Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2552/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2552/21 (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)1073/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 24 saylı binanın 42-saylı mənzilindən çıxarılması, cavabdehin qanunsuz olaraq mənzilindən istifadə etməsi nəticəsində ödədiyi 23.400 manat kirayə haqqının, 50.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.R.Burcayev) iddia qismən təmin edilərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 24 saylı bina nın 42saylı mənzilindən çıxarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırıb ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin həmin mənzildən hər hansı hüququ əmələ gəlməyib. Cavabdehin mənzilindən istifadə etməsi nəticəsində iddiaçının 23.400 manat kirayə haqqı ödəməsi, cavabdehin təqsiri üzündən ona 50.000 manat mənəvi ziyan dəyməsi mülki iş materialları ilə təsdiq olunmur. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddiaçıd an mənzildə apardığı təmir xərclərinə görə 20.000 manat, habelə dəymiş mənəvi zərərə görə 100.000 manat pulun tutulub ona ödənilməsi və bundan sonra mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki müb ahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə q arşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb ed ə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisəndirildiyindən, qətnamənin əsaslılığı cavabdehin kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisə ləndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həq iqi hallarından görünür ki, 15 yanvar 2014-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 24 saylı evin 42 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Həmin mənzildə heç bir hüquq müəyyənedici sənədləri olmadan cavabdeh yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən q orunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hə min Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin mübahisəsi gedən mənzil üzərində hər hansı hüquqa sahib olduğu müəyyən edilmir. Belə olan halda isə onun, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzildə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq qismən təmin etmişdir. Cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə münasibətdə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarından Cavabdeh qarşılıqlı iddia ərizəsi məhkəmənin 24 sentyabr 2019-cu il tarixli qərardadı ilə icraata götürülməmiş və həmin qərardad cavabdeh tərəfindən mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin, haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh İddiaçı və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin və reysterdən çıxarışın ləğv edilməsi” barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə mabahisələndirilmədiyindən qanuni qüvvəsini almışdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi, hazırda yoxlanılan qətnamənin aid olduğu iş baxımından preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə ra zılaşmır və hesab edir ki, cavabdeh mənzildə apardığı təmir işlərinə görə 20.000 manat pul xərclədiyini və iddiaçının təqsiri üzündən ona 100.000 manat mənəvi zərər dəydiyini göstərib iddiaya etiraz etsə də, məhkəmədə iddiaçıya qarşı heç bir tələb irəli sürməyib. Ona görə də cavabdehə izah olunur ki, zəruri sübutları toplamaqla iddiaçıya qarşı bu barədə ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaq hüquq vardır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qət naməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-1073/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2552/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2552/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver