Məhkəmə qərarları › İş №2(102)-2551/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2551/2019

10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2551/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli 2(103)12905/2018 saylı qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-451/2018) İddiaçıASC-nin Cavab deh1 və 3-cü şəxs Cavabdeh2nə qarşı əmanət müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək onlar arasında bağlanmış 30 iyun 2015-ci il tarixli yığım əmanəti müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: Tərəflər arasında 30 iyun 2015-ci il tarixə yığım əmanəti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 tərəfindən bankın Bayıl filialına illik dərəcəsi 15 % olmaqla 100.000 ABŞ dolları məbləğində əmanət yerləş dirilmişdir. 2016-cı ildə Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankla əmanət müqaviləsinin 1 il müddətinə bağlanmasını, həmin müddətin bitməsinə baxmayaraq əmanətin və ona hesablanmış faizlərin bank tərəfindən ona verilməməsini əsas göstərməklə banka yerləşdirdiyi 100.000 ABŞ dolları məbləğində əmanətin və ona faiz kimi hesablanmış 11.268 ABŞ dollarının bankdan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən qanuni sayılaraq dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra 2017-ci ilin dekabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilədə göstə rilən 100.000 ABŞ dollarının bankın balansında mövcud olmamasını, müqavilədə Cavabdeh1 bank hesabının qeyd edilməməsini əsas göstərməklə 30 iyun 2015-ci il tarixli yığım əmanəti müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edərkən cava bdehin adına bank sistemində bank hesabının mövcud olmamasını və depozit məbləğinin bankın balansında olmamasını əsas göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh bankla bağladığı müqavilənin şərtinə uyğun olaraq banka 100.000 ABŞ dolları məbləğində əmanət yerləşdirmiş, cavabdeh tərəfindən isə əmanətçi qarşısında götürülmüş öhdəliyə əməl olunmayaraq onun tərəfindən qoyulmuş pul məbləği bank sisteminə daxil edilməmiş və 15 mart 2016-cı il tarixdə əmanətçiyə zəmanət məktubu verilmişdir. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılmış istintaq hərəkətləri üzrə toplanmış materiallara əsaslanmışdır. Bankın göstərilən qanunsuz hərəkətlərinə görə cavabdeh məsuliyyət daşımadığından əmanət müqaviləsinin etibarsız sayılması üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Müqavilə qanunun tələbinə uyğun olaraq bağlanmış və onun etibarsız sayılması üçün qanuni əsaslar müəyyən olunmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respu blikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar