Məhkəmə qərarları › İş №2(102)-256/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-256/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-256/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakı ilə, Cavabdeh1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)241/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sabirabad rayon məhkəməsinin (hakim Təyyar Abbaslı) xx xxx 2017-ci il tarixli 2(056)1490/2017 saylı qətnam əsi ilə iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bərabər qaydada ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 17297,06 ABŞ dollarıəsas kredit borcu, 3908,07 ABŞ dolları faiz borcu, 780 ABŞ dolları penya olmaqla,cəmi 21985 ABŞ dolları 13 sent məbləğində kredit borcunun tutularaq iddiaçı «xxxx» QSC-yə verilməsi, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsu mu və 21 manat xidmət haqqının cavabdehlərdən alınıb iddiaçı «xxxx» QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində 24 nömrəli 3 mərtəbəli binada yerləşən 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mənzildən çıxarılmaqla mənzil boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Zəki Babayev) xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edil miş, Sabirabad rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilməklə ipoteka predmeti olan Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində 24 nömrəli, 3 mərtəbəli binada yerləşən10 nömrəli mənzilin ilkin satış qiyməti28000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Müstəqil qiymətləndirmə xidmətinin dəyəri olan 150 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq «xxxx» MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı «xxxx» ASC-nin iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 «xxxx» QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 37L000000953 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət a yrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 sonuncunun «xxxx» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 37R000003380 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci tarixli 37R000003380S saylı sazişə əsasən xx.xx.2014-cü il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə edilmiş xx.xx.2015-ci il tarixli yeni ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 kreditorla bağladığı xx.xx.2013-cü il tarixli 37M000000057 saylı ipoteka müqaviləsi (Şirvan şəhəri 1 saylı dövlət notariat kontorunun dövlət notariusu D.F.Kərimov tərəfindən təsdiq edilmişdir) əsasında Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində 24 nömrəli 3 mərtəbəli binada yerləşən mülkiyyətində olan 10 nömrəli mənzilini kreditorun xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyesteri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışına əsasən Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində 24 nömrəli 3 mərtəbəli binada yerləşən Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.İpoteka saxlayan «xxxx » QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və bildiriş xx.xx.2017-ci il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2017-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə qeydə alınmışdır. «xxxx» QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınmas ı üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə kreditorla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqaviləsinin 1.1-ci bəndinə əsasən zaminlər kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh1 müqavilədən irəli gələn öhdəliklərini icra etməmiş və nəticədə onun kreditora 17297,06 ABŞ dollarıəsas kredit borcu, 3908,07 ABŞ dolları faiz borcu, 7788,65 ABŞ dolları cərimə olmaqla,cəmi 28993,78 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehə yazılı şəkildə bildiriş göndərilmiş və 3 gün müddətinə öhdəliklərin icra olunmaması halında məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Həmçinin hesablanmış borc ş işirdilmiş, məhkəmə bu hallarla əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavadeh Cavabdeh1 kassasiya şikayəti vermişdir. Ona görə də, qətnamə yalnız onu kassasiya şikay ətinə əsasən mübahisələndirilən hissədə kassasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanmış müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kreditor «xxxx» QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il ta rixli 37R000003380 saylı kredit razılaşmasından görünür ki, xx.xx.2013-cü il tarixli 37L000000953 saylı kredit xətti müqaviləsiüzrə boraclana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. «Kreditin verilməsi (nəğd)» sənədindən görünür ki, xx.xx.2014-cü il tarixdə gündüz saat 17:15 radələrində AZE05887465 nömrəli şəxsiyyət vəsiqəsi nin sahibi Cavabdeh1 **********000208.15 nömrəli İBAN, AZ18ACAB00**********00020815 nömrəsinə «xxxx» QSC tərəfindən 30000 ABŞ dolları məbləğində pul verilmişdir. xx.xx.2015-ci il tarixli 37R000003380 saylı ödəniş planından görünür ki, borclu bütün borcunu 24 ay müddətinə aylıq ödəniş 1576,20 ABŞ dolları olmaqla ödəməlidir. xx.xx.2015-ci tarixli 37R000003380S saylı Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 37R000003380 saylı ödəniş planı, yeni ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh1 17297,06 ABŞ dollarıəsas kredit borcu, 3908,07 ABŞ dolları faiz borcu, 7788,65 ABŞ dolları penya olmaqla,cəmi 28993,78 ABŞ dolları borcu vardır. xx.xx.2013-cü il tarixli 37M000000057 saylı ipoteka müqaviləsindən görünür ki, (Şirvan şəhəri 1 saylı dövlət notariat kontorunun dövlət notariusu D.F.Kərimov tərəfindən təsdiq edilmişdir) Şirvan şəhəri H.Ə.Əliyev küçəsində 24 nömrəli 3 mərtəbəli binada yerləşən mülkiyyətində olan 10 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyesteri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2013-ci il tarixdə verilmiş 27 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışından görünür ki, Şirvan şəhəri H.Ə.Əliyev küçəsində 24 nömrəli 3 mərtəbəli binada yerləşən mülkiyyətində olan 10 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır Şirvan şəhər İcra hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 893 saylı arayışdan görünür ki, Cavabdeh1 Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində 24 nömrəli 3 mərtəbəli binada yerləşən 10 nömrəli mənzildə qeydiyyatdadır. Bundan əlavə həmin mənzildə Cavabdeh7, X6, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatdadırlar. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, borcalan Cavabdeh1 xx.xx.2014-cü il tarixli 37R000003380 saylıkredit razılaşmasının tələbinə görə kreditor “xxxx” QSC-dən müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquq larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə b orcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər apellyasiya şikayəti verərək ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişlər. «İpoteka Haqqı nda» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsin əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(106)-2828/2018 saylı qərardadı ilə apellyasiya şikayətinin dəlillərinə müvafiq olaraq müstəqil qiymətləndirici təyin edilmişdir. Müstəqil qiymətləndirici «xxxx» MMC-nin xx xxxx 2018-ci il tarixli 0588/18/AB qiymətləndirmə rəyində Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində 24 nömrəli, 3 mərtəbəli binada yerləşən10 nömrəli mənzilin ilkin satış qiymətinin 28000 manat təşkil etdiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi mötəbər sübut kimi q əbul edərək ipoteka predmetinin ilkin satış qiymətini rəyə uyğun olaraq 28000 manat müəyyən etmişdir. Hazırda Cavabdeh1 verdiyi kassasiya şikayətində yenə də, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini qeyd etmişdir. Lakin cavabdeh kassasiya şikayətinin əsası kimi istinad etdiyi halı əsaslandırmamış, əmlakın real bazar qiymətinin əslində rəydə göstərilən qiymətdə deyil, hansı qiymətdə olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavab deh kassasiya şikayətində həmçinin məhkəmənin onlardan tutulmalı olan məbəğin düzgün müəyyən edilmədiyini, borcun şişirdildiyini qeyd etmişdir. Lakin cavabdeh bu etirazını da əsaslandıracaq sübutlar təqdim etməmiş, formal mülahizələrə əsaslanaraq borcun düzgün hesablanmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən Cavabdeh1 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-241/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar