Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2553/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)857/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.F.Babayev, iş № 2(004)-253/2018) İddiaçı İKB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dаir iddiаsı qismən təmin edilərək, cavabdehdən 32.788,67 manat əsas, 2243,76 manat faiz, 191,15 manat cərimə borcu olmaqla, cəmi 35.223,58 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Ndə yerləşən, 2 otaqlı, 36.1 kv.m ümumi, 24.3 kv.m yaşayış sahəsindən ibarət 48 nömrəli evin 10 nömrəli mənzilinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 58.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 35.283 manat pulun iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, cavabdehə verilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində mənzilin boşaldılma sı, tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 2181,79 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfi ndən cavabdehə 300 ay müddətinə 42.160 manat məbləğində kredit verilmişdir. Götürülən kreditin təminatı kimi xx xxx 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Ndə yerləşən 48 nömrəli evin 2 otaqlı 10 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 2017-ci ilin may ayında İddiaçı İKB ASC iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ondan bankın xeyrinə cəmi 35.223,58 manat məbləğində pulun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, kredit müqavilə sinin ləğv edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd o laraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı İKB ASC və Cavabdeh xx.xx.2007-ci il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliy in icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsaslanaraq cavabdehdən tutulmalı olan faiz borcunu azaltmışdır. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2553/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2553/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver