfələrlə Cavabdeh həmin məbləğin verilməsi ilə əlaqədar müraciət edilsə də, o müxtəlif bəhanələrlə şirkətə olan 189.313.83 ABŞ dolları borcu verməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən xxxx MMC ilə əməkdaşlıq edən Cavabdeh 189.313.83 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun "Söğüt Plastik və Kalıp Sanayi və Ticaret " S.C. xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edili b işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Sadiqov Əli Həsən oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Sadiqov Əli Həsən oğlu kassasiya şikayətinin də lillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasındaİddiaçı S.C.-nin vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin m əruzəsini,İddiaçı S.C.-nin vəkili Nümayəndə, Cavabdeh vəkili Sadiqov Əli Həsən oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya ins tansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İşə birinci instansiyada baxılan zaman cavabdeh onun “Söğüt Plastik və Kalıp Sanayi və Ticaret” S.C.-nə həqiqətən də 189.313.83 ABŞ dolları məbləğində borcunun olmasını təsdiq edən notarial qaydada yazılmış ərizə göndərmişdir. Qeyd olunan ərizə cavabdehin iddiaçı ilə aralarında olan borc münasibətlərini təsdiq edir. Məhkəmə ərizə ilə iddianın tam etiraf edildiyini müəyyən etmiş və tələbin təmin olunması barədə qətnamə çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya borcunu etiraf etdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayətində cavabdeh iddianı etiraf etməsi ilə bağlı hallara i stinad etməmiş, o cümlədən qətnaməni hansı əsaslarla qanunsuz sayması ilə bağlı dəlillər irəli sürməmişdir. Ona görə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini əsassız hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iddiaçı "Söğüt Plastik və Kalıp Sanayi və Ticaret" S.C. Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə əməkdaşlıq edən Cavabdeh iddiaçıya 189.313.83 ABŞ dolları borcludur. Belə ki, şirkət Cavabdeh “xxxx” MMC vasitəsilə 2015-ci il ərzində aşağıdakı fakturalar əsasında “SPK” boru göndərmişdir:

1. B Faktura №:955209-955210; faktura tarixi 28.01.2015-ci il. Məbləğ-25.086.32 ABŞ dolları. 2.B Faktu ra №: 955225-955226. faktura tarixi 29.01.2015-ci il. Məbləğ-83.573,68 ABŞ dolları.

3. B Faktura №:955227; faktura tarixi 29.01.2015-ci il. Məbləğ-6.276,60 ABŞ dolları.

4. B Faktura №:955822-955823; faktura tarixi 31.07.2015-ci il. Məbləğ-77.116,62 ABŞ dolları. Cavabdeh həmin boruları satıb pulu şirkətə göndərməli idi. O bu fakturalarla bağlı 1 sent belə şirkətə göndərməmişdir. Hal-hazırda Cavabdeh şirkətə olan borcu 189.313.83 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd olunan iddia tələbi ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətlərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olub-olmamasını, cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasını, iddia tələbinin hansı məqsədlə ümumi məhkəmədə qaldırıldığını araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasını, tərəflər arasında münasibətlərin sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmamasını, məhkəmə aidiyyəti qaydalarının pozulub-pozulmamasını araşdırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(103)-14928/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar