Məhkəmə qərarları › İş №2(102)-2562/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2562/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2562/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, nümayəndəsi X1, Cavabdeh2, vəkilləri Ukalayev İlkin Ramazan oğlunun, Mirzəfərova Könül Murtuz qızının, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)14119/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx.xx.2019-cu il tarixli, 2(008)-4731/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “çıxarışın, orderin, bağışlama müqaviləsinin, plan ölçünün etibarsız hesab edilməsi və bağ sahəsinin qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 4813A saylı bağ sahəsinə dair Cavabdeh2 tərəfindən saxtalaşdırılmış orderin, həmin orderə əsasən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın, qeydiyyat vəsiqəsinin, torpaq sahəsinin plan və ölçüsünün, bağışlama müqaviləsinin, Cavabdeh3 a dına olan reyestrdən çıxarışın, qeydiyyat vəsiqəsinin, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, cavabdehlərin qanunsuz istifadəsində olan 0.10 ha torpaq sahəsinin və Cavabdeh4 qanunsuz istifadəsində olan 0.02 ha torpaq sahəsinin boşaldılaraq İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(103)-14119/2019 nömrəli qətnaməsi ilə cavabdeh X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-4731/2019 saylı qətnaməsinin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “çıxarışın, orderin, bağışlama müqaviləsinin, plan ölçünün etibarsız hesab edilməsi və bağ sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 onun Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 4813A saylı bağ sahəsinə dair saxta düzəltdiyi orderin, ona əsasən verilmiş reyestrdən çıxarışın, qeydiyyat vəsiqəsinin, plan ölçüsünün və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına olan reyestrdən çıxarışın, qeydiyyat vəsiqəsinin, plan ölçüsünün etibarsız hesab edilməsi və cavabdehin qanunsuz istifadəsində olan 0.10 ha torpaq sahəsinin boşaldılaraq ona qa ytarılması, Cavabdeh4 qanunsuz istifadəsində olan ona məxsus 0.02 ha torpaq sahəsinin boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili Ukalayev İlkin Ramazan oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, işin faktiki hallarını araşdırmayan apelyasiya instansiyası məhkəməsi Sabunçu Rayon Məhkəməsinin 1(008)-321/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə istinad etsə də, bu hökm iş üzrə sübut deyildir. İş üzrə cavabdeh tərəfindən iddianı təkzib etməyə əsas verən kifayət qədər sənədlər vardır ki, məhkəmə həmin sənədləri araşdırmamış və qiymət verməmişdir. Belə ki, məhkəmə 68 nömrəli BTK-nin tərkibində olan 4813a saylı bağ sahəsinin İddiaçı adına keçirilməsi barədə X2 ərizəsinin tam saxta olmasını araşdırmamışdır. Sabunçu RPİnin İstintaq şöbəsinin müstəntiqi X5 icraatında olan ********* nömrəli cinayət işinin materiallarını araşdırarkən müəyyən etmişdir ki, Tamara Xəlilova bağ sahəsinin nəvəsi İddiaçı adına keçirilməsinə dair ərizəni xx.xx.1990-cı ildə yazması həqiqət deyil. Çünki cavabdeh M.X12 heç bir ərizə təqdim etməmişdir. Tamaranın ərinin təqdim etdiyi Tamaranın kooperativin üzvlüyündən çıxması barədə ərizəsi isə xx.xx.1992-ci ildə yazılmışdır. İddiaçı iddiasında guya cavabdehin ərizəni saxtalaşdırmasını bildirmişdir. Eksertiza ilə isə sübut olunur ki, həmin ərizəni Cavabdeh2 icra etməmişdir. Bundan əlavə, torpaq sahələrinin bölünməsi üçün püşk atılarkən Tamara Xəlilovaya 4813a nömrəli bağ sahəsi yox, başqa bağ sahəsi düşmüşdür. Cavabdeh2 Tamaranın adına yazmış olduğu orderdə 4813a bağ sahəsini səhvən göstərmiş eyni zamanda öz adına da həmin bağ sahəsinə 10 nömrəli order yazmışdır. Bu səbəbdən 4813a nömrəli bağ sahəsi Maliklə Tamaranın əri Cavanşir Xəlilov barədə mübahisənin predmeti olmuşdur. Orderin səhv yazılması ilə Tamaranın ərizə razılaşmamış, nəhayət Tamaranın adından kooperativin üzvlüyündən çıxma barədə ərizə təqdim etmiş, lakin orderi təhvil verməmişdir. Həmin ərizə əsasında 28 nömrəli order qüvvədən düşmüşdür. Cavabdeh Bağ Tikinti Kooperativinin üzvlərini bir yerə toplaya bilmədiyi üçün həmin ərizə baxılmamış qalmış və sonra kooperativ ləğv edilmişdir. İddiaçı onlarda qalan 28 nömrəli orderdən istifadə edib bağ sahəsinin qanunsuz olaraq öz adına dəyişdirilməsinə nail olmuşdu r. Onun ərizəsinə baxılarkən cavabdeh BTK sədri kimi dəvət edilməmiş və bağ sahəsindən imtina ərizəsi və bağ sahəsinə tərtib edilmiş 10 nömrəli order nəzərə alınmamış, protokol ona sədr kimi göndərilməmişdir. İddiaçının 4813a saylı bağ sahəsinə gedib gəlməsini göstərməsi də yalandır. Bu bağ həmişə cavabdehin və ailəsinin istifadəsində olmuşdur. İddiaçı orada heç bir iş görməmişdir. İddiaçının adına olan 2004-cü ildə verilən order qanunsuzdur. Əgər həmin order qanuni olsa belə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 94 saylı sərəncamının təsiri altına düşür. Belə ki, həmin sərəncamdan görünür ki, 1 il və daha çox il əvvəl bağ salmaq məqsədilə torpaq sahələri götürmüş, lakin indiyədək üzrlü səbəb olmadan istifadələrində sahələrdə heç bir əməli iş görməyən vətəndaşların həmi n bağ sahələrindən istifadə hüquqlarına xitam verilirdi. İddiaçının 4813a saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri olmadığı, əlində olan order isə qanuni əsaslarla verilmədiyi üçün hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14119/2019 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, vəkilləri Ukalayev İlkin Ramazan oğlu və Mirzəfərova Könül Murtuz qızı kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı, nümayəndəsi X6, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxl ayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işdə olan Bakı şəhər Sabunçu rayon məhkəməsinin 1(008)-321/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 294.1-ci (Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddələri ilə təqsirli bilinmiş və həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmişdir. Həmçinin hökmlə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsindən 68 nömrəli BTK-nın tərkibində X7 0.12 ha 4813a saylı torpaq sahəsi, Cavabdeh2 0.12 ha 4814a saylı torpaq sahəsinin ayrılması, cavabdehin oğlu Cavabdeh4 kooperativin üzvü olmaması və onun adına hər hansı bir bağ sahəsinin ayrılmadığı, həmçinin xx.xx.1990-ci ildə X3 bağ sahəsinin notarial qaydada iddiaçının adına keçməsinə dair ərizəsi əsasında Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsində iddiaçıya 4813 saylı bağ sahəsinin ayrılması, lakin Cavabdeh2 saxta sənədlər- Cavabdeh2 öz adına tərtib etdiyi 10 nömrəli, tarixi qeyd edilməyən order, həmin orderə əsasən torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü, X3 68 nömrəli kooperativdəki torpaq sahəsindən imtina etməsi barədə imtina ərizəsi, 4813A saylı bağ sahəsini n Cavabdeh2 adına, 4814A saylı bağ sahəsinin oğlu Cavabdeh4 adına ayrılması barədə 68 saylı bağ kooperativinin sxemi əsasında öz adına 4813a saylı bağ sahəsinə dair xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən çıxarış alınması və nəticədə Cavabdeh2 rəsmi sənədləri saxtalaşdırması və saxta sənədlərdən istifadə etməklə iddiaçının hüquqlarını kobud şəkildə pozmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il qərarında ifadə olunmuş hüquqi mövqelərə əsasən işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz. Bu baxımdan Cavabdeh2 mübahisəli bağ sahəsinə dair sənədləri saxtalaşdırma faktı qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyindən həmin faktlar hazırkı iş üzrə mübahisələndirilə və yenidən sübut edilə bilməz. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Apelyatorun dəlilləri hökmlə müəyyən olunmuş halların təkrar yoxlanılmasını tələb edir ki, bu isə MPM-in 82.4-cü maddəsinin tələbləri baxımından yolverilməzdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, apelyasiya kollegiyası düzgün olaraq qüvvədə olan Bakı şəhər Sabunçu rayon məhkəməsinin 1(008)-321/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə istinad etməklə iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçü n əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)14119/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar