Məhkəmə qərarları › İş №2(102)-2548/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2548/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2548/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Abdullayev Fərid Kazım oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Misirzadə) iddia qismən təmin edilər ək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 7500,40 ABŞ dolları məbləğində əsas borcun, 1558,44 ABŞ dolları məbləğində faiz borcunun, 200 ABŞ dolları məbləğində cərimə borcunun, kredit müddətinin bitdiyi tarixdən xx xxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faizlə 711,05 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, cəmi 9969,89 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Məmmədli qızından alınaraq İddiaçı İKB ASCyə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 Məmmədli qızından alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə, həmçinin X1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx x 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən, məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, 2(105)12554/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-352/2019 saylı qətnaməsi qismən, yəni cərimə borcunun müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 Məmmədli qızından İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı olan cərimə borcu 750 (yeddi yüz əlli) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində müəyyən edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-352/2019 saylı qətnaməsi cəmi borcun müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 Məmmədli qızından İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı olan cəmi kredit borcu 10519,89 ABŞ dolları (on min beş yüz on doqquz ABŞ dolları səksən doqquz sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində müəyyən edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-352/2019 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 Məmmədli qızına və X1 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7835,39 ABŞ dolları əsas borc, 1558,44 ABŞ dolları faiz borcu, 1916 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 711,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12020,88 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı “xxxx” ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnam ənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi əsas borcun müəyyən edilməsi hissəsinə qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 28638 saylı ekspert rəyinə əsasən Cavabdeh1 Məmmədli qızının xx xxxxxx 2018-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 7500,40 ABŞ dolları təşkil edir. Halbuki bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 Məmmədli qızının xx xxxxxx 2018-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 7864,77 ABŞ dolları təşkil edir. Məhkəmə bank tərəfindən təqdim olunmuş maliyyə arayışlarını nəzərə almadan, heç bir norm aya istinad edilmədən, yalnız sonuncu ekspertiza rəyinə əsaslanaraq, cavabdehin kredit borcunu müəyyən etmişdir. Halbuki təyin edilmiş ekspert rəyi təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya məhkəməsi cərimə borcunu 750 ABŞ dolları yəni əsas borcun 10% həddində müəyyən edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilmiş “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafələri nəzərə alınır” normasına əsaslanmaqla ədalətli qaydada həm kreditorun həm də cavabdehin mənafeyinə uyğun qərar qəbul etdiyi qənaətinə gəlmişdir. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Abdullayev Fərid Kazım oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərd ar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birin ci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsas məbləğin və cərimə məbləğinin az tutulması ilə bağlı mübahisələndirir. Əsas məbləğlə bağlı: Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli rəyinə əsasən iş materialla rında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2014-cü il tarixli, 1-MZ-1-0-1248-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 Məmmədli qızının İddiaçı İKB ASC-yə olan borcu xx xxxxxx 2016-cı il tarixə əsas borc üzrə 7500,40 ABŞ dolları, faiz borcu üzrə 1786,03 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixə əsas borc üzrə 7500,40 ABŞ dolları, faiz borcu üzrə 2461,07 ABŞ dolları təşkil edir. İddiaçı hesab edir ki, onun tərtib etdiyi maliyyə arayışı daha etibarlı sübutdur. İddiaçı ekspert rəyini şübhə altına alan heç bir sübut təqdim etmədən təkrar ekspertiza tələb etməsi barədə vəsatət təmin oluna bilməz. Çünki təkrar ekspertizanın həyata keçirilməsinin əsasları qanunla müəyyən edilir. Beləki, MPM-nin 102.2. maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspert in rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq hesab etmişdir ki, ekspert rəyi mötəbər sübutdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əsas borca münasibətdə yeganə sübutu özü tərəfindən tərtib olunmuş maliyyə arayışı olduğundan və həmin arayışda olan məbləğ ekspert rəyi ilə təkzib olunduğundan, ekspert rəyinin mötəbərliyini şübhə altına qoyan hər hansı bir sübut isə məhkəməyə təqdim olunmadığından birinci instansiya məhkəməsi məhz həmin rəyi əsas götürərək banka ödənilməli olan əsas borcu müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cərimə məbləği ilə bağlı: Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cərimə üzrə borcu cəmi 200 ABŞ dolları məbləğində müəyyən etməklə maddi hüquq n ormalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsicavabdehin İddiaçı İKB ASC-yə cərimə borcunu müəyyən edərkən hər iki tərəfin əmla k mənefələrini nəzərə almışdır. Beləki, kredit ABŞ dolları ilə verilmiş və hamıya məlum olan haldır ki, Azərbaycan manatı ABŞ dollarına münasibətdə devalvasiyaya uğramışdır. Azərbaycan dövləti bundan sonra kredit borcu olan vətəndaşların kredit borcunun bir qismini qarşılamaq, o cümlədən banklara maliyyə dəstəyi göstərmək üçün bir sıra tədbirlər görmüşdür. Belə olan vəziyyətdə xarici valyutada olan daha artıq cərimə məbləği müəyyən edilməsi borcun qaytarılmasına xidmət etməyəcək. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayət i təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar