Məhkəmə qərarları › İş №2(102)-2547/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2547/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2547/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində istifadə hüququnun əsasları, yaşayış sahəsinə / mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə2, Cavabdehin prosessual hüquqi varisi X3 və vəkili XXXnın, X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)2245/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X4 və İddiaçı 30 aprel 2004-cü il tarixdə faktiki olaraq ailə münasibətləri qurmuş, 02 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş və nikahlarından 24 aprel 2005-ci il təvəllüdlü X11 və 22 sentyabr 2007-ci il təvəllüdlü X12 anadan olmuşlar. İddiaçı gəlin olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan, həmin vaxt X2 anası ilə birgə yaşadıqları ünvan 1 ünvanına gəlin gəlmişdir. X4 15 noyabr 2008-ci il tarixdə ölmüşdür. X2 ölümündən sonra İddiaçı qardaşının yaşadığı atası evinə köçərək orada yaşamış, lakin əmlakının bi r qismi mərhum əri ilə birlikdə yaşadıqları evin bir otağında qalmışdır. Cavabdeh mərhum X2 qardaşıdır, o, 2010-cu ilədək Rusiya Federasiyasında yaşamış, həmin ildən isə ailəsi ilə birlikdə ünvan 1nömrəli evdə qeydiyyatda olmaqla, yaşamışdır. İddiaçı, X5 və X6 birgə mülkiyyətlərində ünvan 2 də yerləşən ümumi sahəsi 49.70 kv.m., yaşayış sahəsi 29.56 kv.m.-dən ibarət iki otaqlı mənzil olmuş və onlar həmin mənzili 01 aprel 2014-cü il tarixdə satmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının, eləcə də 24 aprel 2005-ci il təvəllüdlü X5 və 22 sentyabr 2007-ci il təvəllüdlü X6 2004-cü ildə gəlin gəldiyi, cavabdehin yaşadığı ünvan 2 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 123,98 kv.metr olmaqla 1985-ci ildə inşa edilmiş evə köçürülməklə, həmin evdən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin qardaşı X4 ilə ailə qurduqdan sonra ünvan 3 ünvanda yerləşən 2 saylı evə gəlin gəlmiş, evin bir otağında iddiaçının qayınanası, bir otağında isə iddiaçı ailəsi ilə yaşamışlar. İddiaçının qayınanası 2006-cı ildə, əri isə 15 noyabr 2008-ci ildə vəfat etmişlər. Ərinin vəfatından sonra uşaqları azyaşlı olduqlarından və başqa səbəblərdən iddiaçı 2009-cu ilin payız aylarından uşaqları ilə birlikdə ata evinə qayıdıb, orada müvəqqəti yaşamaq məcburiyyətində qalmışdır. Sonradan cavabdeh Rusiya Federasiyasından gəlmiş və iddiaçının həmin evə gedibgəlməsinə və yaşamasına imkan verməmişdir. Cavabdeh ailə qurmaqla həmin evin bir otağında ailəsi ilə birlikdə yaşayır. İddiaçının cehiz əşyaları və geyim əşyaları hazırda da sözügedən evin gəlin köçdüyü otağındadır. Həmin otağın qapısı iddiaçının özü tərəfindən qıfıllanmış və açarı iddiaçıdadır. İddiaçı həmin evə gəlin gəlməklə hazırda orada qeydiyyatda olduğundan, əvvəllər həmin evdə yaşadığından və orada uşaqlarını dünyaya gətirdiyindən, hazırda da cehiz əşyaları həmin evin bir otağında (gəlin gəldiyi otağında) olduğundan iddiaçının həmin evdən istifadə hüququ yaranmışdır. Cavabdehin iddiaçını həmin evə buraxmaması qanunsuzdur və iddiaçının istifadə hüququnu pozur. Zərdab Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(035)-264/2020 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddia təmin edilərək, İddiaçı, uşaqları 24 aprel 2005-ci il təvəllüdlü X5 və 22 sentyabr 2007-ci il təvəllüdlü X6 ünvan 2 ünvanda yerləşən 2 otaqlı evin iddiaçının gəlin gəldiyi otağına köçürülməsi və onların həmin evdən istifadə hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2010-cu il tarixli qərarına, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” 24 noyabr 1986-cı il tarixli qərarına istinad edərək hesab etmişdir ki, iddiaçının dəlilləri əsaslıdır. Belə ki, iddiaçı 2004-cü ildə sözügedən evə gəlin kimi köçürülərək həmin evdə əri və qayınanası ilə birgə yaşadığından və həmin evdə dünyaya iki uşaq gətirdiyindən, hazırda da iddiaçıya m əxsus cehiz əşyaları sözügedən evdə olduğundan, iddiaçının həmin evdən istifadə etmək hüququ yaranmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Zərdab Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(035)-264/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2245/2020 nömrəli qətnaməsi ilə (hakim G.Q.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və E.Ş.Hüseynovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilərək, Zərdab Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(035)264/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, id diaçının iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Mülki Məcəllə nin 228.5-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının ünvan 2də daimi yaşayış yeri olmuş, həmin mənzil iddiaçının mülkiyyətində olmuş, həmin evi hansısa məqsədlər üçün satmışdır. Belə olan halda, o, istifadə hüququ əldə etməklə köçmək istədiyi evdən istifadə hüququnu itirmiş və həmin hüququn bərpa olunması üçün əsaslar yoxdur. İddia tələbi azyaşlı uşaqlara aid olan hissədə də təmin edilə bilməz, ona görə ki, iddiaçının əri ölmüş, azyaşlı uşaqları iddiaçının himayəsində olduğundan uşaqların yaşayış yeri Mülki Məcəllənin 27.2-ci maddəsinə görə iddiaçının yaşayış yeridir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2245/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı mübahisələndirilən evə köçməklə istifadə hüququ əldə etmişdir. Məhkəmə MM-in 228.5-ci maddəsinə istinad edərkən nəzərə almamışdır ki, ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və cavabdehin mülkiyyətində deyildir. Daha sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, cavabdeh 02 fevral 2021-ci il tarixdə mübahisəli yaşayış sahəsinə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Bu isə on u göstərir ki, apellyasiya instansiyası məhkəməsi evin özbaşına tikili olmasını nəzərə almamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə yazılı müraciət (kassasiya şikayətinə etiraz mahiyyəti daşıyır) edərək, İddiaçı kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Nümayəndə2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh 19 aprel 2021-ci ildə öldüyündən, arvadı X9 cavabdehin prosessual hüquq varisi qismində tanınmışdır. Məhkəmə iclasında cavabdehin prosessual hüquq varisi X9 və vəkili XXX kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsi nin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətl i məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əml akdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahə sində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası il k olaraq qeyd edir ki, mübahisələndirilən ev üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində apellyasiya instansiyası məhkəməsinin yoxlanılan qətnaməsi qəbul edildikdən sonra qeydə alınmışdır. Bu səbəbdən məhkəmənin qətnamə qəbul edilən zaman mövcud olmuş işin hallarına uyğun hüquq normalarının tətbiqinin düzgünlüyü yoxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirilən yaşayış sahəsinə 2004-cü il tarixdə faktiki köçdüyünü və 2009-cu ilədək həmin ünvanda yaşadığını, qeyd olunan dövrdə ev üzərində hər hansı hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını nəzərə alaraq, hazırki mübahisəyə 01 oktyabr 2009-cu tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2009-cu ildən hazırki iddia verildiyi 2020ci ilin mart ayınadək 10 ildən artıq müddətdə mübahisələndirilən yaşayış sahəsindən istifadə etmədiyindən, həmin dövrdə onun faktiki olaraq başqa daimi yaşayış sahəsi olduğundan köhnə Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə uyğun olaraq iddiaçının yaşayış sahəsinə iddia olunan istifadə hüququ pozulmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyətində başqa yaşayış sahəsi olmuş və faktiki olaraq mübahisəsi gedən evdən istifadəyə zərurəti aradan qalxmış və bu əsasla da, o, həmin evdən istifadə hüququnu itirmişdir. Mülkiyyətində olmuş mənzilin iddiaçı tərəfindən hər hansı səbəbdən satılması hazırda mübahisələndirilən evə istifadə hüququn un bərpası, ya da ki, belə hüququnun təkrarən tanınması üçün əsas ola bilməz. Belə ki, qanunvericilikdə bunun hər hansı əsası müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına da uyğun olmuşdur. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirilən yaşayış sahəsinə istifadə hüququnun tanınması üçün əsaslar müəyyən etmədiyindən, onun himayəsində olan yetkinlik yaşına çatmayan övladlarına da münasibətdə iddianın rədd olunması Mülki Məcəllənin 27.2-ci maddəsinə uyğun olmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edi lərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2245/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar