Məhkəmə qərarları › İş №2(102)-2553/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2553/2019

06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2553/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxx” İnvestisiya KB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli 2(103)-9428/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏ YYƏN ETDİ: İddiaçı “xxxx” İnvestisiya KB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7.339 manat əsas borc, 3.624,61 manat faiz borcu və 906.78 manat cərimə borcu olmaqla, cəmi 11.870.39 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Bankı ASC ilə Cavabdeh1 arasında 15.07.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı illik 32% olmaqla 24 ay müddətə cavabdehə 10000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Eyni zamanda Cavabdeh2 ilə 15.07.2015-ci il tarixli zaminl ik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh1 zamin duraraq öhdəliklər yerinə yetirilmədiyi halda məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11571/2017 saylı, 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Ağayev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7.339 manat əsas borc, 3.076,82 manat faiz borcu və gecikdirməyə görə 10 manat dəbbə pulu, cəmi 10.425,82 (on min dörd yüz iyirmi beş manat 82 qəpik) manat borc və iddia qaldırılmas ı üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi iddiaçı “xxxx” İnvestisiya KB-nın xeyrinə tutulması və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Sənan Hacıyev (sədrlik edən və məruzəçi) Rafael Eyvazov, Fuad Talışinski) 10 oktyabr 2018-ci iltarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11571/2017 saylı, 19 dekabr 2017-ci il tarixli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi “xxxx” İnvestisiya KB-nin Cavabdeh1 hesabladığı borcla bağlı faizlərin düzgün hesablanıb-hesablanmaması məsələsini araşdırmamış, məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Yalnız bankın rəqəmləri əsaslı sübut kimi qəbul edilmişdir ki, burda da tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Bundan başqa Azərbaycan manatının devalvasiyasına qədər bank qarşısında öhdəliklərini tam şəkildə vicdanla icra etmiş, lakin manat devalvasiyaya uğradıqdan və o, işini itirdikdən sonra banka olan borcunu ödəyə bilməmişdir. Dəfələrlə banka müraciət edərək yeni qrafik açılmasını xahiş etsə də bank tərəfindən onun bu xahişi nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi işə formal yanaşaraq, hərtərəfli araşdırma aparmadan işə baxaraq, ədalətsiz qətnamə qəbul etmiş, bununla da cavabdehin İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏL ƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “Nikoil” X3 ilə Cavabdeh1 arasında bağlanmış 15.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 32% olmaqla 24 ay müddətə aylıq 569,47 manat ödəniş etmək şərti ilə 10.000 manat məbləğində kredit ayrılmış, 15.07.2015-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 10000 (on min) manat məbləğində kredit vəsaitini iddiaçı “xxxx” İKB ASC-dən almışdır. 15.07.2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 zamin duraraq öhdəliklərin yerinə yetirilmədiyi halda məsuliyyəti üzərinə götürmüşdür. Cavabdeh1 15.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11.10.2017-ci il tarixədək hesablanmış 7339 manat əsas borcu, 3624.61 manat faiz borcu və 906,78 manat cərimə borcu olmaqla, cəmi 11870.39 manat 15.07.2017-ci il tarixədək hesablanmış 7339 manat əsas borcu 3076,82 manat faiz borcu və 838.09 manat cərimə borcu olmaqla, cəmi 11253,91 manat borcu yaranmışdır. “xxxx” X3 ASC tərəfındən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişin surətindən və həmin bildirişin ünvan sahiblərinə göndərilməsini təsdiq edən qəbzlərdən görünür ki, cavabdehlər kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə qanuni və işin hallarına tam uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Cavabdeh1 iddiaçı ilə kredit müqaviləsi bağlamaqla üzərinə müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər götürdüyündən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün də tam şəkildə cavabdehlik daşımalıdır. Bu baxımdan cavabdehin gəlirlərinin azalması onun qeyd edilən risk dairəsinə daxil olduğundan, bu hal onun götürülmüş öhdəliklərdən azad edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə baxışında müəyyən edilmiş hallardan və istinad edilən maddi hüquq normalarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan b orcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə əsas borcu ona hesablanmış faiz və cərimə borcu ilə birlikdə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımı nca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra e dilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmi ş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh kassasiya şikayətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək banka ödənilməli olan əsas kredit bo rcu, faiz və dəbbə məbləğlərinin dəqiq hesablanmamasını göstərmişdir. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdehdən tələb edilən əsas kredit borcu və faiz məbləğinin tərəflər arasında imzalanmış ödəniş qrafikinə uyğundur. Cavabdeh borcun düzgün hesablanmaması barədə heç bir sübut təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən hallar iş üzrə müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyy ənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli 2(103)9428/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar