Məhkəmə qərarları › İş №2(102)-2550/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2550/2022

18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2550/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2550/22 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 18 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən qanunsuz istifadənin qadağan edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5079/2021 nöm rəli, 09 fevral 2022-ci il tarixli qərardadından 3cü şəxs Əsədov Azad Əsəd oğlunun kassasiya şikayətinə 18 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsində tikilmiş hasarın sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 730 manat məbləğində pulun tutulması, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsindən cavabdehin hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Əsədov Azad Əsəd oğlu da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs kimi cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə ona məxsus olan Səlyan şosesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsindən İddiaçı çıxarılması və cavabdehin həmin torpaqdan istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-70/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlunun iddiasının təmin edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri Səbail Bələdiyy əsinin 1141 saylı, 30.12.2004-cü il tarixli sərəncamı ilə Əsədov Azad Əsəd oğluna ayrılmış Bakı şəhəri, Səbail şossesi, 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən cavabdeh İddiaçı istifadə etməsinin qanunsuz hesab edilməsi qət edilmişdir. (hakim Mədinə Bağırova)

4. Qətnаmədən iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. 5.Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(103)-5079/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-70/2021 saylı 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri əra zisində İddiaçı ayrılmış 18 sot torpaq sahəsindən Cavabdeh hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi, iddia tələbinin qalan hissədə və mübahisə predmeti barəsində müstəil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlunun cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov)

6. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(103)-5079/2021 nömrəli qətnaməsindən 3-cü şəxs Əsədov Azad Əsəd oğlu və vəkili X1 2021-ci ilin dekabr ayında kassasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə vermişlər.

7. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılıb ki, 3-cü şəx sin işdə səlahiyyətli nümayəndəsi olmayıb, qətnaməni 3-cü şəxs 17 noyabr 2021-ci il tarixdə alıb.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5079/2021 nömrəli, 06 yanvar 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov)

9. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qaytararkən ona istinad edib ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.7-ci maddəsinin tələbinə uyğun və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş elektron qaydada və kassasiya şikayətinin forması müəyyən edən MPMə əlavə 3-də göstərilən formada verilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin kassasiya şikayətini qeyd edilən əsasla qaytardığı üçün onun müddətin bərpası barədə ərizəsinin müzakirə edilməsinə zərurət qalmadığını da göstərib.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlu (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 04.08.21-ci il tarixli qətnaməsinin ləğv, İddiaçı iddiasının rədd, öz iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5079/2021 nömrəli, 09 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5079/2021 saylı 04 avqust 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlunun ərizəsi geri qaytarılmışdır. ( hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov)

13. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlu tərəfindən verilmiş ərizənin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edib ki, ərizəçi ərizəsində mübahisələndiriən məhkəmə qətnaməsini yalnız 17 noyabr 2021-ci il tarixdə rəsmi qaydada aldığını qeyd etsə də, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5079/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi 16.08.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəl i sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlunun təmsilçisi Vəkil3 elektron kabinetinə göndərilmişdir. Kassasiya şikayətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlunun kassasiya qaydasında hüquqlarının müdafiəsini də məhz Vəkil3 həyata keçirir.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlunun ərizəsində göstəridiyi hallar təkzib olunduğundan və müddətin üzrlü səbəb olmadan ötürülməsi üçün əsaslar olmadığından, ərizə təmin edilə bilməz, ərizə təmin edilmədiyindən verilmiş kassasiya şikayəti də geri qaytarılmalıdır.

15. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 133.1, 405.0.1 və 408.1.4-cü maddələrinə isti nad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlu (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 09.02.22-ci il tarixli qərardadının ləğv edilməsi, A.Əsədova münaisbətdə prosessual müddətin buraxılmamış hesab edilməsi, 04 avqust 2021-ci il tarixli qətnamədən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri: - mübahisələndiriən məhkəmə qətnaməsini 3-cü şəxs 17 noyabr 2021-ci il tarixdə rəsmi qaydada alıb. Qeyd edilən prosedur qətnaməni təkrar verilməsi qaydasında deyil, qətnaməni ilkin olaraq təqdim edilməsi qaydasında verilmişdir. Əks ha lda, rüsum alınmalı idi. Buna görə də qətnamədən şikayət vermə müddətinin axımı qətnaməni təqdim edildiyi tarxidən növbəti tarixdə başlamış və 18 dekabr 2021-ci ildə bitmişdir; - apellyasiya instansiyası məhkəməsi göstərib ki, qətnamə 16 avqust 2021-ci il tarixdə 3-cü şəxsin təmsilçisi Vəkil3 elektron kabinetinə göndərilmişdir və müddət də həmin tarixdən hesablanmalıdır. Bu yanaşma səhvdir. Çünki 3-cü şəxsin adından Vəkil3 kassasiya şikayəti verməsi üçün etibarnamə olması vacib şərtdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla m üəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5079/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi 16.08.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlunun təmsilçisi Vəkil3 elektron kabinetinə göndəri lmişdir. Hazırda da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlunun kassasiya qaydasında hüquqlarının müdafiəsini də məhz Vəkil3 həyata keçirir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Əsədov Azad Əsəd oğlunun ərizəsində göstəridiyi hallar təkzib edilir.

25. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 26.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Əsədov Azad Əsəd oğlunun kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5079/2021 nömrəli iş üzrə 09 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar