Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2550/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Y.Şamayev, iş 2(004)-9923/2016) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və ona hesablanmış faizlərin, cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 213-015 №-li kredit müqaviləsinə əsasən ödənilməmiş 6895,88 ABŞ dolları məbləğində əsas borc, 271,72 ABŞ dolları faiz borcu, cərimə üzrə borc azaldılaraq 179,31 ABŞ dolları, cəmi 7346,91 ABŞ dolları (yeddi min üç yüz qırx altı ABŞ dolları doxsan bir sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivelenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (iyirmi dörd) manatın Cavabdeh1 və Cavabdeh2 müştə rək qaydada İddiaçı-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan “BMW X5” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, iddia tələbinin cərimə borcu üzrə qalan hissədə və “ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin cavabdehlərdən tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ə.İ.Qasımov, 2(103)-9931/2018 saylı mülki iş) Bakı şəhəri Yasama l rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(004)9923/2016 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8169,59 ABŞ dolları məbləğində əsas borcun, 344,92 ABŞ dolları məbləğində faiz borcunun, 402,52 ABŞ dolları məbləğində cərimə borcunun tutulması, tələbin Cavabdeh1 məxsus “BMW X5” markalı, 10-NZ- 455 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin banka ödənilməsi, əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı-nin etiba rnamə əsasında nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaltmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 6895,88 ABŞ dolları əsas borcun 271,72 ABŞ dolları faiz borcunun, 1793,13 ABŞ dolları cərimə borcunun tutulması, tələbin Cavabdeh1 məxsus “BMW X5” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin banka ödənilməsi, əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya instansiyası məhkəməs inin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməs i işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdə olan borcverən/kreditor İddiaçı borcalan Cavabdeh1 arasında bağlanmış 15 mart 2013cü il tarixli, 213-015 kredit müqaviləsinə əsasən borcverən borcalana 36 ay müddətinə, istifadəsinə görə illik faiz dərəcəsini ödəmək şərti ilə “BMW X5” markalı avtomobilin alınması üçün 40000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kreditor İddiaç ı ilə alıcı/ipoteka qoyan Cavabdeh1 və satıcı X2 arasında bağlanmış 213-015 №-li, 15 mart 2013-cü il tarixli “Nəqliyyat vasitəsinin (avtomobilin) alğı-satqı və ipoteka (girov) müqaviləsi»nə əsasən satıcı “BMW X5” markalı avtomobili alıcı/ipoteka qoyanın mülkiyyətinə vermiş, avtomobilin satış qiyməti olan 57200 ABŞ dollarının 17200 ABŞ dolları hissəsi alıcı/ipoteka qoyan tərəfindən, 40000 ABŞ dolları isə kreditor/ipoteka saxlayan tərəfindən 15 mart 2013-cü il tarixli, 213-015 saylı kredit müqaviləsinə əsasən alıcı/ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Alıcı/ipoteka qoyan satılan avtomobili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor/ipoteka saxlayan arasında bağlanmış 15 mart 2013cü il tarixli, 213-015 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin tə minatı kimi kreditor/ipoteka saxlayana ipotekaya (girova) vermişdir. İş materiallarına əlavə edilmiş kreditor İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 213-015 saylı zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borcalan Cavabdeh1 5 mart 2013-cü il tarixli, 213-015 saylı kredit müqaviləsi üzrə götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə ötürmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 078200 №-li çıxarışına əsasən Cavabdeh1 adına olan “BMW X5 – minik” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 nart 2013-cü il tarixdə İddiaçı ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 20 noyabr 2015-ci il tarixli bildiriş – xəbərdarlıq məktublarına əsasən cavabdehlər iddiaçı qarşısında olan borcu barədə xəbərdar edilmişlər. İşdə olan 18 fevral 2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişə əsasən Cavabdeh1 banka olan borcun ödənilmədiyi halda tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış 24 fevral 2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında ərizəyə əsasən həmin borcluya ünvanlanmış bildirişin dövlət qeydiyyatına alın ması xahiş olunmuşdur. İşdə olan Cavabdeh1 kredit hesabından 08 sentyabr 2016-cı il tarixli çıxarışa əsasən cavabdehin İddiaçı-yə 15 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə 01 mart 2016-cı il tarixə 6895,88 ABŞ dolları məbləğində əsas borcu, 271,72 ABŞ dolları məbləğində faiz borcu və 1793,13 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 8960,73 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götü rür. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsi rli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. -317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.1-ci maddəsinə görə əgər borclu icrasının təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilm əsi hüququnun yaranması anı - əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin əsas, faiz və qismən təmin edilən cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya o lan borcun ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvə
Məhkəmə qərarları › İş №2(102)-2550/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2550/2019
17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver