Məhkəmə qərarları › İş №2(102)-2559/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2559/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2559/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma və istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və istifadə hüququna xitam verilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9651/2021 nömrəli, 29.10.2021-ci il tarixli qətnaməsindən ilk İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı çıxarışına əsasən iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mənzilin (mübahisəli) 4/48 hissəsi Cavabdeh1 məxsus olmuşdur.

2. Həmin sahə Cavabdeh1 ilə iddiaçının birgə nikahları dövründə, birgə vəsait hesabına əldə olunmamışdır. Həmin sahə cavabdehlərin valideynlərinə məxsus olmuş və vərəsəlik qaydasında Cavabdeh1 mül kiyyətinə keçmişdir.

3. İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 28.12.2014-cü il tarixli Bağışlama müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus mübahisəli sahəni iş üzrə iddiaçıya bağışlamışdır.

4. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı Çıxarışına əsasən iddiaçının mübahisəli yaşayış sahəsi üzrə mülkiyyət hüququ 13.01.2015-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsinə (İş № 2(004)-1338/2020) əsasən iddiaçı ilə Cavabdeh1 arasında 22.09.2011-ci il tarixdə bağlanmış nikahın pozulması, onların nikahından doğulmuş uşağın anasının yanında saxlanılması və sair məsələlər qət olunmuşdur.

6. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi binaya xidmət göstərən Mənzil İstismar Sahəsinin verdiyi “Forma 2” arayışına əsasən Cavabdeh1 2004-cü ildən, Cavabdeh2 2010-cu ildən, iddiaçı isə 2015-ci ildən mübahisəli sahədə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən mənzilin 4/48 hissəsinə cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış sahəsindən çıxarılmaları və özünün, habelə övladı 04.10.2013-cü il təvəllüdlü XXX həmin yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 22.09.2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmu ş və onlar iddia ərizəsində qeyd edilən mənzildə yaşamışlar. Mənzilin 4/48 hissəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Nikahdan bir övladları var: 04.10.2013-cü il təvəllüdlü XXX. Cavabdeh1 mənzilin mülkiyyətində olan həmin hissəsini 28.12.2014-cü il tarixdə iddiaçıya bağışlamış və iddiaçının mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13.01.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş və uşağın yetkinlik yaşına çatanadək iddiaçının yanında saxlanılması qət edilmişdir. Cavabdeh1 və onun bacısı – iş üzrə digər Cavabdeh2 2021-ci ilin yanvar ayından etibarən iddiaçını evə buraxmırlar. Bu səbəbdən də, iddiaçı, məcburiyyət qarşısı nda qalaraq övladı ilə bilikdə valideynlərinin yanında yaşayır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozurlar. Cavabdehlərin başqa yaşayış yerləri var. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16.02.2015-ci il tarixli, 32 saylı sərəncamına əsasən Cavabdeh1 4 nəfər ailə tərkibi ilə (özü, arvadı (iddiaçı), övladı, bacısı (digər cavabdeh) ümumi növbəlik siyahısına daxil edilmiş və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 31.08.2020-ci il tarixli, 142/19 saylı cavab məktubuna əsasən ünvanında “X1” MTK-nın inşa etdiyi 15 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 154 kv.m olan 3 otaqlı 22 saylı mənzil Cavabdeh1 təqdim etdiyi “Forma 2” arayışa əsasən qeydiyyatda olan 4 nəfər (özü, bacısı, həyat yoldaşı və övladı) ailə tərkib i nəzərə alınaraq verilməsi qeyd olunmuşdur. Bununla bağlı hal-hazırda məhkəmə prosesləri davam etdirilir. Bundan başqa, cavabdehlərin XXX rayonu, XXX qəsəbəsində 0,12 ha torpaq sahəsində inşa edilmiş hər bir şəraiti olan 2 mərtəbəli bağ evləri də var.

9. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli yaşayış sahəsinin onun tərəfindən iddiaçıya bağışlanması barədə onunla iddiaçı arasında bağlanmış 28.12.2014-cü il tarixli müqavilənin ləğv edilməsi, həmin sahəyə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın etibarsız hesab edilməsi, reyestrdəki əvvəlki qeydiyyatın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlərin yeganə yaşayış yeri həmin mənzildir. Mübahisəli mənzilin 4/48 hissəsi Cavabdeh1 valideynlərindən vərəsəlik qaydasında keçmişdir. Həmçinin cavabdehlər iddiaçının və uşağın həmin mənzildə yaşamasına heç bir maneçilik törətmirlər. Cavabdeh1 iddiaçı ilə nikahda olmasını, iddiaçı ilə ömür boyu birlikdə yaşayacaqlarına ümid edərək mənzilin mülkiyyətində olan hissəsini iddiaçıya bağışlamış və bununla əlaqədar olaraq 28.12.2014cü il tarixdə onların arasında “Bağışlama müqaviləsi” bağlanmışdır. Bunlara və nikahdan uşağın olmasına baxmayaraq iddiaçı xəyanət etmiş və bu səbəbdən də, nikahları Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur.

11. Göründüyü kimi, iddiaçı, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması aralarında olan nikahın ləğvinə səbəb olmuş və həm in vaxtdan etibarən iddiaçı həmin mənzilə dair cavabdehlərin istifadə hüququnun ləğv edilməsini və mənzildən çıxarılmağı tələb etməyə başlamışdır. “Bağışlama müqaviləsi” Cavabdeh1 onun bacısının – iş üzrə digər Cavabdeh2 hüquqlarını pozur və onlar üçün ağır nəticələrə səbəb olur.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 2(004)1722/2021 nömrəli 07.06.2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli sahəyə köçürülməsi, Cavabdeh1 mübahisəli sahədən istifadə hüququna xitam verilməklə çıxarılması, Cavabdeh2 isə mübahisəli sahədən istifadə hüququnun yaranmaması əsası ilə çıxarılması, ilk iddianın qalan hissəsinin və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

13. Məhkəmə Cavabdeh1 münasibətdə hesab e tmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasındakı nikah pozulduğundan onların arasında etibarlı ailə münasibətlərinə xitam verilmiş, belə olan halda Cavabdeh1 mübahisəli sahə üzərindəki istifadə hüququna da xitam verilməlidir. Cavabdeh1 başqa yaşayış yeri olduğundan onun müəyyən müddət ərzində mübahisəli yaşayış sahəsindən istifadə hüququ saxlanılmamalı və o, həmin sahədən çıxarılmalıdır.

14. Məhkəmə Cavabdeh2 münasibətdə isə hesab etmişdir ki, Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququnun yaranmamışdır. Belə ki, yaşayış sahəsi Cavabdeh1 tərəfindən iddiaçıya bağışlanarkən sahədən istifadə etmək hüququ olmuş Cavabdeh2 notariat orqanına ərizə verərək buna etiraz etmədiyini bildirmiş, “Bağışlama müqaviləsi” bağlandıqdan sonra isə sahənin yeni mülkiyyətçisi olmuş iddiaç ı ilə Cavabdeh2 arasında, sonuncunun sahədən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada müqavilə bağlanmamışdır. Bunlar və Cavabdeh2 (baldız) ilə iddiaçı (gəlin) arasında etibarlı ailə münasibətlərinin olmaması nəzərə alındıqda müəyyən edilir ki, mübahisəli sahə iddiaçının mülkiyyətinə keçdikdən sonra Cavabdeh2 həmin sahəyə dair istifadə hüququnu itirmişdir. Belə olan halda Cavabdeh2 qarşı irəli sürülmüş “istifadə hüququnun itirilməsi barədə” tələb təmin edilə bilməz, lakin “sahədən çıxarılma barədə” tələb təmin edilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətlərinə xitam verildiyindən sonuncunun həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-803/2021 saylı 25.01.2021-ci il tarixli qətnaməsindən cavabdehin istifadəsində başqa mənzilin - ünvanında «X1» MTK-nın inşa etdiyi 15 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 154 kv.m olan 3 otaqlı 22 saylı mənzilin olması müəyyən edildiyindən ona hazırki mübahisənin predmeti olan mənzildən müəyyən müddəti istifadə hüququ verilmədən o həmin mənzildən çıxarılmalıdır.

16. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasındakı nikah pozulduğundan onların arasında etibarlı ailə münasibətlərinə xitam verilmiş, belə olan halda Cavabdeh1 mübahisəli sahə üzərindəki istifadə hüququna da xitam verilməlidir. Cavabdeh1 başqa yaşayış yeri olduğundan onun müəyyən müddət ərzində mübahisəli yaşayış sahəsindən istifadə hüququ saxlanılmamalı və o, həmin sahədən çıxar ılmalıdır.

17. Əlavə olaraq, mübahisəli mənzilin bağışlanmasına dair notariat işinin surətinə əsasən mənzil bağışlanan anda Cavabdeh2 həmin mənzilə istifadə hüququ olmuş və mənzilin iddiaçı bağışlanmasına etiraz etməməsinə dair notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir. Mənzil üzərində iddiaçı mülkiyyət hüquqları qeydə alındıqdan sonra onunla Cavabdeh2 arasında mənzildən istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmamışdır.

18. Yəni Cavabdeh2 həmin mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə tələb təmin edilə bilməz.

19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, Mülki Məcəlləsinin 27, 152, 157, 228, 375, 377, 673-ci maddələrinə isti nad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər.

21. Hər iki apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

22. Qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmış Cavabdeh1 apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasındakı nikah pozulsa da, etibarlı ailə münasibətlərinə xitam verilməsi əsası ilə Cavabdeh1 mübahisəli sahə üzərindəki istifadə hüququna da xitam verilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Çünki Cavabdeh1 mübahisəli sahə üzərindəki istifadə hüququ həmin sahə hələ onun mülkiyyətdə olduğu dövrdə yaranmışdır.

23. Cavabdeh2 apellyasiya şikayətində isə əlavə olaraq göstərilmişdir ki, onun mübahisəli sahədən istifadə hüququ var və onun mübahisəli sahədən istifadə hüququnun yaranmaması əsası ilə sahədən çıxarılması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 2(103)-9651/2021 nömrəli, 29.10.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilkin iddianın “cavabdehlərin mübahisəli sahədən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları” hissəsinin həl l edilməsi hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü ilkin iddianın təmin edilməməsi qət edilmişdir, qətnamənin qalan hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır.

25. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsaslanır və bildirir ki, iddiaçı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənə, yəni ona qarşı kobudcasına pozmuş, aralarında bağlanmış nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı dey il, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Belə ki, müqavilə şərtlə bağlanmamış, iddiaçının üzərinə heç bir öhdəlik qoyulmamışdır.

27. Bundan başqa, hazırki iş üzrə bağışlamadan imtina tələbləri üzrə qanunla müəyyən edilmiş bir illik müddət buraxılmışdır.

28. Qarşılıqlı iddianın digər hissəsi “iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın etibarsız hesab edilməsi barədədir”.

29. Məhkəmə qarşılıqlı iddianın “iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə bağlı hesab etmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış “Bağışlama müqaviləsinin” ləğv edilməsi üçün əsaslar olmadığından qəbul edilməlidir ki, müzakirə edilən bu tələb də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur.

30. Mübahisəli yaşayış sahəsi cavabdehlərin istifadə hüququ ilə yüklü qaydada iddiaçının mülkiyyətində keçmiş və bu hüquq hazırda da, mövcuddur. Göstərilən əsasla cavabdehlərin istifadə hüquqlarının itirilməsi və bunun nəticəsində onların mübahisəli sahədən çıxarılması qeyri-mümkündür.

31. Həmçinin Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin istifadəsində başqa mənzilin olması onların mübahisəli yaşayış sahəsindən çıxarılmaları üçün əsas ola bilməz. Çünki cavabdehlər yuxarıda qeyd edilən “Bağışlama müqaviləsi” bağlanmazdan əvvəl də mənzildə yaşamışlar və hazırda da orada yaşayırlar. Onların yaşamaq hüququ hazırki mənzil hesabına təmin olunur. Cavabdehlərin uzun müddət yaşadığı mənzildən istifadələrində başqa bir mə nzilin və ya bağ evinin olması əsası ilə çıxarılması mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipini pozur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ilkin iddia hissəsində ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsini xahiş etmişdir.

33. İddiaçı kassasiya şikayətini Mənzil Məcəlləsinin 30.4, AR MM-nin 27, 152, 157, 228, MPM-nin 14.1, 77.1, 88, 217, 418, maddələrinə istinad edərək əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətlərinə xitam verildiyindən sonuncunun həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən cavabdehin istifadəsində başqa mənzilin olması müəyyən edilmişdir, bu səbəbdən cavabdehə hazırk i mübahisənin predmeti olan mənzildən müəyyən müddətə istifadə hüququ verilmədən mənzildən çıxarılmalıdır. Həmçinin mənzil bağışlanan anda Cavabdeh2 həmin mənzilə istifadə hüququ olmuşdur və mənzilin iddiaçıya bağışlanmasına etiraz etməməsinə dair notariat qaydasında təsdiq edilmiş ərizə mövcüddur. Yəni Cavabdeh2 həmin mənzildən çıxarılmalıdır.

34. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayətini AR MM-nin 672, 673, MPM-nin 14.1, 77.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır ki, məhkəmə işin hallarını dəqiq araşdırmamışdır. Cavabdehin qaynatası onu aldadaraq guya işlədiyi müəssisədə rəhbər şəxslə danışdığını, evi keçmiş həyat yoldaş ının adına keçirsə, cavabdehə mənzil bağışlanacağını bildirmişdir. Cavabdeh1 aldanıb evi iddiaçı adına keçirtmişdir. Daha sonra məlum olub ki, qaynatası və keçmiş həyat yoldaşı cavabdehə məxsus mənzilləri ələ keçirtmək üçün etibarından süi-istifadə edərək onu aldadıblar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

37. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

38. Maddə 27.2. 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır.

39. Maddə 228.2. Yaşayış binası nın tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

40. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

41. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndir ilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

42. Maddə 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

43. Maddə 673.1.3. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

44. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.

45. Maddə 673.4. Bağışlamaqda n imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

46. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

47. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçi sinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

48. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.4. kassasiya nistansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

59. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətlərində qətnamənin təmin olunmayan hissələri mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi ilk iddianın təmin olunmayan hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün həmin hissədə gəldiyi nəticə qanuni hesab oluna bilməz.

63. İşdə iki iddia tələbi-ilk və qarşılıqlı iddia tələbi var.

64. İlk iddia mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən mənzilin 4/48 hissəsinə cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış sahəsindən çıxarılmaları və özünün, habelə övladı 04.10.2013-cü il təvəllüdlü XXX həmin yaşayış sahəsinə köçürülməsi barədə, qarşılıqlı iddia isə, mübahisəli yaşayış sahəsinin onun tərəfindən iddiaçıya bağışlanması barədə onunla iddiaçı arasında bağlanmış 28.12.2014-cü il tarixli müqavilənin ləğv edilməsi, həmin sahəyə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın etib arsız hesab edilməsi, əvvəlki qeydiyyatın bərpa olunması barədədir.

65. Apelyasiya məhkəməsinin qətnaməsi ilə ilk iddianın mənzilə köçürmə hissəsində təmin edilmiş, qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia hissəsində təmin edilməmişdir.

66. Qətnamədən hər iki tərəf kassasiya şikayəti verdiyindən və qarşılıqlı tələblər qətnamənin bütövlükdə yoxlanmasını şərtldəndirdiyindən kollegiya qətnaməni bütövlükdə yoxlayır.

67. Məhkəmə kollegiyası qətnaməni ilk növbədə qarşılıqlı iddia tələbi ilə bağlı hissədə yoxlamağı zəruri hesab edir. Çünki həmin iddianın təmin olunması ilk iddianın tamamilə və ya qismən təmin olunmasını aradan qaldırır.

68. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlərin yeganə yaşayış yeri həmin mənzildir. Mübahisəli mənzilin 4/48 hissəsi Cavab deh1 valideynlərindən vərəsəlik qaydasında keçmişdir. Cavabdeh1 iddiaçı ilə nikahda olmasını, iddiaçı ilə ömür boyu birlikdə yaşayacaqlarına ümid edərək mənzilin mülkiyyətində olan hissəsini iddiaçıya bağışlamış və bununla əlaqədar olaraq 28.12.2014-cü il tarixdə onların arasında “Bağışlama müqaviləsi” bağlanmışdır. Bunlara və nikahdan uşağın olmasına baxmayaraq iddiaçı xəyanət etmiş və bu səbəbdən də, nikahları Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İddiaçı, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması aralarında olan nikahın ləğvinə səbəb olmuş və həmin vaxtdan etibarən iddiaçı həmin mənzilə dair cavabdehlərin istifadə hüququnun ləğv edilməsini və mənzildən çıxarılmağı tələb etməyə başlamışdır. “Bağışlama müqaviləsi” Cavabdeh 1, onun bacısının – iş üzrə digər Cavabdeh2 hüquqlarını pozur və onlar üçün ağır nəticələrə səbəb olur.

69. Məhkəmələrin bağışmanın ləğv edilməsi və əvvəlki qeydin bərpa olunması tələbi ilə bağlı gəldikləri nəticə qanuni və əsaslı olmuşdur. Haqlı olaraq hesab etmişlər ki, əvvəla, 28.12.2014-cü il tarixdə baş tutmuş bağışlama müqaviləsi heç bir şərtlə baş tutan əqd olmamışdır. Həmin müqavilənin bağlanmasından uzun müddət keçmiş və bağışlamadan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində qüvvədədir.

70. Kollegiya, qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu təsdiq edir.

71. Nə qədər ki, bağışlama müqaviləsinin ləğvi iddiası təmin olunmadan qalır, deməli, mübahisəli mənzilin mövcud hüquqi rejimin ə uyğun olaraq ilk iddia tələbinə qiymət verilməlidir.

72. İddiaçı 13.01.2015-ci il tarixdən mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlər keçmiş ər və keçmiş baldızdır. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları olmuşdur. Lakin, mənzil bağışlanarkən Cavabdeh2 mənzilin iddiaçı bağışlanmasına etiraz etməməsinə dair notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir. Mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra mənzildən istifadə ilə bağlı mülkiyyətçi ilə cavabdehlər arasında notariatda təsdiq edilmiş müqavilə bağlanmamışdır. İddiaçının ərinin ailə münasibətlərinə uyğun olaraq mənzildən istifadə istifadə hüququ davam etmişdir.

73. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur.

74. Nikah pozulduqdan sonra mənzillə bağlı hazırkı mübahisə başlamış və Cavabdeh1 istifadə hüququnun Mənzil Məcəlləsinə uyğun olaraq saxlanıbsaxlanmamasına hüquqi qiymət verilməsi zərurəti yaranmışdır.

75. Apelyasiya Məhkəməsi hesab etmişdir ki, cavabdehlərin istifadəsində başqa mənzilin olması onların mübahisəli yaşayış sahəsindən çıxarılmaları üçün əsas ola bilməz. Çünki cavabdehlər yuxarıda qeyd edilən “Bağışlama müqaviləsi” bağlanmazdan əvvəl də mənzildə yaşamışlar və hazırda da orada yaşayırlar. Onların yaşamaq hüququ hazırki mənzil hesabına təmin olunur. Cavabdehlərin uzun müddət yaşadığı mənzildən istifadələrində başqa bir mənzilin və ya bağ evinin olması əsası ilə çıxarılması mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipini pozur.

76. Apelyasiya məhkəməsinin gəldiyi qənaət maddi hüquq normaları ilə əsaslandırılmamışdır.

77. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir(&40-41).

78. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən m üəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər(&50-51).

79. Göründüyü kimi yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququna xitam verilmiş, digər Cavabdeh1 isə bir neçə yaşayış yeri olduğu üçün onun mənzilə istifadə hüququnun müvəqqəti saxlanması məsələsini müzakirə etməyə zərurət aradan qalxmışdır.

80. Beləki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16.02.2015-ci il tarixli, 32 saylı sərəncamına əsasən Cavabdeh1 4 nəfər ailə tərkibi ilə (özü, arvadı (iddiaçı), övladı, bacısı (digər cavabdeh) ümumi növbəlik siyahısına daxil edilmiş və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 31.08.2020-ci il tarixli, 142/19 saylı cavab məktubuna əsasən ünvanında “X1” MTK -nın inşa etdiyi 15 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 154 kv.m olan 3 otaqlı 22 saylı mənzil Cavabdeh1 verilmişdir. Bundan başqa, cavabdehlərin XXX rayonu, XXX qəsəbəsində 0,12 ha torpaq sahəsində inşa edilmiş hər bir şəraiti olan 2 mərtəbəli bağ evləri də var.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ilk iddianın təmin olunmayan hissəsində ləğv olunaraq iddia tələbi həmin hissədə də təmin olunmalıdır.

82. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9651/2021 nö mrəli, 29.10.2021-ci il tarixli qətnaməsi ilkin iddianın “cavabdehlərin mübahisəli sahədən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları” hissəsinin həll edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə ilk iddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzilin 4/48 hissəsinə cavabdehlərin istifadə hüquqlarına xitam verilmiş hesab olunmaqla həmin yaşayış sahəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar