Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2560/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı Əlövsət oğlunun və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı Əlövsət oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-xx/18)İddia çı Əlövsət oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 Hüseynağa oğluna qarşı «pulun tutulması, borcun avtomobilə yönəldilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı Əlövsət oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov-sədrlik edən və məruzəçi, S.Hacıyev və F.Talışinski, iş № 2(103)xx/18) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Nərimanov Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etm işdir. İşin halları: İddiaçı Əlövsət oğlu cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 Hüseynağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7600 manatın və 2100 ABŞ dollarının, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi, tutmanın Cavabdeh2 məxsus 2008-ci il buraxılışlı, **-xx-*** dövlət qeydiyyat nişanlı, «XXXXXX» markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş puldan 7600 manatın və 2100 ABŞ dollarının, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, qalan pulun Cavabdeh2 Hüseynağa oğluna verilməsi, avtomobilin satılmasından əldə olunmuş vəsait iddia tələbini tam ödəmədikdə qalan pulun "xxxx" ASC-dən alınıb ona verilməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı Əlövsət oğlu və vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutara q gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı və vəkili E.Süleymanlının izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakı ları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi işinfaktikihallarınaəsasənmüəyyən etmişdir ki, mübahisəli 2008-ci il buraxılışlı, «XXXXXX» markalı, **-xx-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Həmin avtomobil etibarnamə əsasında İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, iddiaçı bir müddət həmin avtomobili idarə etmiş və zamin kimi "xxxx" ASC-yə əsas borclu Cavabdeh2 əvəzindən 7546 manatpulvəsaitiödəmişdir. İddiaçı hgazırkı iş üzrə iddia ərizəsində cavabdeh banka ödədiyi 7600 manat pulu və 2100 ABŞ dollarını tələb etmişdir. Lakin iddiaçı 2100 ABŞdollarıpulu "xxxx" ASC-yə ödənilməsiiləbağlıməhkəməyəhərhansımötəbərsübuttəqdimedəbilməmişdir. Eynizamanda, işdəolankassaməxadilqəbzlərindəngörünürki, iddiaçızaminkimiəsasborclu Cavabdeh2 kreditöhdəlikləriüz rəbanka 7546 manat pulvəsaitiödəmişdir. İddiaçıaldadıldığını, həminpulvəsaitinizaminkimideyil, avtomobilindəyərikimiödədiyini, zaminlikmüqaviləsindənməlumatınınolmamasınıbildirsədə, tələbininəsasıkimiistinadetdiyihallarıəsaslandıravəsübutedəbilməmişdir. Həmçinin, iddiaçızaminlikmüqaviləsindəolanimzanınonaməxsusolmasınıtəsdiqetmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçızaminkimi "xxxx" ASCyə ödədiyi 7546 manat pulvəsaitiniməhzsonuncudan (bankdan) tələbetməkdəhaqlıolmamışdır (tələbhüququmövcuddeyildir). Həmçinin, qeydedilməlidirki, MülkiMəcəllənin475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Göründüyü kimi, qanunver ici öhdəliyi icra etmiş zaminin hüquqlarını müəyyən etmişdir ki, hazırkı vəziyyətdə də, iddiaçı (zamin) əsas borcluya qarşı qeyd edilən maddi hüquq normasının dizpozitiv şərtlərindən irəli gələn tələb (iddia) irəli sürməmişdir. Beləolanhaldaisə apellyasiya instansiyası məhkəməsitələbdənkənaraçıxmağı və qeydedilənməsələyəhüquqiqiymətverməyizərurihesabetməmiş, lakin qeyd etmişdir ki, iddiaçımüvafiqtələbhüququnuözündəsaxlayır. İddiacavabdeh "xxxx" ASC-yəqarşıəsassızolduğundan, qalanhissədədə (borcun Cavabdeh2 Hüseynağa oğluna məxsus avtomobilə yönəldilməsi) təminolunabilməz. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbininqanuniəsaslarımövcud deyildir və birinci instansiya məhkəməsi id danı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı et irazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əm əl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Əlövsət oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild
Məhkəmə qərarları › İş №2(102)-2560/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2560/2019
16.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver