Məhkəmə qərarları › İş №2(102)-2554/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2554/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2554/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-333/2 020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 150000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, 15 aprel 2008-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X4 15 aprel 2012-ci il tarixədək illik 22 faiz hesablanmaq şərti ilə 550.000 manat məbləğində kredit verilmiş, T.Məmmədov isə həmin məbləği faizləri ilə birlikdə 15 aprel 2012-ci il tarixədək qayt armağı öhdəsinə götürmüşdür. 3. 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin götürülməsinə dair müqaviləyə əsasən X5 ilə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 15 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 294944 manat faiz öhdəliyinin qismən, yəni 150000 manat məbləği hissəsini ödəməyi Cavabdeh öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsində göstərilmişdir ki, kreditor, yəni İddiaçı ASC üçüncü şəxsə, yəni Cavabdeh ödənişin olunması məqsədi ilə 5 təqvim günü əvvəl yazılı xəbərdarlıq göndərir. Bu xəbərdarlıqdan sonra borcun qaytarılmaması öhdəliyin gecikdirilməsi hesab edilir.

4. Bununla yanaşı işin mübahisə edilməyən hallarına görə başqa bir icraatda baxılmış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı "İddiaçı" ASC ilə cavabdeh X5 arasında bağlanmış 15 aprel 2008-ci il tarixli 140408-857-23/1089 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 465.317 (dörd yüz altmış beş min üç yüz on yeddi) manat 26 qəpik məbləğində kredit borcu, 294.944 (iki yüz doxsan dörd min doqquz yüz qırx dörd) manat məbləğində kreditə görə faiz borcu, 155.073 (yüz əlli beş min yetmiş üç) manat 85 qəpik məbləğində dəbbə pulu (penya), cəmi 915.335 (doqquz yüz on beş min üç yüz otuz beş) manat 11 qəpik pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X4 məxsus ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kvm yaşayış, 207,79 k vm köməkçi sahədən ibarət yaşayış binasına və cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kvm olan qeyri-yaşayış binasının (Məişət evi) 2/10 hissəsinə, VAZ-2106 markalı 10- LE-730 dövlət nömrə nişanlı minik avtomobili, VAZ 21074 markalı **-FX-***1 i/o dövlət nömrə nişanlı minik avtomobili, HYUNDAİ ACCENT markalı 10RF861 dövlət nömrə nişanlı minik avtomobili, Mersedes 200 markalı 10 DT808 dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, həmin əmlaklar üzərində cavabdeh X3 mülkiyyət hüququna xitam verilməsi, ünvan 3 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220.12 kvm yaşayış, 207,79 kvm köməkçi sahədən ibarət yaşayış binası və cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv.m oian qeyriyaşayış binasının (Məişət evi) 2/10 hissəsinin boşaldılması, tələbin yönəldiyi əmlakların açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunmuş pul vəsaitindən banka olan borcun tutulması, iddianın 100000 manat dəbbə pulu (penya) tələbinə dair hissəsinin rədd edilməsi, tərəflərdən 250 (iki yüz əlli) manat ekspertiza xərci tntularaq “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin hesabına keçirilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-21/2011 saylı, 18 avqust 2011 -ci il tarixli qətnaməsi cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə əsas və cərimə borcunun tutulması tələbinin təmin edilməsi hissəsində, tələbin cavabdeh X3 mülk iyyətində olan - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kvm olan qeyri-yaşayış binasının (Məişət evi) 2/10 hissəsinə, VAZ-2106 markalı **-LE-*** dövlət nömrə nişanlı minik avtomobili, VAZ 21074 markalı **-FX-***1 i/o dövlət nömrə nişanlı minik avtomobili, HYUNDAİ ACCENT markalı 10RF861 dövlət nömrə nişanlı minik avtomobili, Mersedes 200 markalı 10DT808 dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi hissəsində, əmlaklar üzərində cavabdeh X3 mülkiyyət hüququna xitamın verilməsi hissəsində, ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kvm yaşayış, 207,79 kvm köməkçi sahədən ibarət yaşayış binasının və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kvm olan qeyri-yaşayış binasının (Məişət evi) 2/10 hissəsinin boşaldılması hissəs ində ləğv edilərək, əsas və cərimə borcunun tutulması hissəsində tələb qismən təmin edilmiş, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə əsas kredit borcu üzrə 378.317,26 (üç yüz yetmiş səkkiz min üç yüz on yeddi manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 40.000 (qırx min) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

6. Bundan başqa Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(009)-1381/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı ASC və X4 qarşı 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair“müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. ““““““““ ““

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 14.01.2020-ci il tarixli, 2(103)-749/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh və cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(009)-1381/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

8. İddiaçı bildirir ki, bankla X5 və Cavabdeh arasında 02 iyul 2018-ci il tarixdə “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair“müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, 140408-857-23/1089 saylı 15.04.2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn 294944 manat faiz öhdəliyindən qismən, yəni 150000 manat məbləğini Cavabdeh verilməsi münasibətlərini tənzimləyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndinə uyğun olaraq, Cavabdeh tərəfindən müvafi q öhdəliyin icrası bankın tələbinə əsasən hissə-hissə və ya tam şəkildə icra edilir. Bank Cavabdeh ödənişin olunması məqsədilə 5 təqvim günü əvvəl yazılı xəbərdarlıq göndərir. Bu xəbərdarlıqdan sonra borcun qaytarılmaması öhdəliyin gecikdirilməsi hesab edilir. Bank tərəfindən Cavabdeh 04.12.2018-ci il tarixdə yazılı bildirişlə müraciət olunmasına və 5 təqvim günü müddətində 150000 manat məbləğində borcun ödənilməsi tələb edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir

9. Cavabdeh bildirır ki, Tapdıq Məmmədov onun adına İddiaçı ASC-dən kredit götürməyinə razılıq verməyini xahiş etdi və heç bir narahatçılıq keçirməməyini, Bankla danışıb razılıq əldə etdiyini və krediti qrafik üzrə vaxtlı-v axtında ödəyəcəyini bildirdi. O, T.Məmmədovla uzun müddət dostluq etdiyini nəzərə alıb, onun xahişi ilə razılaşdı və onunla birlikdə İddiaçıya getdi. İddiaçı ASC-də onun anket məlumatlarını götürdülər və qısa müddət ərzində cavab verəcəklərini bildirdilər. Bir müddət sonra Tapdıq ona bildirdi ki, Bankın rəhbərliyi onun adına kredit verilməsinə razılıq vermişdir, lakin bunun üçün girov əmlak qoyulmasını bildirirlər. O, onun dediklərinə etiraz etməyərək girov əmlak qoya biləcəyini bildirdi və Tapdıqla birlikdə yenidən banka getdi. Orada ona bir neçə sənədə imza etdirdilər. Eyni zamanda ona kredit verilməsi üçün formal olaraq Tapdıq Məmmədovun kredit borcunun bir hissəsinin onun tərəfindən ödənilməsinə öhdəlik götürməyi barədə müqavilə bağlamalı olduğunu bildirdilər. Eyni zamanda, bankın əm əkdaşları və Tapdıq Məmmədov ona bildirdilər ki, bu müqavilə formal olaraq bağlanır. Bir müddət sonra Tapdıq Məmmədov ona müraciət edərək kredit verilməsindən imtina olunduğunu, kredit verilmədiyinə görə onun borcunun bir hissəsinin ödənilməsi ilə bağlı bağlanmış müqaviləyə də xitam verdiklərini bildirdi. Lakin 2019-cu ilin mart ayında ona məlum oldu ki, İddiaçı ASC ona qarşı iddia ərizəsi ilə Binqədi rayon Məhkəməsinə müraciət edərək ondan 150000 (yüz əlli min) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, İddiaçının əməkdaşları və X6 onu aldadaraq, 02 iyul 2018ci il tarixli müqaviləni imzalatdırıblar. Eyni zamanda, Binəqədi rayon Məhkəməsində iddia qaldırıldıqdan sonra ona məlum oldu ki, İddiaçı ASC ilə T.Məmmədov arasında bağlanmış 15.04.2008-ci il tarixdə 140408-857-23/1089 saylı kredit müqaviləsinə sonuncuya illik 22 faizlə 4 il müddətinə 550 000 manat məbləğində kredit verilmiş, lakin X5 həmin krediti vaxtında ödəmədiyindən tərəflər arasında məhkəmədə uzun müddət məhkəmə mübahisəsi baş vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(001)2350/2019 saylı qətnaməsi ilə (hakim F.Qasımov) iddia tələbi təmin edilərək, “Cavabdeh 150000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair“ müqavilənin bağlanmasından 9 ay keçməsinə və xəbərdarlıq olunmasına baxmarayaq müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Halbuki, müqavilənin 2.2-ci bəndində xəbərdarlıqdan sonra borcun hissə - hissə və ya tam ödənilməsi öhdəliyin gecikdirilməsi hesab olunur. Ona görə də 150000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 739, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-333/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, E.Mehdiyev və Ş.Məmmədova) “ Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(001)-2350/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair“ müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən, bu icranı gecikdirmə sayılmaqla, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinin tələblərinin pozulmasıdır. “Buna görə də, iddiaçı mü qavilə şərtlərindən irəli gələn 150.000 manat borcun cavabdehdən tələb edilməsində haqlı olmuşdur. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla İddiaçı ASC arasında 02 iyul 2018-ci il tarixdə bağlanmış “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair“ müqaviləyə əsasən X3 bank ilə bağladığı 15.04.2008-ci il tarixli 140408-857- 3/1089 saylı kredit müqaviləsi üzrə 294 944 manat faiz öhdəliyindən qismən, yəni 150 000 nanat məbləğinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Məh kəmə qətnaməsinə əsasən İddiaçı ASC-yə olan borcunun qarşılığında ipoteka ilə yüklü edilmiş X4 məxsus ünvan 1 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış binasının ilkin satış qiyməti 450 000 manat müəyyən edilmiş yaşayış binası hərraca çıxarılmış, lakin yaşayış binası hərracdan satıldmadığından İddiaçı ASC-yə təklif edilmiş, sonuncu isə həmin yaşayış binasını borcun qarşılığında öz mülkiyyətinə keçirmişdir. Apelyasiya instansiyası məhkəməsi isə bu qətnamə ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə qanuni qüvvəyə minmiş qətnaməyə zidd qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili R.İsgəndərov kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının qismən ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı yalnız mübhisələndirilən hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi

25. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsi n (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

26. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

27. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəli yin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

28. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (maddə 445.1)

29. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

30. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldıl ması istisna edilir. (maddə 467) Mülki Prosessual Məcəllə

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

33. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

34. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.“ (maddə 82.3)

35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

36. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

37. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

38. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385. 1.4)

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

40. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiy a Məhkəməsinə göndərilməlidir.

42. Çünki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (33-34)

43. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 02 iyul 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair“ müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən, bu icrada gecikdirmə sayılmaqla, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinin tələblərinin pozulmasıdır. “Buna görə də, iddiaçı müqavilə şərtlərindən irəli gələn 150.000 manat borcun cavabdehdən tələb edilməsində haqlı olmuşdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxl ayan apelyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmişdir.

45. Həmin qətnamə ilə apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini cavabdeh X1 iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 294.944 (iki yüz doxsan dörd min doqquz yüz qırx dörd) manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlamışdır.

46. Həmçinin işin hallarından göründüyü kimi 02 iyul 2018-ci il tarixli müqavilə ilə T.Vilayətin üzərinə götürdüyü öhdəlik qeyd edilən qətnamə ilə tutulan 294944 manat faiz borcunun əhatə etdiyi 150.000 manat pul məbləğidir.

47. Qanunvericiliyin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.(31) 48. “Beləliklə işin hallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi pul məbləği qanuni qüvvədə olan qətnamə ilə iddiaçının xeyrinə tutulmuş 294.944 (iki yüz doxsan dörd min doqquz yüz qırx dörd) manat faiz borcunun 150000 manatını əhatə etdiyi halda apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə qanuni olmayan qətnamə qəbul etmişdir.

49. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə “prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

50. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-333 /2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar