Məhkəmə qərarları › İş №2(102)-2555/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2555/2019

29.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2555/2019 29.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli, 2(103)-11692/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Süleymanova) 06.03.2018-ci il tarixli, 2(001)-2450/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “borcun silinməsi” tələbinə dairiddiası təmin edilmiş, Cavabdeh 9189.50 manat əsas borc, 1517.31 manat faiz borcu, 148.84 manat cərimə borcu, cəmi 10855.65 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat “xxxx (Azərbaycan)” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) 12.11.2018-ci il tarixli, 2(103)-11692/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və həmin iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsinin apelyanta aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tari xli, 2(103)-11692/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Ərizəçi “xxxx (Azərbaycan)” ASC Cavabdeh qarşı “borcun ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək 9189,50 manat əsas borcun, 1517,31 manat faiz borcunun, 148,84 manat cərimə borcunun, cəmi 10855,65 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx (Azərbaycan)” ASC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(001)-16275/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(001)16275/2017 saylı məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin 22 yanvar 2018-ci il tari xli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə səthi yanaşılmış, iş üzrə araşdırma iddiaçının mövqeyindən aparılmış, ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuş, iddiaçı tərəfindən tədqim edilmiş hesabdan çıxarışa mühasibatlıq sahəsində mütəxəssis qismində qiymət verərək borcun hesablanmasında yalnışlığın olması ehtimalının olmadığı qənaətinə gəlinmişdir. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 12.11.2018-ci il tarixli, 2(103)11692/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiqini yoxlayır. Tərəflər arasında kredit müqaviləsinin bağlanması, borclu şəxsin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi işin mübahisəsiz hallarıdır. İş materiallarından görünür ki, apellyasiya icraatı zamanı cavabdehin etmiş olduğu ödənişləri özündə əks etdirən hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Hesabdan çıxarşdan görünür ki, borclunun etmiş olduğu ödənişlər ancaq əsas və faiz borcuna silinmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bank tərəfindən cavabdehin öhdəliyi yerinə yetirmədiyi əsas tutularaq aralarındakı kredit razılaşmasının müddəti başa çatmamış ondan tam borcun tələb edilməsi mülki qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.2-ci maddəsinə əsasən tər əflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə razılaşdırılmış digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -448.2. maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş ma teriallarında olan bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə cavabdeh tərəfindən nə qədər ödəniş edildiyi, ödənişlərin əsas və faiz borcundan hansı qaydada silinməsi ilə əlaqədar qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, əsas və faiz borcunun miqdarının artıq hesablanılmasına ehtimal verən hər hansı bir hala təsadüf edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən əsas və faiz borcun əsassız hesablanıldığı, cərimənin şişirdildiyi mübahisələndirilsə də bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə səthi yanaşıldığını, iş üzrə araşdırmanın iddiaçının mövqeyindən aparıldığını,ədalət mühakiməsinin çəkişmə prinsipinin pozulduğunu bildirsə də iş materialları ilə bu hallar təsdiq edilmir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nətic ə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli, 2(103)11692/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar