Məhkəmə qərarları › İş №2(102)-2558/2019

Ali Məhkəmə Qərardad — İş №2(102)-2558/2019

28.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2558/2019 28.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, İddiaçı X1 -nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(010)446/2018 saylı qətnaməsi ilə (hakim G.İmanova) İddiaçı X1 -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 may 2015-ci il tarixli kredit müaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2296.70 ABŞ dolları əsas, 1501.53 ABŞ dolları faiz, 21.20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3819.43 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı X1 -nin özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9064/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Eyvazov, S.Hacıyev və F.Talışinski) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(010)-446/2018 saylı qətnaməsi qismən təmin edilmiş,qətnamə İddiaçı X1 -nin xeyrinə tutulmalı olan faizlərin məbləği 1223.64 ABŞ dolları müəyyən olunmaql a dəyişdirilmişdir. İddiaçı X1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9064/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədəqərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tər əflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Qanundan göründüyü kimi iddiaçının iddiadan imtina etməsi yazılı ərizədə aydın surətdə şərh oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası tərəfin ərizəsini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-nin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş üzrə iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar