Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2556/2021 18.02.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 verdiyi kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 kassasiya şikayəti vermişlər. İş materiallarını araşdıraraq hesab edirəm ki, həmin kasssasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Kassasiya şikayətinə əlavə edilmiş 0******* nömrəli qəbzdən görünür ki, rüsum bank vasitəsi ilə Ali Məhkəmənin deyil, Şəki Apellyasiya Məhkəməsinin hesabına ödənilmişdir (cild 2, səh.50). Bu hal ona dəlalət edir ki, hazırkı kassasiya şikayətinə dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada ödənilməsi barədə sübut əlavə edilməmişdir. MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, cavabdehlərin kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Cavabdeh10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 verdikləri kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və şikayət geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2556/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2556/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver