Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2561/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiаçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiаçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1367/2018 nömrəli iş üzrə 11 iyul 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri ü zrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Şahin Abdullayev) 2(006)-10597/2016 saylı, 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada QSC «Bank Standard» Kommersiya Bankının xeyrinə 25.09.2014-cü il tarixli, 160/00/211/14 saylı kredit müqaviləsi üzrə 25.07.2016-cı il tarixə yaranmış 58698,84 manat əsas borc, 1356,83 manat faiz borcu və 64,33 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 və bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat, cəmi 60181 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 6 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, həmin m ənzil ilkin satış qiymətinin 150000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılması, mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzrə Cavabdeh3 mənzildən çıxarılaraq mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Fuad Talışinski) 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qətnaməsi borcunun tutulması tələbinin təmin edilm iş hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada QSC «Bank Standard» Kommersiya Bankının xeyrinə 25.09.2014-cü il tarixli, 160/00/211/14 saylı kredit müqaviləsi üzrə 50250,77 manat məbləğində əsas borc tutulması qət edilmiş, iddia tələbi faiz borcunun tutulması hissəsində rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankı cavabdehər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı QSC «xxxx» KB ilə Cavabdeh1 arasında bağl anmış 25 sentyabr 2014cü il tarixli 160/00/211/14 saylı müqavilə üzrə 58698,84 manat əsas borc, 1356,83 manat faiz borcu, 578,55 manat cərimə borcu, ümumilikdə isə 60634,22 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulması; ipoteka predmetinin ilkin satış qiymətinin 150000 manat məbləğində müəyyən edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 6 saylı evin 1 saylı mənzilinə yönəldilməsinə və mənzilin açıq hərracdan satılması; Mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabd eh2 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların yaşayış evindən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında 25 sentyabr 2014cü il tarixdə tarixdə kredit verilməsi haqqında 160/00/211/14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə üzrə ona illik 18 faiz olmaqla, 36 ay müddətinə 80000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 37,5 kvadrat metr ümumi, 23,9 kvadrat metr yaşayış, 13,6 kvadrat metr yardımçı sahəsindən ibarət olan 2 otaqlı 1 saylı mənzili 25 sentyabr 2014-cü il tarixli 160/00/211/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan başqa, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 və Cavabdeh4 arasında 25 sentyabr 2014-cü il tarixdə 160/00/211/14 və 160/00/211/14-1 saylı zaminlik müqavilələri bağlanmış, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin borclu şəxs, hazırki iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 25 sentyabr 2014-cü il tarixli 160/00/211/14 saylı kredit müqaviləsi üzrə onun 25 iyul 2016-cı il tarixə Banka 58698,84 manat əsas borc, 1356,83 manat faiz borcu, 578,55 manat cə rimə borcu, ümumilikdə isə 60634,22 manat məbləğində borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiаçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə ekspertiza rəyini sübut kimi qəbul etməkdə düzgün nəticəyə gəlməmişdir. Ekspert rəyi kifayət qədər aydın deyil, əsaslandırılmamışdır. Rəy verilərkən maliyyə arayışları nəzərə alınmamışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə borcu düzgün hesablanmamasını araşdırmamışdır. Təkrar ekspertizanın keçirilməsi barədə vəsatətini məhkəmə əsassız olaraq təmin etməmişdir. Tərəflərin izahatları: İddiаçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin, Cavabdeh1 və onun vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, QSC «xxxx» KB ilə Cavab deh1 arasında bağlanmış 25.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən «xxxx»a 36 ay müddətinə, illik 18%-lə 80000 manat məbləğində kredit verilmişdir. QSC «xxxx» KB ilə ipoteka qoyan Cavabdeh2 və borclu Cavabdeh1 arasında bağlanmış 160/00/211/14 saylı 25.09.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan bankla borclu arasında bağlanılmış 25.09.2014-cü il tarixli, 160/00/211/14 saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 6 saylı evin 1 saylı mənzili bank qarşısında yüklü etmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 150000 manat müəyyən edilmişdir; «xxxx» QSC ilə zaminlər Cavabdeh4 və Cavabdeh3 arasında bağlanılmış 25 sentyabr 2014-cü il tarixli zaminlik mü qavilələrinə əsasən zaminlər xxxx Cavabdeh1 «Kreditor» qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı müqavilə şərtlərinə əməl edərək krediti xxxxa vermiş, lakin Cavabdeh1 müqavilə şərtlərinə əməl etməyərək borcu vaxtından ödəməmiş, bununla da banka borcu yaranmışdır. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. «xxxx» QSC tərəfindən təqdim edilmiş arayışda Cavabdeh1 25.09.2014-cü il tarixli, 160/00/211/14 saylı kredit müqaviləsi üzrə 25.07.2016-cı il tarixə 58698,84 manat əsas kredit borcu, 1356,83 manat faiz borcu, 578,55 manat cərimə borcu və cəmi 60634,22 manat borcu olduğu göstərilmişdir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Məhkəmə əsas və fai z borcunu maliyyə arayışında göstərilən həddə təmin etmiş, cərimə borcunu isə 64,33 manat azaltmışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək borcun düzgün hesablanmadığını qeyd etmişdir. Qətnamənin tələbin ipoteka predmetinə yönəltmə hissəsi mübahisələndirilməmişdir. Həmçinin digər cavabdehlər zaminlər və ipoteka qoyan da qətnamədən apellyasiya şikayəti verməmişlər. Cavabdeh borcun düzgün hesablanmadığını mübahisləndirdiyindən apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlilini araşdırmaq üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini qərara almışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2018-ci il tarixli 17635 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və 25 sentyabr 2014-cü il tarixli, 160/00/211/14 sayls kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 05 dekabr 2016-cı il tarixinə “xxxx” QSC-yə olan borcu 53250,77 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 53250,77 manat və faiz borcu üzrə 0,00 manat. Rəydə həmçinin göstərilmişdir ki, bank tərəfindən 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı xxxxa qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Həmçinin hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatları və ödəniş qəbzlərindən göründüyü kimi, Cavabdeh1 tərəfindən 30.12.2016-cı il tarixdən 28.02.2017-cı il tarixədək 3000 manat məbləğində ödənişlər edilmişdir. Lakin banka olan borc məbləği 05.12.2016-cı il tarixə hesablandığından 3000 manat məbləğində ödənişlər nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək rəydə göstərilənləri nəzərə almış və 53250,77 manat əsas borcdan cavabdehin ödədiyi 3000 manat məbləği çıxaraq 50250,77 manat məbləğində pulun cavabdehdən tutulmasını qət etmişdir. Qətnamədən iddiaçı bank və Cavabdeh1 verdikləri hər iki kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, ekspert rəyi aydın deyil, borc düzgün hesablanmayıb. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, ekspertiza rəyindən görünür ki, rəy kifayət qədər aydın olımaqla əsaslandırılmışdır. Rəyə kredit müqaviləsi üzrə 25.10.2014-cü il tarixdən 05.12.2016-cı il tarixədək borcun məbləği, edilmiş ödə nişlər və yaranmış borclar barəsində cədvəl tərtib edilərək əlavə edilmiş, həmin cədvəldə hansı tarixlərdə və hansı məbləğlərdə ödənişlər edilməsi əksini tapmışdır. Tədqiqat aparılarkən ekspert hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və kredit müqaviləsinin şərtlərini nəzərə almışdır. Göründüyü kimi rəy kifayət qədər ayın olmaqla əsaslandırılmış, kassasiya şikayətlərində göstərilən hallar öz təsdiqini tapmır. İddiaçı rəy verilərkən maliyyə arayışlarının nəzərə alınmadığını qeyd etmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bank tərəfindən təqdim edilmiş maliyyə arayışı borcun müyyən edilməsi üçün mötəbər sübut deyildir. Maliyyə arayışında borcun hansı qaydada hesablanması öz əksini tapmamışdır. Cavabdeh isə ödədiyi məbləğlərin nəzərə alımadığını qeyd etmiş, təkrar ekspertiza keçi rilməsi barədə vəsatətinin təmin edilmədiyini qeyd etmişdir. Lakin rəydən görünür ki, tədqiqat aparılarkən ekspert hesabdan çıxarış məlumatlarını və ödəniş qəbzlərini nəzərə almışdır. Həmçinin bu barədə sual qoyulmasına baxmayaraq ekspert haqlı olaraq 3000 manat pulun ödənilməsi barədə mülahizəsini də rəyə əlavə etmişdir. Cavabdeh göstərilən məbləğdən artıq ödəməsi barədə hər hansı bir sübut təqdim etməmiş, həmçin iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün prosessual əsasslar olmamışdır. Belə ki, MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiаçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1367/2018 nömrəli iş üzrə 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2561/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2561/2019
18.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver