Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2562/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Azərbaycan Cavabdeh2na qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliklərin icra olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)8606/2020 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Füzuli Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli məhkəmə əmri ilə İddiaçı1 və İddiaçı2 müştərək qaydada 6443,35 ABŞ dolları əsas borc, 1214,64 ABŞ dolları faiz borcu və 286,52 ABŞ dolları cərimə olmaqla, cəmi 7944,51 ABŞ dolları əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxx” ASC-nin xeyrinə tutulması əmr edilmişdir. “xxxx” ASC tərəfindən Füzuli rayon İcra Şöbəsinə ünvanlandığı 04 avqust 2017-ci il tarixli məktubda qeyd olunmu şdur ki, Füzuli Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli icra sənədi üzrə borc müəyyən güzəştlə tam ödənilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Şamaxı rayon İcra Şöbəsinin icra məmurunun 30 avqust 2018-ci il tarixli qərarı ilə İddiaçı2 barəsində verilmiş Füzuli Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh1 Azərbaycan Respublikasının Cavabdeh2 tərəfindən İddiaçı1 ünvanlandırılmış 27 dekabr 2019-cu il tarixli məktuba əsasən İddiaçı1 ilə “xxxx” ASC arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 8037,39 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi İddiaçı2 ilə zami nlik müqaviləsi bağlanmışdır. İddiaçı1 bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə 05 dekabr 2016-cı il tarixli, 2(064)-4606/2016 saylı məhkəmə əmri ilə İddiaçı1 və İddiaçı2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 7944.51 ABŞ dolları və 20 manat dövlət rüsumu borcun tutulması əmr edilmişdir. Əmr qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Əmr qüvvəyə mindikdən sonra banka 5019,50 ABŞ dolları ödəniş həyata keçirilmişdir. 25 dekabr 2019-cu il tarixə sözügedən əmr üzrə “xxxx” ASC qarşısında 2925,01 ABŞ dolları borc öhdəliyi mövcuddur. Qeyd olunan borc məbləğinin ödənilməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Azərbaycan Respublikasının Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılarla “xxxx” ASC arasında 18 noyabr 2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi və 50000 manat mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli məhkəmə əmri ilə iddiaçılardan müştərək qaydada cəmi 7944,51 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə əmrinin icrası ilə bağlı iddiaç ılar ‘'xxxx” ASC-nin inzibati ofisinə dəvət edilmiş və təklif edilmişdir ki, 8000 manat ödəniş olunduğu halda, bank tələblərindən imtina edəcəkdir. İddiaçılar həmin məbləği banka ödəmiş və “xxxx” ASC tərəfindən 04 avqust 2017-ci il tarixli məktubla icra şöbəsinə bu barədə məlumat verilmişdir. İddiaçılar 2017-ci ildə kredit müqaviləsi üzrə öhdəlikləri icra etdikləri halda, bankın ləğvedicisi kredit borcu üzrə barələrində olan məlumatları mərkəzləşdirilmiş kredit reyestrinə daxil etməmiş, nəticədə Prezidentin məlum Fərmanı üzrə onlara ödənilməli olan pul vəsaitinin vaxtında verilməsindən məhrum olmuşlar. Bu baxımdan hesab edirlər ki, mənəvi ziyanın məbləğinin 50000 manat olması ağlabatandır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(005)1570/2020 nömrəli qə tnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia qismən təmin edilərək, İddiaçı1 və İddiaçı2 18 noyabr 2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsinin Ləğv prosesində olan “xxxx” ASC-nin üzərinə vəzifə kimi qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Cavabdeh2 apellyasiya şikayəti verərək, 23 sentyabr 2020-ci il tarixli, 2(005)-1570/2020 nömrəli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)-8606/2020 nömr əli qətnaməsi ilə (hakim F.F.Babayev sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(005)-1570/2020 nömrəli qətnaməsi (həmin qətnamənin nömrəsi və tarixi texniki səhv olaraq 25 noyabr 2020-ci il tarixli, 2(004)-1570/2020 nömrəli kimi qeyd olunmuşdur) mübahisələndirilən hissədə, yəni “İddiaçı1 və İddiaçı2 18 noyabr 2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsinin Ləğv prosesində olan “xxxx” ASC-nin üzərinə vəzifə kimi qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, İddiaçı1 və İddiaçı2 18 noyabr 2014-cü il tarixdə bağlan mış ********* saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsinin Ləğv prosesində olan Cavabdeh1 olan Azərbaycan Respublikası Cavabdeh2 üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıların cavabdeh banka borclarının qalmadığı və onlara kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməli olması nəticəsinə gəlsə də, bu vəzifənin cavabdeh olmayan ləğv prosesində olan “xxxx” ASC-nin üzərinə qoymaqda səhvə yol vermişdir. Belə ki, “xxxx” ASC hazırda ləğv prosesindədir və Azərbaycan Respublikasının Cavabdeh2 həmin bankın ləğvedicisi təyin edilməklə həmin bankın aktivlərinin idarə edilməsi Fonda həvalə edilmişdir. Belə olan halda kredit mü qaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsi ləğv prosesində olan Ləğv prosesində olan Cavabdeh1 Azərbaycan Respublikasının Cavabdeh2 üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin iddiaçıların banka borclarının qalması barədə dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Eyni zamanda apellyasiya şikayətinin aidiyyət qaydalarının pozulması ilə qətnamə qəbul edilməsi barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştira k etsə də, işi aidiyyəti üzrə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosesində olan QSC “xxxx” ASC ləğvedicisi Cavabdeh2 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)-8606/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı1 kredit müqaviləsi üzrə banka ödənilməmiş bor cu qalmışdır. Füzuli Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli məhkəmə əmri əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi isə iddiaçıların borclarının olmamasına dəlalət etmir. Məhkəmə heç bir ekspertiza təyin etmədən düzgün olmayan nəticəyə gəlmiş və bankın mənafeyinə zərər vurmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı2 və cavabdehin nümayəndəsi, habelə vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən qismən təmin olunsa da, iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şə xs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinə əsasən öhdə liyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müə yyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur. Belə ki, Füzuli Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli icra sənədi üzrə borc məbləği iddiaçılar tərəfindən tam ödənilməsə də, işin mübahisəsiz halı ondan ibarətdir ki, icra hərəkətləri həyata keçirilərkən tələbkar olmuş “xxxx” ASC həmin icranı Mülki Məcəllənin 528-ci maddəsinə əsasən lazımi icra kimi qəbul etmiş və icra sənədinin icraata xitam verilməsi ilə bağlı icra hərəkətlərini həyata keçirən müvafiq orqana yazılı məlumat vermiş və son nəticədə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda cavabdeh təşkilat icranın natamam olmasına istinad etsə də, Mülki Məcəllənin 529.2-ci maddəsinə uyğun olaraq iddiaçılar tərəfindən edilmiş ödənişin tələbkar bank tərəfindən öhdəliyin tam icrası kimi qəbul et mək niyyətində olmamasına dair hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçılar kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəliyi tam icra etmiş və buna dair müvafiq arayışın verilməsindən cavabdehin imtinası qanunsuzdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə iddiaçıların bank qarşısında faktiki olaraq borcunun qalması hazırki halda əhəmiyyətsizdir. Belə ki, qeyd olunduğu kimi tələbkar borcun qismən ödənilməsini tam icra kimi qəbul etmişdir. Bu səbəbdən də, faktiki borcun müəyyən olunmasından ötrü ekspertizanın keçirilməsinə hər h ansı zərurət yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan “xxxx” ASC-nın ləğvedicisi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)-8606/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2562/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2562/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver