Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2557/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-206/2024 nömrəli mülki iş üzrə 21 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı qaynı Cavabdeh saxlamaq üçün 670.000 rus rubl pul verdiyini bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra-cavabdeh) 10.000 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri Havasət Mirzəyev xx.xx.2015-ci il tarixdə, iş yerində Rusiya Federasiyası, Smolensk vilayəti, Roslavsk rayonu, Sloboda kəndində vəfat etmişdir. Əri vəfat etdikdən sonra yaxınlarının köməyi ilə ərinin cənazəsini Azərbaycan Respublikasına gətirərək xx.xx.2015-ci il tarixdə Masallı rayonu, Hüseynhacılı kənd qəbirstanlığında dəfn etmişlər. Mərhum sağlığında vəfatından 4-5 ay əvvəl özünə məxsus 2006-cı il istehsalı olan “VolkswaqenTouareg” markalı avtomaşını yeni avtomaşın almaq niyyəti ilə 800.000 rus rubluna satmış və həmin pul onda olmuşdur. O, həmin puldan 3.000 manat dəyərində rus rublunu yas məclisini keçirmək üçün böyük qaynı olan hazırkı iş üzrə Cavabdeh vermişdir. Cənazə dəfn edildikdən sonra cavabdeh kənddə yaşayışın çətin olduğunu əsas götürərək onu övladları ilə birlikdə Masallı şəhərində yerləşən ailəsinin yaşadığı iki mərtəbəli yaşayış evinə aparmışdır. Sonra isə yas məclisi ilə əlaqədar kəndə gedib gəlirmişlər. Mərhumun yeddi məclisindən sonra cavabdeh ona bildirmişdir ki, verdiyi pul məclisə çatmış, üstəlik də əlavə 5.000 manat məbləğdə pul yığılmışdır. Həmin pulla mərhumun “cümə axşamları”, “40” mərasimlərinə, habelə baş daşının hazırlanmasına sərf ediləcəkdir. D aha sonra cavabdeh ona bildirmişdir ki, mərhumun avtomaşının satışından əldə etdiyi pulu da banka qoymaq üçün, həmçinin qızıllarını da saxlamaq üçün versin. O, da cavabdehin böyüklüyünü diqqətə alaraq və inanaraq qızıllarını və puldan qalan 670.000 rus rublunu cavabdehə vermişdir. Həmin ilin avqust ayının ortalarında uşaqların məktəbə qeydiyyatı ilə əlaqədar Xırdalan şəhərinə getmiş, gedərkən cavabdehdən qızıllarını istəmişdir. Cavabdeh ona qızılların onda qalmasının daha münasib olacağını bildirsə də, o, təkid etdiyindən müəyyən sözsöhbətdən sonra cavabdeh qızıllarını ona qaytarmışdır. O, övladları ilə birlikdə qardaşı Aslanın Masallı şəhərində yerləşən evinə gedərək bir həftə qalmış və daha sonra qardaşının köməkliyi ilə Xırdalan şəhərinə gedərək kirayə ev tutmuşdur. Mərhum ərinin sağlığ ında Abşeron rayonu Viləşçay MTK 28-ci məhəlləsində yerləşən iki otaqlı mənzil almışdır. Lakin bina tam hazır olmamışdır. Onun da Xırdalan şəhərinə köçməkdə məqsədi həm uşaqların təhsili ilə, həm də aldıqları mənzilin təmiri ilə əlaqədar olmuşdur. O, uşaqları ilə birlikdə bir il müddətinə kirayədə qalmışdır. Həmin müddətdə o, mənzilin təmiri ilə də məşğul olmuşdur. Həyat yoldaşının vəfatından sonra Rusiya Federasiyasında olan ortaqları bir il altı ay ərzində hər ay 1.000 manat dəyərində rus rublu yardım etmişlər. Bununla yanaşı qardaşlarının imkanları daxilində, həmçinin mərhum ərinin dostları olmuş şəxslərin imkanları daxilində ona maddi köməklik etmişlər. O da ona çatdırılan pullarla həm yaşayışı təmin edir, həm də mənzilin təmiri ilə məşğul olmuşdur. 2016-cı ilin sonlarında mənzilin t əmirini tam başa çatdırmasa da, kirayə haqqından qurtulmaq məqsədi ilə həmin mənzilə köçərək yaşamağa başlamışdır. Mənzilə köçdükdən sonra ailəsinə göstərilən yardımlar dayandırıldığı üçün Rusiya Federasiyası Smolensk vilayətinin Roslavsk rayonunda mərhum ərinin almış olduğu həyət evini ******* rus rubluna satmaq məcburiyyətində qalmış və həmin pulla yaşayışlarını təmin etməyə çalışmışdır. Bir neçə il keçdikdan sonra cavabdeh qaynına müraciət edərək həyat şəraitinin çətin olduğunu, qızının məktəb məsrəflərini təmin etmək üçün maddi köməyə ehtiyacının olduğunu diqqətinə çatdırmışdır. Ondan alınaraq banka qoyduğu puldan müəyyən məbləğ ona verməsini xahiş etmişdir. Lakin cavabdeh müəyyən bəhanələr gətirərək ona pul verməkdən yayınmışdır. O da məcbur olub 2020-ci ilin yanvar ayının 27-də Masal lı rayonuna gələrək cavabdehlə söhbət etmək istəmiş, lakin cavabdeh onunla söhbətdən yayınmışdır, məcbur olub Masallı rayon Polis şöbəsinə müraciət etmişdir. Ərizəsi ilə əlaqədar aparılan araşdırma zaman ona məlum olmuşdur ki, cavabdeh illər ərzində onu aldadaraq yalan danışmış, ondan aldığı pulu hər hansı banka qoymamış və öz məqsədləri üçün istifadə etmişdir. Ötən müddət ərzində cavabdeh pulu qaytarmamış, pulun mərhum qardaşına məxsus olduğunu bildirǝrǝk aldığı pulu geri qaytarmaqdan imtina etmişdir.
4. Birinci instansiya məhkəməsindəki icraatda cavabdeh məhkəməyə ərizə göndərərək orada göstərmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçıdan borc almamışdır, iddiaçının tələb etdiyi pulları 2015-ci ildə iddiaçının əri onun mərhum qardaşının vəfatından sonra vermiş və həmin pulları qardaşı nın dəfn xərclərinə, yas mərasiminin keçirilməsinə və baş daşının qoyulmasına xərcləmişdir, iddiaçının pulu ona verdiyini qeyd etdiyi tarixdən 8 il keçmişdir, 8 il keçdikdən sonra iddiaçı ona qarşı iddia qaldırmışdır, iddia ərizəsində xx.xx.2020-ci ildə Masallı rayon Polis Şöbəsinə müraciət etdiyini qeyd edir, iddia müddəti ilə bağlı üç illik müddəti ötürmüşdür, İddiaçı ona qarşı pul tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmənin sorğusuna əsasən Masallı rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş araşdırma materiallarından görünür ki, İddiaçı Cavabdeh pul tələbi barədə ərizə ilə 27 yanvar 2020-ci il tarixdə Masallı rayon Polis Şöbəsinə müraciət etmiş və 05 mart 2020-ci il tarixdə mülki qaydada məhkəməyə müraciət etməsi barədə məlumatlandırılmışdır.
6. Masallı Rayon məhkəməsinin (hakim Zeynal Zeynalov) 06 iyun 2023-cü il tarixli, 2(050)-1494/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə 05 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir, bundan başqa iddiaçı tələb etdiyi 10.000 ABŞ dollarının cavabdehə verilməsi, borc olaraq verməsi barədə rəsmi sübut təqdim etməmişdir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olduğu təqdirdə isə iddia müddəti başa çatmış, iddia ərizəsi ilə məhkəməyə 05 aprel 2023-cü il tarixdə müraciət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddia müddəti keçdiyinə görə iddia təmin ed ilməməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 380.1-ci maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli və “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018c i il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını düzgün araşdırmamış, mübahisəyə borc kimi hüquqi qiymət vermişdir. Halbuki, o, qaynı Cavabdeh borc pul verməmişdir. Onların arasında olan münasibət əslində əsassız varlanmadır. Belə ki, o, cavabdehə borc pul verməmişdir, sadəcə pulu ona saxlamaq üçün vermiş, ona etibar etmişdir. Lakin cavabdeh əsassız olar aq onun hesabına varlanmışdır. Məhkəmə işə borc münasibəti kimi hüquqi qiymət vermişdir, halbuki, nə o, borc mübahisəsi açmış, nə də cavabdeh ona borc verilməsini bildirmişdir, lakin məhkəmə işə qanunsuz olaraq borc kimi qiymət vermişdir. O, əmlakını cavabdehə etibar etmişdir ki, saxlasın, onunla hər hansı müqavilə bağlamamış və ya hər hansı borc məsələsi olmamış, iş üzrə mübahisələndirilən pul onun əmlakıdır, əmlak tələblərinə də iddia müddəti tətbiq olunmur, lakin məhkəmə qanunsuz olaraq iddia müddəti tətbiq etmişdir. O sadəcə cavabdehə ailənin böyüyü kimi etibar edərək saxlaması üçün 10.000 ABŞ dolları vermişdir. Bundan sonra qaynına dəfələrlə müraciət etmişdir ki, uşaqlar məktəblidir, xərcləri çoxdur ona vermiş olduğu və banka qoyduğu pulu ona qaytarsın, lakin cavabdeh pulu qaytarmaqda n imtina etmişdir. Bundan sonra 2020-ci ilin yanvar ayının 27- də Masallıya gəlmiş, cavabdehlə söhbəti baş tutmamış, Masallı polis şöbəsinə müraciət etmiş və araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh pulu banka qoymamış, öz məsrəfləri üçün xərcləmişdir. Halbuki, o, pulu cavabdehə saxlamaq üçün vermişdir ki, gələcəkdə çətin günündə ondan alıb uşaqlarının saxlanması üçün xərcləsin. Cavabdeh ailənin böyüyü olduğu üçün ona etibar etmişdir, lakin o etibardan sui-istifadə edərək onu aldatmış və əsassız olaraq varlanmışdır. Məhkəmə qeyd olunan halları düzgün araşdırmamış, nəticədə yanlış qətnamə qəbul etmişdir. Məhkəmə iddia müddətini düzgün tətbiq etməmişdir, onunla cavabdeh arasında hər hansı borc münasibəti olmamışdır ki, 3 illik iddia müddəti tətbiq olunsun, iddia müddətinin ötməsinin hazı rkı məsələyə aidiyyəti yoxdur, məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, sübutlara cavabdehin xeyrinə qiymət verilmiş, pulun kimə məxsus olması, kimə verilməsi, hansı məqsədlə verilməsi barədə sübutlar, ümumiyyətlə, araşdırılmamışdır. Məhkəmə həmçinin düzgün maddi hüquq normasını tətbiq etməmiş, prosessual pozuntulara yol vermişdir. İşin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlər məcmusunu, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəfləri hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İş üzrə halların aydınlaşdırılmasının tamlığı tələbi məhkəmənin təkcə tərəflərin göstərdiyi halları deyil, həm də iş üçün əhəmiyyət kəsb edən digər halların araşdırılmasında əhatə edir. Məhkəmə tərəfindən pulun cavabdehə hansı məqsədlə verilməsi, cavabdehin pulu alıb-almaması sübuta yetirilməmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər– Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) 2(106)206/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Masallı Rayon məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(050)-1494/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın rədd olunması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı m ünasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh pulun məbləğinin 8.000 manata yaxın olduğunu etiraf etmiş, lakin tələbdəki məbləğin qalan hissəsinin də əsaslılığına dair isə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh, Masallı rayon Polis Şöbəsində 20 fevral 2020-ci il tarixdə izahat verməsini və onun məzmununun həqiqiliyini ümumiyyətlə mübahisələndirməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi bunu müəyyən etmədən iddia müddətini tətbiq etmişdir. Belə ki, əslində tərəflər arasında saxlama müqaviləsinin dispozisiya şərtlərinə u yğun hüquq münasibətləri yaranmış və cavabdehin iddiaçıya 8.000 manat məbləğində pulu geri qaytarmalı olması iş üzrə sübutlarla öz təsdiqini tapmışdır. İşin müəyyən edilmiş mübahisəsiz faktiki hallarına əsasən saxlama əvəzsiz həyata keçirilmiş, saxlayıcı qismində əşyanı (hazırkı halda pulu) qaytarmaq vəzifəsi daşıyan cavabdeh bunu qəsdən qaytarmadığı üçün məsuliyyəti də istisna edilmir. Onun təqsiri Masallı rayon Polis Şöbəsinə 27 yanvar 2020-ci il tarixdə verdiyi izahatında da təsdiqini tapır. Beləliklə, göründüyü kimi, iddiaçı tələbi qismən əsaslı olduğuna baxmayaraq məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya insçtansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. İddiaçı həmçinin kassasiya şikayətinə müddətin bərpası haqqında ərizə əlavə etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-206/2024 saylı qətnaməsini poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə almış və xx.xx.2024-cü il tarixdə kassasiya şikayətini sistemə daxil etmişdir. Yəni belə olan halda müddəti ötürməmişdir. Lakin qərardan görünür ki, məhkəmə müd dətin başlanmasını vəkilin elektron kabinetinə yerləşdirildiyi vaxtdan hesablanmışdır. Bəlkə iddiaçı heç həmin vəkillə müqavilə bağlamayacaqdı, bu zaman onun hüququnun məhdudlaşdırılması qanuna uyğun deyildir. İddiaçı poçt orqanından aldığı vaxtdan müddəti hesablamışdır. Buna görə də müddətin buraxılması üzrlü hesab olunaraq bərpa olunmalıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə
822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
24. Maddə
824. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicd anlılıq üçün məsuliyyət daşıyır; Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır; Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.
25. Maddə 826.1. Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüqu qu, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyə n edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməs i şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. İddiaçı kassasiya şikayətində a pellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh pulun məbləğinin 8.000 manata yaxın olduğunu etiraf etmiş, lakin tələbdəki məbləğin qalan hissəsinin də əsaslılığına dair isə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır.
41. Nəzərə alınmalıdır ki, cavabdeh, Masallı rayon Polis Şöbəsində 20 fevral 2020-ci il tarixdə izahat verməsini və onun məzmununun həqiqiliyini ümumiyyətlə mübahisələndirməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddia qismən əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi bunu müəyyən etmədən iddia müddətini tətbiq etmişdir. Belə ki, əslində tərəflər arasında saxlama müqaviləsinin dispozisiya şərtlərinə uyğun hüquq münasibətləri yaranmış və cavabdehin iddiaçıya 8.000 manat məbləğində pulu geri qaytarmalı olması mülki işə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş mübahisəsiz faktiki hallarına əsaslanaraq qeyd etmişdir ki, tərəflər arasında saxlama əvəzsi z həyata keçirilmiş, saxlayıcı qismində qeyd olunan pulu qaytarmaq vəzifəsi daşıyan cavabdeh bunu qəsdən qaytarmamaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Lakin iddiaçı, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş iddia müddətini açıq-aşkar ötürmüşdür.
44. Belə ki, iddiaçı əvvəl bu barədə 27 yanvar 2020-ci il tarixdə polis orqanına, 05 aprel 2023-cü il tarixdə isə məhkəməyə müraicət etmişdir.
45. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri tək rar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(106)-206/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.