Məhkəmə qərarları › İş №2(102)-2549/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2549/2019

23.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2549/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili X1, “xxxx” MMC nümayəndəsi və vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsindən “xxxx” MMC nümayəndəsi və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 05 iyul 2018-ci il tarixl i, 2(007)-1999/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.Q.Sadıqov) İddiaçı cavabdehlər “xxxx” Kooperativinə və Cavabdeh1 ASC qarşı “pul tələbinə dair” idldiası qismən təmin edilərək, cavabdeh “xxxx” Kooperativindən 25.812 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. “xxxx” MMC nümayəndəsi və vəkili xxx qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi qismən təmin e dilib və “xxxx” firmasından (Kooperativindən, hazırkı “xxxx” MMC-dən) 25.812 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib və digər Cavabdeh1 ASC münasibətdə iş üzrə icraata xitam verilməsi nəzərə alınıb. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 ASC aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilib. “xxxx” MMC nümayəndəsi və vəkili xxx qətnamə və qərardaddan kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən, “xxxx” MMC nümay əndəsi və vəkili xxxnin kassasiya şikayəti qərardada münasibətdə təmin edilmədən saxlanılıb. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlər “xxxx” Kooperativinə və Cavabdeh1 ASC qarşı “ünvan 1 ünvanda inşa edilən yeni yaşayış binasından 3 otaqlı, 40 saylı mənzilin alınması üçün ödədiyi 25.812 manat pulun tutulub ona ödənilməsini iddia edir və tələbini onunla əsaslandırır ki, 2009-cu ilin axırlarında sözügedən mənzili satın almaq üçün cavabdeh “xxxx” Kooperativi ilə razılığa gəlib. Mənzili Cavabdeh1 ASC ödədiyi kredit hesabına satın alıb və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi onu ipoteka qoyub. Mənzil üçün hər ay ən azı 2.000 manat pul vəsaitini Cavabdeh1 ASC adına açılan **********0000 saylı hesaba köçürüb. 25 dekabr 2009-cu ildən 06 fevral 2012-ci il tarixədək c avabdeh “xxxx” ASC cəmi 25.812 manat pul ödəyib. Lakin sonradan imkanı olmadığı üçün mənzilin haqqını ödəyə bilməyib. Cavabdehlərlə aralarında belə razılaşma olub ki, mənzil başqa şəxsə satıldıqdan sonra ödədiyi pul vəsaiti ona geri qaytarılsın. Cavabdeh1 ASC tərəfindən ona **********24420000 saylı hesab nömrəsinin olması və 24 iyul 2013-cü il tarixə banka heç bir borcunun olmamasına dair 24 iyul 2013-cü il tarixli, 369 saylı arayış verilib. Cavabdehlər “xxxx” Kooperativinə və Cavabdeh1 ASC ödədiyi 25.812 manat pulun qaytarılması barədə müraciət edərkən ona məlum olub ki, artıq mənzil başqa şəxsə satılıb. Lakin buna baxmayaraq cavabdehlər onun ödədiyi 25.812 manat pulu ona qaytarmaq istəmir.Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə y uxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında “xxxx” MMC nümayəndəsi və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, vəkili Mehman Cəbrayılov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əvvəla, apellyasiya instansiyası məhkəməsi işə baxarkən bir sıra prosessual pozunt ulara yol verib. Belə ki, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 saylı binanın 40-cı mənzilinə dair 24 noyabr 2009-cu il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilə İddiaçıla Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı ünvanda yerləşən “xxxx” firması arasında bağlandığı və müqavilə sonuncunun qanuni təmsilçisi Nazim Əhmədov tərəfindən imzalandığı və firmanın darəvi möhürü ilə təsdiq edildiyi halda, iddia tələbi sonuncuya qarşı deyil, hüquqi ünvanı ünvan 28 avqust 1995-ci il tarixdə dövlət qeydiyyatına alınan “xxxx” Kooperativinə qarşı verilib. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsində göstərilir ki, iddia tələb hüququ olmaya n şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinin mənasına görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi “xxxx” firmasının 18 avqust 1995-ci il il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” Kooperativinin hüquqi varisi olub-olmamasını aydınlaşdırmadan, həmin firmanın 08 avqust 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, onun bazasında əvvəl “xxxx” MTK, sonradan isə çevrilməsi nəticəsində “xxxx” MMC yaranmasını, hazırkı iddianın ona cavab verməli olmayan 18 avqust 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” Kooperativinə qarşı verilməsini nəzərə almadan, iddiaçının razılığı ilə cavabdeh “xxxx” Kooperativini əsl cavabdeh “xxxx” firmasının hüquqi varisi “xxxx” MMC ilə əvəz edib, bu barədə prosessual qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul etmədən, iddia tələbini qismən təmin etməklə “xxxx” firmasından (Cavabdeh2ndən, hazırkı “xxxx” MMC-dən) iddiaçının xeyrinə 25.812 manat pul tutumuşdur. Digər tərəfdən iddiaçı ilə “xxxx” firması arasında bağlanan sözügedən müqavilədə sonuncunun hüquqi ünvanı ünvan 3 Bakı şəhəri, Nizami rayon məhkəməsində baxılıb. Halbuki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsində göstərilir ki, ərazi aidiyyə ti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinin mənasına görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Eləcə də “Torpaq qanunverciliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenmunun 14 fevral 2003cü il tarixli, 02 saylı Qərarının 1-ci bəndinin 5-ci hissəsinə görə, məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına qəbul etdiyi işi onun icraatına xitam vermədən müvafiq məhkəməyə göndərməlidir. Həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenmunun 10 aprel 2015-ci il ta rixli, 04 saylı Qərarının 15.1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası İPM-nin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərir. Apellyasiya instansiyası məhkəməsi hazırkı işə Nizami rayon məhkəməsində baxılarkən onun ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyini aşkara çıxardığı halda, işi ərazi aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Xətai rayon məhkəməsinə göndərmək əvəzinə, prosessual normaların tələblərini pozaraq işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Bu isə Azərbaycan Respu blikası MPM-nin 418.1-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də kassasiya instansiyası məhkəməsi mülki işin baxılması üçün səlahiyyətli məhkəməyə göndərilməsi üçün prosessual əsasların olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab ki, apellyasiya icraatı mərhələsində tərəflərin işə baxılmağa cəlb edilməsi, onların iştirakları ilə məhkəmə iclaslarının keçirilməsi, eləcə də mübahisə ilə bağlı onların mövqelərinin öyrənilməsi və sair hallar ərazi aidiyyəti qaydalanın pozulmaması və mübahisəyə səlahiyyətli məhkəmənin baxması qənaətinə gəlməyə əsas vermir. Daha sonra işdən görünür ki, 24 noyabr 2009-cu il tarixli, 103 saylı kredit müqaviləsinə əsasə n sözügedən mənzili almaq üçün Cavabdeh1 ASC tərəfindən İddiaçı 180 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 154.000 manat kredit verilib və həmin müqavilə İddiaçı və Cavabdeh1 ASC qanuni təmsilçisi Zəhra Quliyeva tərəfindən imzalanmaqla, bankın dairəvi möhürü ilə təsdiq edilib. Eləcə də kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 24 noyabr 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən sözügedən mənzil bankın xeyrinə ipoteka qoyulub və həmin ipoteka müqaviləsi İddiaçıla Cavabdeh1 ASC-nin qanuni təmsilçisi Zəhra Quliyeva tərəfindən imzalanmaqla, bankın dairəvi möhürü ilə təsdiq edilib və “xxxx” firması ümumiyyətlə həmin müqavilə üzrə tərəf olmayıb. Həmçinin işə əlavə edilmiş “kooperativ binada mənzil tikintisi haqqında” 24 noyabr 2009-cu il tarixli müqaviləy ə əsasən “xxxx” firması Bakı şəhəri, Xətai rayonu, N.Rəfibəyli küçəsi, 25 saylı binanın 40-cı mənzilini tikib İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul edib hər kv.metrinin dəyəri 1.100 manat olan 154.000 manat pul vəsaitini “xxxx” firmasına ödəməyi öhdəsinə götürüb və Cavabdeh1 ASC həmin müqavilə üzrə tərəf olmayıb. İşə əlavə edilmiş Cavabdeh1 ASC kassa mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı “ipoteka krediti üçün aylıq annuitet ödənişinə görə” 25 dekabr 2009-cu ildən 06 fevral 2012-ci il tarixədək bankada olan **********20000 saylı hesab nömrəsinə ümumilikdə 25.812 manat pul köçürüb. Cavabdeh1 ASC 24 iyul 2013-cü il tarixli arayışından isə görünür ki, İddiaçı bankda **********4420000 saylı hesab nömrəsi var və onun 24 iyul 2013-cü il tarixə banka heç bir borcu yoxdu r. İddia ərizəsindən görünür ki, iddiaçı sözügedən mənzili satın almaq üçün cavabdehlərlə qarşılıqlı razılığa gəldiyini, bunun üçün Cavabdeh1 ASC adına açılan **********0000 saylı hesab nömrəsinə 25.812 manat pul köçürdüyünü, lakin sonradan mənzilin haqqını ödəyə bilmədiyi üçün qarşılıqlı razılığa əsasən mənzil başqa şəxsə satıldıqdan sonra mənzilə görə ödədiyi pul vəsaitini cavabdehlərin ona geri qaytaracaqlarını öhdələrinə götürmələrini iddia edir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh1 ASC olan **********20000 saylı hesab nömrəsinə ümumilikdə 25.812 manat pul köçürməsi işin mübahisə olunmayan halıdır və “xxxx” MMC-də kassasiya şikayətində bu halı inkar etmir. Lakin, hazırda “xxxx” MMC sözügedən pul vəsatinin ona deyil, Cavabdeh1 ASC ödənildiyini, sonuncu ilə a ralarında hər hansı öhdəlik hüquqi münasibətlərin yaranmadığını, eləcə də həmin pul vəsaitinin bu günədək ona ödənilmədiyini və bu səbəbdən də mənzilə dair İddiaçıla bağladığı müqaviləni birtərəfli qaydada ləğv edib, mənzili başqa şəxsə satdığını göstərib iddia tələbinə etiraz edir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçıla “xxxx” MMC arasında öhdəlik hüquqi münasibətlərin yaranıb-yaranmamasına aydınlıq gətirmək üçün ilk növbədə öhdəlik və müqavilə barədə mülki hüquqi normalar əlaqəli şəkildə təhlil edilməlidir. Məlum olduğu kimi mülki hüquqi münasibətlərin əhatəli və aparıcı sahələrindən biri də öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüquq normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci m addəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mənasına görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticə sində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı isə Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanan kredit, ipoteka müqavilələrinin, eləcə də sonuncu ilə “xxxx” firması arasında bağlanan “kooperativ binada mənzil tikintisi ha qqında” müqavilənin şərtlərini təfsir edərkən, həmin müqavilələr üzrə tərəflərin iradə ifadələrinin həqiqi mənasını, bütövlükdə müqavilələrin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də bütün müvafiq halları, o cümlədən tərəflərin sözügedən müqavilələrə qədərki danışıqlarını, sonrakı hərəkətlərini nəzərə almadan, həmçinin İddiaçı iddia etdiyi 25.812 manat pul vəsaitini “xxxx” firmasına deyil, Cavabdeh1 ASC-də öz adına açılan **********0000 saylı hesab nömrəsinə köçürməsinə əhəmiyyət vermədən, həmin hallar üzrə, o cümlədən Cavabdeh1 ASC ilə “xxxx” firması arasında hər hansı iş birliyinin, mülki hüquqi bağlılığın, həmin firmanın adına Cavabdeh1 ASC hesab nömrəsinin olub-olmamasını və sair araşdırmadan, İddiaçı Cavabdeh1 ASC ödədiyi 25.812 manat pul vəsaitini qanu ni əsas olmadan “xxxx” firmasından (Kooperativdən, hazırkı “xxxx” MMC) tutmuşdur. Halbuki, Mülki Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.2-ci maddəsi). Bundan başqa işdən görünür ki, İddiaçı Cavabdeh1 ASC-də **********0000 saylı hesab nömrəsindən əlavə, **********420000 saylı hesab nömrəsi də vardır və Cavabdeh1 ASC 24 i yul 2013-cü il tarixli arayışına görə onun 24 iyul 2013-cü il tarixə banka heç bir borcu yoxdur. Apellyasiya instansiyası məhkəməsi sözügedən mənzilin satın alınması üçün Cavabdeh1 ASC tərəfindən İddiaçı ayrılmış 154.000 manat kredit vəsaitinin sonuncu tərəfindən bankdan kassa məxaric orderinə əsasən götürülüb-götürülməməsini və ya həmin vəsaitin təyinatı üzrə Cavabdeh1 ASC tərəfindən “xxxx” firmasının bank hesabına köçürülüb-köçürülməməsini, eləcə də İddiaçı adına bankda fərqli hesab nömrələrinin açılmasının səbəblərini aydınlaşdırmadan, kredit və ipoteka müqavilələrini imzalamış Cavabdeh1 ASC İdarə Heyətinin sədri Zəhra Quliyeva və “kooperativ binada mənzil tikintisi haqqında” müqaviləni imzalamış Nazim Əhmədovun və digər vəzifəli şəxslərin hərəkətlərində dələduzluq, yəni etibardan sui-i stifadə etmə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə cinayətinin əlamətlənin olub-olmamasını yoxlamaq üçün xüsusi qərardad çıxarmaqla prokurora məlumat vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi, eləcə də İddiaçı izahatı ilə müəyyən olunur ki, “xxxx” firması ilə Cavabdeh1 ASC arasında “işgüzar” münasibətlər olub və kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 ASC tərəfindən İddiaçı bir manatda olsun pul ödənilməyib, verilməyib və sonuncunun deməsinə görə həmin pul vəsaiti “xxxx” firmasına ödənilməli idi. Bütün bu faktlar, eləcə də hər üç müqavilənin eyni tarixdə bağlanması, mənzilə dair ipoteka müqaviləsinin üç tərəfli deyil, yalnız Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmaqla imzalanması, həmin müqavilənin notarial qaydada təsdiq edil məməsi, həmçinin “xxxx” firmasının məhz Cavabdeh1 ASC Xətai filialında **********0000 saylı hesab nömrəsinin olması, həmin firmanın və “xxxx” MTK və “xxxx” MTK qanuni təmsilçisinin eyni şəxs, yəni Nazim Əhmədovun olması, sonuncu tərəfindən mənzilə dair İddiaçıla bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsi və sair hallar da sözügedən müqavilələrin aldatma, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə bağlanmasını istisna etmir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları obyektiv araşdırmadan, Cavabdeh1 ASC İdarə Heyətinin sədri Zəhra Quliyevanın və “xxxx” firmasının qanuni təmsilçisi Nazim Əhmədovun və digər vəzifəli şəxslərin hərəkətlərinə düzgün hüquqi qiymət vermədən, işin yuxarıda müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalıdır, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübutlar təqdim etməyi təklif etməli, zə ruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hal larını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya ins tansiyası məhkəməsi QƏRARA A L D İ: “xxxx” MMC nümayəndəsi və vəkili xxx oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar