Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2552/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)9694/2018 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 24.05.2018-ci il tarixli 2(006)-3099/2018 nömrəli qətnamə si ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənəvi ziyan (təzminat)” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, S.Hacıyev, F.Talışinski) 30.10.2018-ci il tarixli 2(103)-9694/2018 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrəBakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli 2(006)-3099/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia ərizəsi qismən təmin olunaraq Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin xeyrinə 500 (beş yüz) manat pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçı1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş dir. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənəvi ziyan (təzminat)” tələbinə dair iddia ərizəsi ilə 04.04.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh cinayətkar fəaliyyəti nəticəsində onlara külli miqdarda ziyan vurulmasına (İddiaçı2 50500 manat, M1 28500 manat) ağır sarsıntı, iztiraba və sağlamlığın pozulmasına səbəb olduğu üçün əvəzi olaraq hər birinə 10000 manat mənəvi ziyanın (təzminat) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının ailəsində söz-söhbət, gərginlik və stress yaşanmış, iddiaçı mənəvi və psixioloji zədə almış, həyatı alt-üst olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bunların heç birini nəzərə almamış, ədalətsiz və qeyri-qanuni qətnamə qəbul etmişdir. İddiaçı ona dəymiş mənəvi ziyanın 500 manat hesablanması ilə özünü bir daha təhqir olunmuş sayır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)-9694/2018 saylı qətnaməsinin ləğv edilib yeni ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə ba xılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.10.2018ciiltarixliqətnaməsi ilə iddiaçıların apellyasiya şikayətini qismən təmin edərək, iş üzrəBakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli 2(006)-3099/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia ərizəsi qismən təmin olunaraq Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin xeyri nə 500 (beş yüz) manat pul vəsaitinin tutulması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 1(101)-67/2017 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə ona cəza təyin edilməmişdir. Qeyd edilən hökmlə həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh təkrarən 2014-cü ilin dekabr ayında naməlum şəraitdə hüquq verən, rəsmi sənəd hesab edilən “X1 adına olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini”, “X6” MMC ilə zərərçəkmiş şəxs İddiaçı1 arasında bağlanmış Bakı şəhəri, **************************** yerləşən 2 saylı binanın **** saylı mənzilinin alqı-satqısına dair 10 dekabr 2014-cü il tarixli maliyyə arayışını və «X6» MMC-yə 2050 manat məbləğində ödəniş edilməsinə dair 10 dekabr 2014-cü il tarixli, 327/15 saylı mədaxil qəbzini istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Hökmlə həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən saxtalaşdırılıb qanunsuz hazırlanmış qeyd edilən sənədlərdən digər təqsirləndirilən şəxslər tərəfindən İddiaçı1 qarşı istifadə edilmiş, sonuncunun əmlakı dələduzluq yolu ilə ələ keçirilmiş, nəticədə ona maddi ziyan dəymişdir. Qeyd edilən hökmlə, zərərçəkmiş şəxs İddiaçı1nа cinayət əməli nəticəsində yetirilən 28.500 manat maddi ziyanın məhkumlar X7, X8, X9 və X2 alınıb zərərçəkmiş şəxs İddiaçı1 ödənilməsi qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11.08.2017-ci il tarixli, 1(103)-1137/17 saylı qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X4 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsinə dair müddəların Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2017-ci il tarixli hökmün nəticəvi hissəsindən xaric edilməsi, X3 məhkəmə iclas zalından dərhal həbs edilməsi və həbsetmənin əvvəli 11 avqust 20 17-ci il tarixdən hesablanması, cinayət əməli nəticəsində zərərçəkmiş şəxs İddiaçı2 yetirilən 50.500 manat maddi ziyanın məhkumlar X7, X8, X9 və X5 alınıb zərərçəkmiş şəxs İddiaçı2 ödənilməsi, cinayət əməli nəticəsində zərərçəkmiş şəxs İddiaçı1 yetirilən 28.500 manat maddi ziyanın məhkumlar X7, X8, X9, X10 və X5 alınıb zərərçəkmiş şəxs İddiaçı1 ödənilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi Cavabdeh cinayət qanunvericiliyi ilə qadağan olunan əməlləri, yəni hökmlə müəyyən olunmuş saxta sənədləri hazırlaması nəticəsində iddiaçıya digər təqsirləndirilən şəxslər tərəfindən əmlak ziyanı vurulmuş, iddiaçı əmlakından məhrum olmaqla uzun müddət ərzində iztirablar və dərin sarsıntılar keçirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə hökm ü ilə digər təqsirləndirilən şəxslərdən maddi zərərin tutulması iddiaçını Cavabdeh mənəvi zərər tələb etmək hüququndan məhrum etmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsın tı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası pozuntunun xarakterini və s. halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçı üçün mənəvi zərərin 500 manat həddində müəyyən edilməsi ağlabatan, ədaləti və qanunidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdi r. Kassasiya şikayəti ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)-9694/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2552/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2552/2019
18.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver